20.01.2015









Ümumtəhsil  Məktəblərində Məktəbdaxili 
Qiymətləndirmənin Aparılması barədə
TƏLİMAT















Bakı    2012









Təqdim olunan  Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin  03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları  və proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq  olunan  siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir:

                                                     1. ümumi müddəalar
.1.       Məktəbdaxili qiymətləndirmə diaq­nos­tik (ilkin səviyyənin qiymət­lən­dirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir.
.2.       Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəy­yən­ləş­dirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir.
.3.       Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn  bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır.
.4.       Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır.
.5.       Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları  tətbiq olunan siniflərdə həyata keçirilir.














                                                  

                                                        2. Diaqnostik qiymətləndirmə

2.1  . Diaqnostik qiymətləndirmə müəllim üçün  təlim strategiyasını müəyyənləşdirməyə xidmət edir. Bir qayda olaraq, təhsil səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin  əvvəlində sinifdəki şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil müəssisəsindən  digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda  onun bilik və ba­ca­rıqları haqqında məlu­mat toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə  aparılır.
2.2  .Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir və aparılır.
2.3  .Diaqnostik qiymətləndirmə vasitələri bir qayda olaraq, standartlar üzrə  əldə olunmuş bilik və bacarıqlar əsasında  hazırlanır (ibtidai təhsil səviyyəsinin birinci sinfində dərs ilinin əvvəli istisna edilməklə).
2.4  .Diaqnostik qiymətləndirmə məqsədinə uyğun olaraq iki formada keçirilir: davamlı və qısamüddətli.
2.5  .Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin və dərs ilinin əvvəlində  bir neçə dərsin müəyyən hissəsində aparılır.
2.6  . Davamlı diaqnostik qiymətləndirmənin məqsədi sinifdəki şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir.
2.7  .Davamlı diaqnostik qiymətləndirmədə müəllim şagirdin bilik və bacarıqlarının daxil olduğu inkişaf sahələrini (idraki, fiziki, sosial-emosional, hərəki) öyrəndiyinə görə daha çox müşahidə üsulundan və bu üsulu reallaşdıran vasitədənmüşahidə cədvəlindən istifadə edir. Şagird haqqında  daha ətraflı məlumat toplamaq üçün valideynlərlə  və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulundansorğu vasitələrindən  istifadə edilir.
2.8  .Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris vahidlərinin əvvəlində  bir  dərsin müəyyən hissəsində aparılır.
2.9  .Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi şagirdin fənn üzrə zəruri bilik və bacarıqları haqqında məlumat toplamaqdır.
2.10    .Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim şagirdin hər hansı bir bəhs və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına görə tapşırıqvermə, müsahibə, layihə  kimi  qiymətləndirmə üsullarından  və müvafiq olaraq  çalışma,  şifahi sual-cavab, təqdimat vasitələrindən  istifadə edir.
2.11    Diaqnostik  qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı qeydlər  sinif və  şagird portfoliosunda saxlanılır.


                                                          3. Formativ qiymətləndirmə

3.1.Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların  mənimsənilməsinə  yönəlmiş  fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problem­ləri aradan qaldır­maq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
3.2.Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə  şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq  və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq  həyata keçirilir.
3.3.Fənni  tədris edən müəllim  formativ qiymətləndirmə aparmaq üçün  məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılarkən məzmun  kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur. Məsələn: IV sinif Həyat bilgisi fənni üzrə “2.4.2. Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir”, “1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir” standartlarında təqdimetmə bacarığının izlənilməsi zəruriləşir. Bu bacarıq yuxarıdakı standartların məzmununa uyğun olaraq, müxtəlif dərslərdə “Ekologiya” və ya “Uşaq hüquqları və vəzifələri” mövzuları üzərində icra olunur. Nəticədə formativ qiymətləndirmə zamanı müəllim şagirdlərin standartlarda tələb olunan bacarıqlara yiyələnməsi üçün onların fəaliyyətini konkret mövzular üzrə izləməyə müvəffəq olur.
3.4. Eyni bir  standart dərslikdəki bir neçə mövzu ilə reallaşdığına görə həmin standartlardan çıxan qiymətləndirmə  meyarları növbəti müvafiq dərslərdə də istifadə edilir.
3.5.Formativ qiymətləndirmə zamanı  müşahidə üsulu və müşahidə vərəqləri vasitəsindən, müsahibə üsulu və  şifahi nitq bacarıqları  üzrə  qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı  təqdimat vasitəsindən  istifadə  olunur.
3.6.Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun  sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, orta”, “zəif” və digər bu kimi ifadələrdən  istifadə olunmur.
3.7.Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini  bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün  dərsin sonunda  6 dəqiqəyədək vaxt ayırır.
3.8. Eyni bir standart  bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə  zamanı  jurnalda şagirdin  adının qarşısında  hər  dərsdə qeydlərin olması mütləq deyil.
3.9. Sinif iki yarımqrupa bölündükdə həmin fənn müəllimləri  hər bir şagirdin fəaliyyəti barədə qeydləri onun hansı  yarımqrupda olmasından asılı olmayaraq, adının qarşısında yazır.
3.10.                   Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli kitabçasında da yazılır.

                                       
                                           4.  Formativ  qiymətləndirmənin icra mexanizmi

4.1. Formativ qiymətləndirməni həyata keçirən müəllim aşağıdakıları bilməlidir:
4.1.1 Fənn üzrə  hər bir dərs  müəyyən məzmun standartlarının reallaşdırılmasına xidmət edir.
4.1.2. Hər dərsdə müəllim təlim prosesini şagirdlərin məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə yönəltməlidir.
4.1.3. Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər.
4.1.4. Qaydaların 3.3. bəndinə uyğun olaraq, müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq qeydlərini yazmalıdır. Formativ qiymətləndirmədə müəllim əvvəlcədən proqnozlaşdırmadığı  və dərs prosesində müşahidə  etdiyi fəaliyyətləri də uyğun ifadələrlə təsvir edə bilər.

QEYD: Müəllimlərin nəzərinə!
               Təqdim edilən nümunələrdə standartlardakı məzmunun kənarda qalmasına baxmayaraq,   müəllim şagirdləri formativ qiymətləndirərkən  məzmunu nəzərə almalıdır. Təlimatın 3.3. bəndinə uyğun olaraq, şagird bacarığa yiyələnməni  müəyyən  məzmun üzərində icra edir. Bacarığa yiyələnmənin məzmunla vəhdətdə qiymətləndirilməsi müəllimin öz yaradıcılığının  məhsulu olmalıdır. Verilən nümunələrdə müəllim şagirdlərin fəaliyyət səviyyələri üzrə qeydlərini məzmun üzərində yazılı izah edə bilər.


Müəllim dərsin sonunda  formativ qiymətləndirmə jurnalında  şagirdlərin adının qarşısında  və məktəbli kitabçasında  onların  fəaliyyətinə uyğun, nümunələrdə verilməyən məzmunu nəzərə almaqla  da zəruri qeydləri edir.




Formativ qiymətləndirmənin aparılmasına dair  nümunələr:
Azərbaycan dili
V sinif
Standart
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
Qiymətləndirmə meyarları:
  1. Mühakimə yürütmə;
  2. Fikri əsaslandırma;
  3. Sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirmə.
Standartlardan irəli gələn tələblərə yiyələnmə prosesində müəllim şagirdlərin aşağıdakı  fəaliyyətlərini müşahidə edə bilər.
             Zəif
            Orta
          Yüksək
Mühakimə yürütməkdə çətinlik çəkir.
Mühakimələri  mətndəki əsas fikri qismən əhatə edir.
Əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir.

Fikirlərini müəllimin və yoldaşlarının verdiyi sualların köməyi ilə ifadə edir.
Faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir.

Fikirlərini dəqiq fakt və nümunələrlə əsaslandırır.


Mətndəki sözlərin    semantik xüsusiyyətlərini sualların köməyi ilə müəyyənləşdirir.  
Sözlərin    semantik xüsusiyyətlərini yalnız tanış  mətn daxilində  müəyyənləşdirir.
Tanış olmayan mətndə  sözlərin  semantik xüsusiyyətlərini müəyyənləşdirir  və  nümunələrlə izah edir.

Nümunə:
  1. Mühakimə yürütməkdə çətinlik çəkir.
  2. Mühakimələri  mətndəki əsas fikri qismən əhatə edir.
  3. Əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir.
  4. Fikirlərini müəllimin və yoldaşlarının verdiyi sualların köməyi ilə ifadə edir.
  5. Faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir.
  6. Fikirlərini dəqiq fakt və nümunələrlə əsaslandırır.
  7. Mətndəki sözlərin  semantik xüsusiyyətlərini sualların köməyi ilə müəyyənləşdirir.  
  8. Sözlərin  semantik xüsusiyyətlərini yalnız tanış  mətn daxilində  müəyyənləşdirir.
  9. Tanış olmayan mətndə  sözlərin  semantik xüsusiyyətlərini müəyyənləşdirir  və  nümunələrlə izah edir.



Riyaziyyat
III sinif
Standart:
1.1.5.   1000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.
1.1.6.   1000 dairəsində ədədləri düzünə və tərsinə on-on, yüz-yüz ritmik sayır.

Qiymətləndirmə meyarları:
  1. Təsviretmə.
  2. Təqdimetmə.
             Zəif
            Orta
          Yüksək
Əyani vəsaitlərin köməyi ilə təsvir edir.
Əyani vəsaitlərin köməyi ilə izahlı təsvir edir.

Nümunələr qurmaqla  izahlı təsvir edir.
Ədədləri on-on yalnız düzünə saymaqla təqdim edir.
Ədədləri on-on, yüz-yüz yalnız düzünə saymaqla təqdim edir.
Ədədləri on-on, yüz-yüz düzünə və tərsinə saymaqla təqdim edir.

Nümunə:
  1. Əyani vəsaitlərin köməyi ilə təsvir edir.
  2. Əyani vəsaitlərin köməyi ilə izahlı təsvir edir.
  3. Nümunələr qurmaqla  izahlı təsvir edir. 
  4. Ədədləri on-on yalnız düzünə saymaqla təqdim edir.
  5. Ədədləri on-on, yüz-yüz yalnız düzünə saymaqla təqdim edir.
  6. Ədədləri on-on, yüz-yüz düzünə və tərsinə saymaqla təqdim edir.

Azərbaycan tarixi
V sinif
Standart:
1.1.2. Sadə xronoloji məsələləri həll edir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.
3.1.2. Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
Qiymətləndirmə meyarları:
  1. Xronoloji məsələləri həll etmə
  2. Xəritədə məkanı müəyyənləşdirmə
  3. Dəyərləndirmə

Zəif
Orta
Yüksək
Hadisələrin xronoloji çərçivəsini  müəyyənləşdirir, məsələni  həll edə bilmir.
Tarixi faktların xronoloji ardıcıllığını  müəyyənləşdirir.
 Xronoloji məsələləri həll edir.
Öyrədilən məkanı xəritədə çətinliklə müəyyənləşdirir.
Xəritədə məkanları mövzu üzrə müəyyənləşdirir.
Xəritədə məkanı dəqiq  müəyyənləşdirir.
Hadisələri, faktları yalnız təsvir edir, dəyərləndirmir.
Hadisələri, faktları məzmuna  istinad etməklə dəyərləndirir.
Hadisələri, faktları zaman və məkan  daxilində faktlarla sərbəst dəyərləndirir.

Nümunə:

1.      Hadisələrin xronoloji çərçivəsini  müəyyənləşdirir, məsələni  həll edə bilmir.
2.      Tarixi faktların xronoloji ardıcıllığını  müəyyənləşdirir.
3.      Xronoloji məsələləri həll edir.
4.      Öyrədilən məkanı xəritədə çətinliklə müəyyənləşdirir.
5.      Xəritədə məkanları mövzu üzrə müəyyənləşdirir.
6.      Xəritədə məkanı dəqiq  müəyyənləşdirir.
7.      Hadisələri, faktları yalnız təsvir edir, dəyərləndirmir.
8.      Hadisələri, faktları məzmuna  istinad etməklə dəyərləndirir.
9.      Hadisələri, faktları zaman və məkan  daxilində faktlarla sərbəst dəyərləndirir.

Həyat bilgisi
IV sinif
Standart:
2.4.2. Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir.
Qiymətləndirmə meyarları:
  1. Təqdimetmə
             Zəif
            Orta
          Yüksək
Faktları sadalayır, mahiyyətini izah edə bilmir.
Faktların səciyyəvi xüsusiyyətlərini mətn əsasında təqdim edir, nitqi rabitəli deyil.
Nümunələrə əsaslanmaqla sərbəst təqdimat edir.



Nümunə:
  1. Faktları sadalayır, mahiyyətini izah edə bilmir.
  2. Faktların səciyyəvi xüsusiyyətlərini mətn əsasında təqdim edir, nitqi rabitəli deyil.
  3. Nümunələrə əsaslanmaqla sərbəst təqdimat edir.

Fiziki tərbiyə
V sinif
Standart:
2.2.3        Müxtəlif təyinatlı estafetləri, oyunları icra edir.
Qiymətləndirmə meyarları:
  1. Hərəkətləri icraetmə.

Müəllim şagirdin standartlardan irəli gələn bacarıqlara yiyələnməsi prosesində onların  aşağıdakı  fəaliyyətlərini  müşahidə edə bilər:

             Zəif
            Orta
                    Yüksək
Hərəkətin icrası qüsurludur.
Hərəkətin icrasında kiçik qeyri-dəqiqliyə yol verir.
Hərəkətləri nümunələrə müvafiq icra edir.

Nümunə:
  1. Hərəkətin icrası qüsurludur.
  2. Hərəkətin icrasında kiçik qeyri-dəqiqliyə yol verir.
  3. Hərəkətləri nümunələrə müvafiq icra edir.


                                                       6. Summativ  qiymətləndirmə

6.1. Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır.
6.2.Kiçik summativ qiy­mət­ləndirmə bəhs və ya bölmə­lərin sonunda  müəllim tərəfindən, böyük summativ qiy­mət­ləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin  rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti  ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.
6.3. Summativ qiymətləndirmələrin nəticə­ləri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
6.4. Kiçik summativ qiy­mət­ləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmə­lərin sonunda altı həftədən gec olma­ya­raq müəllim tərəfindən keçirilir. Onun nəticələri   yarımillik qiymətlərin  hesablanmasında nəzərə alınır.
6.5. Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük summativ qiymətləndirmə vasitələri isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumi təhsil müəssisəsi  rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
6.6. Kiçik summativ qiymətləndirmə bir dərs saatı  və ya dərs saatının bir hissəsində aparıla bilər. Bu  müddət  fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.
6.7. Yarımillərin  sonunda böyük summativ qiymətləndirmənin  bir dərs saatı ərzində keçirilməsi illik planlaşdırmada  nəzərdə tutulur.
6.8. Kiçik və böyük  summativ qiymətləndirmə  vasitələri asan, orta, çətin olmaqla  hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin  səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə  mərhələsinə aid olub şagirdin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək,  qərar qəbul etmək bacarıqlarını ölçür.
6.9.Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün  dərsdə iştirak etmə­yən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir.
6.10.            Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. Şagird II yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II yarımillik qiyməti çıxarılarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük summativ qiymət  hesab olunur. Şagirdin  üzrsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik  qiyməti çıxarılarkən "0" qəbul edilir.
6.11.            Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı əsas zəruri bilikləri əhatə et­məklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Təhsil Nazirliyinin tövsiyələri və verdiyi nümunələr əsasında hər bir ümumi təhsil müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir.
6.12.            Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan   tapşırıqlarla  eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
6.13.            Şagirdin yarımillik qiyməti  kiçik summativ  (yarımillik ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%,  böyük summativ (yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60 % hesab olunmaqla aşağıdakı düstur  əsasında   çıxarılır:


Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1,  ksq2 ,..., ksqn  -şagirdin müvafiq yarımil ərzində  kiçik summativ qiymətləndirmələrinin nəticələrini, n-müvafiq yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ isə, I və ya II yarımildə keçirilən   böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.
Şagirdin yarımillik və illik qiymətləri çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq edilir.
Məsələn, şagird 1-ci yarımildə aparılmış kiçik summativ qiymətləndirmələrdə 3, 3, 4 və  böyük summativ qiymətləndirmədə  3 qiymət  aldıqda, onun yarımil üzrə  qiyməti  aşağıdakı kimi hesablanır:

Və yaxud, şagird 1-ci yarımildə kiçik summativ qiymətləndirmələrdən  2, 3, 3 və  böyük summativ qiymətləndirmədən 3  aldıqda, onun yarımillik qiyməti aşağıdakı kimi hesablanır:


6.14.  Şagirdin illik qiyməti  aşağıdakı düsturla müəyyən edillir:
Burada I - şagirdin illik qiyməti,  və  isə 1-ci və 2-ci yarımillər üzrə qiymətləridir.
Məsələn, şagirdin   birinci yarımil üzrə qiyməti  3, ikinci yarımil üzrə qiyməti  4 olduqda, onun illik qiyməti

                          olur.

6.15. Summativ qiymətləndirmə sinfin bütün şagirdləri üçün eyni vaxt ərzində  eyni çətinlik dərəcəsinə malik olan qiymətləndirmə vasitələri ilə aparılır. Summativ qiymətləndirmənin aparılması üçün vaxt sualların sayına uyğun olaraq müəllim tərəfindən müəyyənləşdirilir.
6.16.  Qiymət­lər şagirdin tapşırıqlara verdiyi düzgün cavabların sayına uyğun müəyyənləşdirilir. Sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən “1”, 10% daxil olmaqla 20%-nə qədər düzgün cavab verən “2”, 20% daxil olmaqla 50%-nə qədər düzgün cavab verən “3”, 50% daxil olmaqla 80%-nə qədər  düzgün cavab verən “4”, 80% daxil olmaqla 100%-nə qədər düzgün cavab verən şagird “5” qiymətlə qiymətləndirilir.
6.17. Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər si

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.