Показаны сообщения с ярлыком direktor. Показать все сообщения
Показаны сообщения с ярлыком direktor. Показать все сообщения
19.04.2016
13.04.2016
1:08 PM
Unknown
direktor, idareetme
No comments
Məktəb direktorunun funksiyaları

Sevinc Əliyeva,
Abşeron rayonu, Xırdalan qəsəbəsi
3 nömrəli məktəb-liseyin direktoru
Abşeron rayonu, Xırdalan qəsəbəsi
3 nömrəli məktəb-liseyin direktoru
Məktəbin idarə olunması mürəkkəb pedaqoji proses olub, onun həllinə verilən tələblər daim gözlənilməlidir. Bu işdə kollegiallıq gözlənilir, Təhsil qanunu və məktəbin Nizamnaməsi düzgün istiqamət üçün kompas rolunu oynayır. Bir qayda olaraq məktəbin geniş fəaliyyəti, təlim-tərbiyə prosesinin keyfiyyətli idarə olunmasında direktor öz məsuliyyətini dərindən dərk etməlidir. Məktəb direktoru öz funksiyalarını mükəmməl bilmədən təlim-tərbiyənin məqsədyönlü, planlı və mütəşəkkil təşkilində uğurlar qazana bilməz. Uzun illərin təcrübəsi göstərir ki, məktəb direktorunun gündəlik fəaliyyəti dinamik səciyyə daşımalıdır. Zəiflik yaranan kimi məktəbdə pedaqoji prosesin keyfiyyətinə təsir göstərən mənfi amillər artır. Rəhbərlik etdiyim Abşeron rayonu Xırdalan qəsəbəsi 3 nömrəli məktəbdə 1500-ə qədər şagirdin təlim-tərbiyə işi ilə məşğul olan 145 müəllimin hər birinin pedaqoji fəaliyyəti, şagird-müəllim, müəllim-şagird, məktəb-valideyn, valideyn-məktəb münasibətlərinin demokratik səviyyədə qurulmasında daim səyimi artırmağa çalışıram. Bu mühüm amil həyata keçirdiyim bütün çoxcəhətli funksiyaların reallaşmasında başlıca rol oynayır.
12.04.2016
04.04.2016
03.04.2016
01.04.2016
18.03.2016
6:15 PM
Unknown
direktor
No comments
Martın 18-də Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında bildirilib ki, təsdiq olunan yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. 4 mərhələdən ibarət olan müsabiqə mart-aprel ayları ərzində baş tutacaq.
Yeni qaydalarda direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər.
Əlavə olaraq, "Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək "Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.
Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur.
Mətbuat konfransında həmçinin bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına uyğun olaraq, müəyyən edilmiş aylıq vəzifə maaşları aprelin 1-dən orta hesabla 10 faiz artırılıb.
Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
14.01.2016
10:55 PM
Unknown
direktor, idareetme, kitabxanaci, kurikulum
No comments
HƏMKARA DƏSTƏK SƏHİFƏSİNƏ ÜZV OLAQ....
https://www.facebook.com/H%C9%99mkara-D%C9%99st%C9%99k-1221727527857392/
https://www.facebook.com/H%C9%99mkara-D%C9%99st%C9%99k-1221727527857392/
Подписаться на:
Комментарии (Atom)


















