03.05.2016

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
 QƏRAR
 № 80
 Bakı şəhəri, 12 may 2011-ci il
 "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:
1. "Qazdan istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
 Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir
Qаzdаn istifadə
QAYDALARI
 1. Ümumi müddəalar
 1.1. Bu Qaydalar "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs;
istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;
qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, özündə qazdan istifadə göstəricilərini əks etdirən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğuları.
Yaşayış sahələrində və ictimai binalarda məişət məqsədləri üçün, eləcə də həmin sahələrin və binaların qızdırılmasında və isti su təchizatında istifadə olunan və sənaye qurğusu hesab edilməyən qaz qurğuları məişət qurğularına aid edilir.
Müxtəlif istehsalyönümlü texnoloji proseslərdə, mərkəzləşdirilmiş istilik və isti su təchizatında qazı yanacaq kimi istifadə edən və istilik gücü 100 kVt-ı keçən, eləcə də müxtəlif növ məhsulların istehsalında qazı xammal kimi istifadə edən qaz qurğuları sənaye qurğularına aid edilir;
qazpaylayıcı boru və qurğu şəbəkəsi (bundan sonra - qazpaylayıcı şəbəkə) - qazın paylayıcıdan istehlakçılara çatdırılması üçün yaradılmış, təşkilati, iqtisadi, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qaz kəmərləri, qaz boru xətləri və qaz qurğuları) kompleksi;
balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyən-ləşdirən ayırma nöqtəsi;
buraxılış-sazlama işləri - qaz qurğusunun işə buraxılmasına hazırlığı, işə buraxılmasını  və qaz qurğusunun işlək gücünün qurğu sahibi ilə razılaşdırılmış səviyyəyə çatdırılmasını nəzərdə tutan kompleks işlər;
rejim-sazlama işləri - qaz qurğularının faydalı iş əmsallarının işçi diapazonunda layihə (pasport) göstəricilərinə uyğunluğuna nail olunması və yanacağın yandırılma proseslərinin avtomatik tənzimlənmə vasitələrinin sazlanmasını nəzərdə tutan kompleks işlər.
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında  qazpaylayıcı  şəbəkənin  balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.
Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır.
Fiziki şəxs sənaye qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır.
Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
Sənaye qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir.
1.5. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir.
1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi (bundan sonra - SEN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan  sonra - FHN) həyata keçirirlər.
 2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı
2.1. Yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərt alınmalıdır. Texniki şərtin verilməsi qaydası və yaşayış binalarının, o cümlədən mənzillərin qaz xətlərinə qoşulma qaydası müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
2.2. Müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və SEN-in səlahiyyətli nümayəndələrindən ibarət işçi və qəbul komissiyaları tərəfindən, məişət qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması isə qaz paylayıcısı tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir.
2.3. Sənaye qurğuları qəbul komissiyası tərəfindən istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra onların texniki pasport göstəricilərinə uyğun normal və davamlı işinin təmin edilməsi üçün xüsusi razılığı (lisenziyası) olan sazlama təşkilatı tərəfindən buraxılış-sazlama və rejim-sazlama işləri aparılmalıdır. Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair sazlama təşkilatı tərəfindən müvafiq akt tərtib olunur.
2.4. Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akta əsasən sənaye qurğularının istismara buraxılması SEN tərəfindən verilən icazə əsasında həyata keçirilir. İcazənin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
2.6. Sənaye qurğusu olan istehlakçının qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq haqqında müraciətinə qaz paylayıcısı 10 (on) iş günü müddətində baxıb, əsaslandırılmış qərar qəbul edir və onu məlumatlandırır.
2.7. Qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra - qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə qaz paylayıcısının, FHN-in və ya SEN-in səlahiyyətli nümayəndələri, onların təmsil etdiyi orqanın qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etməklə buraxıla bilərlər.
2.8. Qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
 3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri
3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir:
3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli;
3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiy-yətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli;
3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı;
3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli;
3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;
3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı;
3.1.7. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;
3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli;
3.2.3. yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli;
3.2.4. qaz qurğularının, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamalı, qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının tüstü bacalarına ötürülməsi ilə havanın sorulmasını yoxlamalı;
3.2.5. azyaşlı uşaqların, öz hərəkətlərinə nəzarət edə bilməyən və qaz qurğularından istifadə qaydaları ilə tanış olmayan şəxslərin qaz avadanlığından istifadə etmələrinə yol verməməli;
3.2.6. qazdan istifadə etdikdən sonra qaz avadanlığındakı bağlayıcını və xətdəki nəzarət ventilini bağlamalı;
3.2.7. qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməli;
3.2.8. zirzəmilərə və alt mərtəbələrə daxil olarkən, işığı və ya fənəri yandırmazdan əvvəl qaz iyinin yoxluğuna əmin olmalı;
3.2.9. zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz paylayıcısına təcili məlumat verməli;
3.2.10. mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı.
3.3. Sənaye qurğularından istifadə edən istehlakçılar əlavə olaraq aşağıdakıları  yerinə yetirməlidirlər:
3.3.1. qaz qurğularının istismarı prosesində 3 (üç) ildə bir dəfədən az olmayaraq, aşağıdakı rejim-sazlama işlərinin aparılmasını:
3.3.1.1. qaz qurğularının istilik-texniki (rejim) sazlanmasını;
3.3.1.2. avtomatik tənzimləyən və nəzarət vasitələrinin sazlanmasını;
3.3.1.3. köməkçi avadanlıqların sazlanmasını.
3.3.2. aşağıdakı hallarda növbədənkənar rejim-sazlama işlərinin aparılmasını:
3.3.2.1. qaz qurğularının əsaslı təmiri və rekonstruksiyasından sonra;
3.3.2.2. normativ texniki sənədlərlə təyin edilmiş istehlak olunan qazın istilik-texniki xarakteristikasında kənarlaşmalar aşkar olunduqda;
3.3.2.3. dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişləri olduqda;
3.3.3. rejim-sazlama işlərinin nəticələrinə əsasən sazlama təşkilatı tərəfindən texniki hesabatın tərtibi və hesabatda qaz qurğularının müxtəlif iş rejimlərində qazdan səmərəli istifadəyə təsir edən göstəricilərin əks olunmasını;
3.3.4. aparılan rejim-sazlama işlərinin nəticəsində rejim kartlarının tərtib edilməsini;
3.3.5. rejim kartlarına əsasən qaz qurğularının istismarının təmin edilməsini;
3.3.6. əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını;
3.3.7. əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı;
3.3.8. qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özündə saxlamağı;
3.3.9. qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini təmin etməyi;
3.3.10. fəaliyyətləri və ya qazdan istifadəsi mövsümi xarakter daşıyan qazlaşdırılmış obyektlərdə (düşərgələr, istirahət evləri, turizm və rekreasiya zonaları və s.) olan qaz qurğularının istismara buraxılmazdan əvvəl "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"*nın tələblərinə uyğun müayinədən keçirilməsini və sənədləşdirilməsini.
3.4. İstehlakçılara aşağıdakılar qadağandır:
3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə  qurğulara qaz xəttinin çəkilişini aparmaq;
3.4.2. qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək;
3.4.3. qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər etmək, tüstü bacalarının və havadəyişmə xətlərinin quruluşunu dəyişdirmək, havadəyişmə xətlərini bağlamaq, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "cibləri"  hörmək və ya bağlamaq;
3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək;
3.4.5. tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq;
3.4.6. ildə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti yoxlamalarını və təmizləmələrini aparmadan qazdan istifadə etmək;
3.4.7. nəfəsliklər, jalüzlü barmaqlıqlar, havadəyişmə xətlərinin barmaqlıqları bağlı saxlandıqda, tüstü bacalarında və havadəyişmə xətlərində havanın sovrulması baş vermədikdə, vanna otaqlarının qapıları altında dəliklər olmadıqda, həmin otaqlarda qaz qurğularından istifadə etmək;

__________________________________________________________________________________________________
* "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" SSRİ Dövlətdağtexnəzarəti tərəfindən 1979-cu il 26 iyun tarixində təsdiq edilmişdir və hal-hazırda qüvvədədir.

3.4.8. işləyən qaz qurğularını nəzarətsiz qoymaq (daimi fəaliyyət üçün nəzərdə tutulmuş və müvafiq avtomatlaşdırma ilə təchiz edilmiş cihazlardan başqa);
3.4.9. qazdan və qaz qurğularından təyinatına uyğun olmayan məqsədlər üçün və qaz plitələrindən yaşayış sahəsinin qızdırılması üçün istifadə etmək;
3.4.10. qaz sızmasının aşkarlanmasında açıq oddan istifadə etmək;
3.4.11. qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək.
3.5. Yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq mənzilə xidmət etmək üçün nəzərdə tutulmuş obyektlərə (çoxmənzilli binanın ümumi əmlakı) münasibətdə mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilat aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
3.5.1. qaz qurğularına texniki baxış keçirilməsi və əhali arasında qazdan təhlükəsiz istifadənin təbliğatı, habelə zirzəmilərin, texniki anbarların və birinci mərtəbələrin ərazisində hava-qaz qatışığını yoxlaması üçün qaz paylayıcısına şərait yaratmalı;
3.5.2. zirzəmiləri, texniki dəhlizləri, alt mərtəbələri lazımi texniki vəziyyətdə saxlamalı, elektrik işıqlandırmasını və havadəyişmə sistemini işlək vəziyyətdə saxlamalı;
3.5.3. tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin və tüstü bacalarının girişlərinin vəziyyətinin vaxtlı-vaxtında, xüsusilə qış aylarında mütəmadi olaraq yoxlanılmasını və ildə bir dəfədən az olmayaraq təmizlənməsini təmin etməli və görülmüş işləri müvafiq qaydada sənədləşdirməli;
3.5.4. qaz paylayıcısının və FHN-in səlahiyyətli nümayəndələrinin müvafiq tələblərinə əsasən, onlara tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin işlək vəziyyətdə olması barədə yoxlama aktlarının və ya xüsusi jurnalda qeyd edilmiş axırıncı yoxlama və ya təmizləmə haqqında məlumatı təqdim etməli;
3.5.5. sənaye qurğusu istifadə edildikdə, əlavə olaraq bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş vəzifələri.
 4. Qaz sayğaclarının quraşdırılması və istismarı
4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.
4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
4.3. Qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.
4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.
4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə  istehlakçılardan vəsait  tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının  dövlət yoxlanılmasından keçirilməsinə görə  istehlakçı vəsait ödəməlidir.
4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır.
4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.
4.10. Sənaye qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və SEN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların tələblərinə uyğun dəyişdirilir.
 5. Qazın dəyərinin ödəmə şərtləri
5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.
5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.
5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
 6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi
6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:
6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
6.1.6. məhkəmənin qərarı ilə.
6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir.
6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.
6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

"Qazdan istifadə Qaydaları"na
1 nömrəli əlavə

Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə

                                                                                           AKT

"_____" __________ 20__ il                                                    _____________ şəhər (rayon)

Biz, aşağıda imza edənlər  _______________________________________
________________________________________________________________________
(qaz paylayıcısı adından)
__________________________________________________________________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
______________________________________________________________ şəxsində və

__________________________________ müəssisəsi (və yaxud istehlakçı)

adından _________________________________________________________________
                                                                        (vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən edirik:
________________________________________________________________________
(qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)
_____________________________________________________________
 _____________________________________________________________
 _____________________________________________________________
 İmzalar:
_________________                  ____________________________
                                                   (soyadı, adı)
__________________              ____________________________
                                                    (soyadı, adı)
  
M.Y.                                                                                                    M.Y.

"Qazdan istifadə Qaydaları"na
2 nömrəli əlavə

Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı
arasında qazın alqı-satqısı barədə

MÜQAVİLƏ № _____

"_____" __________ 20__ il                                _________________________________­­­­__
  (Müqavilənin bağlandığı yer)

Müqavilə üzrə bundan sonra Paylayıcı adlanacaq _______________
 ___________________________________________ şəxsində bir tərəfdən
                              (qaz paylayıcısının adı)
 və bundan sonra İstehlakçı adlanacaq ______________________________
(fiziki şəxsin soyadı, adı, atasının adı)
 __________________________________________şəxsində digər tərəfdən
(şəxsiyyət vəsiqəsinin nömrəsi, ünvanı, telefon nömrələri)

Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il "12" may tarixli "80" nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na (bundan sonra - "Qazdan istifadə Qaydaları") uyğun olaraq aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar.
 1. Müqavilənin predmeti
 Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
 2. Tərəflərin vəzifələri və hüquqları
 2.1. Paylayıcının vəzifələri:
2.1.1. İstehlakçını ___________________________ təzyiqdən aşağı
                                  (qazın təzyiqinin göstəricisi)
 olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə  (DÜST-5542-87) uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək;
2.1.2. İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) "Qazdan istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq təlimatlandırmaq;
2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək;
2.1.4. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək;
2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq;
2.1.6. qazın verilməsində təzyiqin azalması barədə (qəza işləri, baş vermiş yanğının və qaz sızması halları istisna olmaqla) İstehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək;
2.1.7. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək);
2.1.8. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək;
2.1.9. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək;
2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada  növbəti dövlət yoxlanılmasından keçirmək;
2.1.11. ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq;
2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək;
2.1.13. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçiriləcəyi barədə İstehlakçıya 3 (üç) gün əvvəl rəsmi bildiriş göndərmək;
2.1.14. bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq;
2.1.15. "Qazdan istifadə Qaydaları"nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 2.2. Paylayıcının hüquqları:
2.2.1. bu Müqavilənin 2.1.13-cü yarımbəndinin tələbinə riayət etməklə, İstehlakçının qaz qurğularına texniki baxış keçirilməsi üçün İstehlakçıya məxsus qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaq;
2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək;
2.2.3. İstehlakçı tərəfindən bu Müqavilənin, "Qazdan istifadə Qaydaları"nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək;
2.2.4. aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək;
2.2.5. İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək;
2.2.6. bu Müqavilənin 2.1.12-ci yarımbəndi nəzərə alınmaqla aşağıdakı hallarda İstehlakçıya qazın verilməsini dayandırmaq:
2.2.6.1. İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
2.2.6.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
2.2.6.3. İstehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
2.2.6.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
2.2.6.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;
2.2.6.6. məhkəmənin qərarı ilə;
2.2.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
2.3. İstehlakçının vəzifələri:
2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək;
2.3.2. bu Müqavilənin və "Qazdan istifadə Qaydaları"nın tələblərinə əməl etmək;
2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək;
2.3.4. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək;
2.3.5. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının  qarşısı alındığı hallar istisna olmaqla, İstehlakçının qaz qurğusuna texniki baxış keçirmək üçün Paylayıcını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini, bu Müqavilənin 2.1.13-cü yarımbəndinin tələbi yerinə yetirildiyi halda, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq;
2.3.6. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq;
2.3.7. "Qazdan istifadə Qaydaları"nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 2.4. İstehlakçının hüquqları:
2.4.1. bu Müqavilə ilə müəyyən edilmiş təzyiqdə, habelə dövlət standartlarına uyğun keyfiyyətdə fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsini Paylayıcıdan tələb etmək;
2.4.2. Paylayıcı tərəfindən bu Müqavilənin, "Qazdan istifadə Qaydaları"nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək;
2.4.3. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin bərpa edilməsini Paylayıcıdan tələb etmək;
2.4.4. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçirmək üçün Paylayıcıdan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən tapşırıq sənədinin surətini tələb etmək;
2.4.5. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini Paylayıcıdan tələb etmək;
2.4.6. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb etmək;
2.4.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş hüquqları həyata keçirmək.
 3. Qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri
3.1. Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün __________ manat məbləğində müəyyən edilir.
3.2. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.
3.3. Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur.
3.4. Hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir.
4. Qaz qurğularına dair tələblər
4.1. İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir.
4.2. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir.
 4.3. İstehlakçının qaz qurğuları haqqında məlumat:


Sıra
№-si
İstismar olunan qaz qurğularının xarakteristikası

qaz qurğusunun adı
tipi və ya markası
maksimal saatlıq qaz sərfi *  m3
istilik gücü *
kVt
    sayı  
 4.4. İstehlakçının qaz sayğacı haqqında məlumat:

Sıra
№-si

Quraşdırılma yeri

Markası

Nömrəsi

Quraşdırılma
tarixi
Üzərindəki
plombların
nömrəsi
Dövlət
yoxlamasından
keçirilməsinin
son tarixi
 5. Xüsusi müddəalar və mübahisələrin həlli qaydası
 5.1. Tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər, "Qazdan istifadə Qaydaları"na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir.
5.2. Bu Müqavilə üzrə yaranan  mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.
 6. Fors-major
 Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır.
 7. Müqavilənin qüvvədə olma müddəti
 7.1. Bu Müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir.
7.2. Bu Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən  _____il müəyyən edilir.
7.3. İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, Müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur.

__________________________________________________________________________
* Maksimal saatlıq qaz sərfi və istilik gücü pasport göstəricilərinə uyğun qeyd edilir.

7.4. İstehlakçı bu Müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu, tərəflərin Müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir.
7.5. Bu Müqavilə iki nüsxədə tərtib edilmişdir və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla, tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
 8. Tərəflərin hüquqi ünvanları və rekvizitləri
 8.1. Tərəflərin hüquqi ünvanları və rekvizitləri:


İSTEHLAKÇI

_________________________________
(soyadı, adı, atasının adı)

Ünvanı: __________________________

_________________________________


Telefon nömrəsi ___________________


___________________
(imza)


"_____"____________20 ___  il

PAYLAYICI

_________________________________
(adı)

Hüquqi ünvanı: _____________________

__________________________________


Telefon nömrəsi ____________________


__________________________________
(səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və imzası)

M.Y.
"_____"____________20 ___ i il

 Qazdan istifadə Qaydaları"na
3 nömrəli əlavə
 Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı
arasında qazın alqı-satqısı barədə

MÜQAVİLƏ №______
 "_____" __________ 20__ il                            _______________________
                                                 (bağlandığı yer)

         Müqavilə üzrə bundan sonra Paylayıcı adlanacaq ________________

______________________________ şəxsində bir tərəfdən və bundan sonra
                (qaz paylayıcısının adı)

İstehlakçı adlanacaq ____________________________________________
(fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, ünvanı, telefon nömrəsi)

__________________________________________şəxsində digər tərəfdən
         (hüquqi şəxsin adı, hüquqi ünvanı, telefon nömrəsi)
 Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il "12" may tarixli "80" nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na (bundan sonra - "Qazdan istifadə Qaydaları") uyğun olaraq aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar:
 1. Müqavilənin predmeti
 Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
 2. Tərəflərin vəzifələri və hüquqları
 2.1. Paylayıcının vəzifələri:
2.1.1. İstehlakçını _________________________________ təzyiqdən aşağı
                               (qazın təzyiqinin göstəricisi)
olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə  (DÜST-5542-87) uyğun olan  qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək;
2.1.2. İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu Müqaviləyə əlavə olunmuş və Müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz edir;
2.1.3. İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) "Qazdan istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq təlimatlandırmaq;
2.1.4. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək;
2.1.5. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək;
2.1.6. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq;
2.1.7. qazın verilməsində İstehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət etmək;
2.1.8. qazın verilməsində təzyiqin azalması barədə (qəza işləri, baş vermiş yanğının və qaz sızması halları istisna olmaqla) İstehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək;
2.1.9. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək);
2.1.10. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək;
2.1.11. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək;
2.1.12. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək;
2.1.13. ödənişli qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə  dövlət yoxlanılmasından keçirmək;
2.1.14. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək;
2.1.15. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının  qarşısı alındığı hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçiriləcəyi barədə İstehlakçıya 3 gün əvvəl rəsmi bildiriş göndərmək;
2.1.16. bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşımaq;
2.1.17. "Qazdan istifadə Qaydaları"nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək.
2.2. Paylayıcının hüquqları:
2.2.1. bu Müqavilənin 2.1.15-ci yarımbəndinin tələbinə riayət etməklə, İstehlakçının qaz qurğularına texniki baxış keçirilməsi üçün İstehlakçıya məxsus qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaq;
2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək;
2.2.3. qaz qurğusunun sazlama təşkilatı ilə razılaşdırılmış iş rejiminə riayət edilməsini İstehlakçıdan tələb etmək;
2.2.4. İstehlakçı tərəfindən bu Müqavilənin, "Qazdan istifadə Qaydaları"nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək;
2.2.5. aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək;
2.2.6. İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək;
2.2.7. bu Müqavilənin 2.1.14-cü yarımbəndinin tələblərinə əməl etməklə, aşağıdakı hallarda İstehlakçıya qazın verilməsini dayandırmaq:
2.2.7.1. İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
2.2.7.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
2.2.7.3. İstehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
2.2.7.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədikdə;
2.2.7.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;
2.2.7.6. məhkəmənin qərarı ilə;
2.2.8. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
2.3. İstehlakçının vəzifələri:
2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək;
2.3.2. bu Müqavilənin və "Qazdan istifadə Qaydaları"nın tələblərinə əməl etmək;
2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək;
2.3.4. qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək;
2.3.5. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək;
2.3.6. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının  qarşısı alındığı hallar istisna olmaqla, İstehlakçının qaz qurğusuna texniki baxış keçirmək üçün Paylayıcını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini, bu Müqavilənin 2.1.15-ci yarımbəndinin tələbi yerinə yetirildiyi halda, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq;
2.3.7. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq;
2.3.8. "Qazdan istifadə Qaydaları"nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək.
2.4. İstehlakçının hüquqları:
2.4.1. bu Müqavilə ilə müəyyən edilmiş təzyiqdə, həcmdə və dövlət standartlarına uyğun  keyfiyyətdə fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsini Paylayıcıdan tələb etmək;
2.4.2. sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət edilməsini Paylayıcıdan tələb etmək;
2.4.3. Paylayıcı tərəfindən bu Müqavilənin, "Qazdan istifadə Qaydaları"nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək;
2.4.4. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin bərpa edilməsini Paylayıcıdan tələb etmək;
2.4.5. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçirmək üçün Paylayıcıdan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən tapşırıq sənədinin surətini tələb etmək;
2.4.6. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini Paylayıcıdan tələb etmək;
2.4.7. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin  icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb etmək;
2.4.8. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
 3. Qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri
3.1. Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün __________ manat məbləğində müəyyən edilir.
3.2. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.
3.3. Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız  sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən  təqdim edilməsi (göndərilməsi) tələb olunmur.
3.4. Hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir.
4. Qaz qurğularına dair tələblər
 4.1. İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir.
4.2. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir.
4.3. İstehlakçının qaz qurğuları haqqında məlumat:

Sıra
№-si
İstismar olunan qaz qurğularının xarakteristikası

qaz qurğusunun adı
tipi və ya markası
maksimal saatlıq qaz sərfi *  m3
istilik gücü*
kVt
sayı

Qeyd.  İstehlakçı (hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) yalnız məişət qaz qurğusundan istifadə etdiyi halda, bu Müqavilənin sənaye qurğularına aid 2.1.2-ci, 2.1.7-ci, 2.2.3-cü, 2.3.4-cü və 2.4.2-ci yarımbəndləri Müqavilə tərəflərinə şamil edilmir.
 4.4. İstehlakçının qaz sayğacı haqqında məlumat:


Sıra
№-si

Quraşdırılma yeri

Markası

Nömrəsi

Quraşdırılma
tarixi
Üzərindəki
plombların
nömrəsi
Dövlət
yoxlamasından
keçirilməsinin
son tarixi








5. Xüsusi müddəalar və mübahisələrin həlli qaydası
 5.1. Tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər "Qazdan istifadə Qaydaları"na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir.
5.2. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.
 6. Fors-major
 Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır.

_________________________________________
*Maksimal saatlıq qaz sərfi və istilik gücü pasport göstəricilərinə uyğun qeyd edilir.

7. Müqavilənin qüvvədə olma  müddəti
7.1. Bu Müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir.
7.2. Bu Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən  _____il müəyyən edilir.
7.3. İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə Müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur.
7.4. İstehlakçı bu Müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu, tərəfləri Müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir.
7.5. Bu Müqavilə iki nüsxədə tərtib edilmişdir və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla, tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
 8. Tərəflərin hüquqi ünvanları və rekvizitləri
 8.1. Tərəflərin hüquqi ünvanları və rekvizitləri:

İSTEHLAKÇI

_________________________________
(soyadı, adı, atasının adı/ hüquqi şəxsin adı)
_______________________________
 Ünvanı/hüquqi ünvanı: ______________
________________________________
  Telefon nömrəsi ___________________

 ___________________
(imza)

M.Y.

"_____"____________20 ___  il

PAYLAYICI

_________________________________
(adı)
 Hüquqi ünvanı: _____________________
__________________________________
  Telefon nömrəsi ____________________
__________________________________
(səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və
____________________________________
imzası)

M.Y.

"_____"____________20 ___  il


Paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən
İstehlakçı arasında qazın alqı-satqısı barədə
"____"________20__ il tarixli
______nömrəli müqaviləyə
 Əlavə
 (20_____   il üçün)

Yanvar             
m3 qədər
Fevral
m3 qədər
Mart
m3 qədər
Aprel
m3 qədər
May
m3 qədər
İyun
m3 qədər
İyul
m3 qədər
Avqust
m3 qədər
Sentyabr
m3 qədər
Oktyabr
m3 qədər
Noyabr
m3 qədər
Dekabr
m3 qədər
Cəmi: illik
m3 qədər
                                       Paylayıcı                                                                   İstehlakçı
 _______________________________                      ________________________________________________
                                          (vəzifəli şəxsin soyadı, adı)                              (istehlakçının soyadı, adı, hüquqi şəxsdirsə - adı)

"_____"______________20____ il                    "_____"_____________20____ il

 İmza ___________________                                                    İmza___________________
 M.Y.                                                                                       M.Y.

 "Qazdan istifadə Qaydaları"na
4 nömrəli əlavə

Qazın dəyəri barədə                                                               Qazın dəyəri barədə
HESAB                                                                                                                 HESAB
__________________________             _____________________________
(qaz paylayıcısının adı, ünvanı)                          (qaz paylayıcısının adı, ünvanı)

                         Surəti                                                                                   Əsli

İstehlakçının S.A.A.K ə s m ə  x ə t t iİstehlakçının S.A.A.
İstehlakçının  kodu:İstehlakçının kodu:
Ünvan:  Ünvan:
Sayğacın №-siSayğacın №-si
Sayğacın son
göstəricisi:
Sayğacın son göstəricisi:
Sayğacın əvvəlki göstəricisi:Sayğacın əvvəlki göstəricisi:
Qazın həcmi:
           m3
Qazın həcmi:
                 m3
Məbləği:___man.__qəp.Məbləği:___man.___ qəp.
__________tarixə borc:___man.__qəp.__________tarixə borc:___man.___qəp.
Ödəniləcək məbləğ:___man.__qəp.Ödəniləcək məbləğ:___man.___ qəp.
Hesabın təqdim edilmə tarixi
İstehlakçının imzası
Hesabın təqdim edilmə tarixi
İstehlakçının imzası

 "Qazdan istifadə Qaydaları"na
5 nömrəli əlavə

Hesablaşma dövründə qaz paylayıcısı ilə
istehlakçı arasında qazın həcmi və dəyəri üzrə
ÜZLƏŞMƏ KİTABÇASI
Müqavilə № ________ və tarixi __________Sayğacın №-si _________________
Qaz paylayıcısı _____________________________________________________
___________________________________________________________________
(qaz paylayıcısının adı və ünvanı)
İstehlakçı  __________________________________________________________
(ünvanı, soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda,
_______________________________________________________________________
onun adı və hüquqi ünvanı)
İstehlakçının hesab kodu_______________________________________________

Aylar
Sayğacın göstəricisi
Qazın həcmi
Dəyəri
Qeyd olunma tarixi
Ödəniş tarixi
İmza
Qeyd
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr

"Paylayıcı"                                                                               "İstehlakçı"
_____________________________                          ___________________________
                      (vəzifəli şəxsin soyadı, adı və atasının adı)        (soyadı, adı və atasının adı, hüquqi şəxsdirsə - adı)
 İmza ________________________                                  İmza ________________________

M.Y.                                                                                           M.Y.

0 коммент.:

Отправить комментарий

Həmkara Dəstək. Технологии Blogger.