20.01.2015

    MƏKTƏB DİREKTORUNUN ŞƏXSİYYƏTİNƏ  VERİLƏN TƏLƏBLƏR

Cəmiyyətimizin inkiĢaf istiqamətlərinə uyğun olaraq, idarəetmənin əsaslı surətdə yeniləĢdirmək
zəruriyyətinin meydana çıxdığı indiki Ģəraitdə rəhbər iĢçiyə verilən tələblər yeni keyfiyyət göstəriciləri ilə
səciyyələnir. Həmin tələblər idarə olunan sahənin xüsusiyyətlərindən asılı olaraq spesifik mahiyyət kəsb etsə də,
xalq təsərrüfatının bütün sahələrində rəhbərlik üçün ümumi olan cəhətlərə də malikdir. Adamlarla iĢləməyi bacarmaq,
xüsusi idarəetmə bilik və bacarığına yiyələnmək, kollektivdə yaxĢı psixoloji iqlim, yoldaĢcasına
iĢgüzarlıq Ģəraiti yaratmaq idarəetmə elminin əsaslarını öyrənmək, idarə olunan sahəni dərindən bilmək,
kütlələri idarəetməyə cəlb etmək kimi keyfiyyətlər bu gün böyük aktuallıq kəsb edir. Həmin keyfiyyətlər müasir
məktəb rəhbərlərində də axtarılmalıdır. Göstərilən keyfiyyətləri məktəb direktoruna verilən tələblər kimi
səciyyələndirmək olar. Əlbəttə, bütün bunlarla yanaĢı məktəb direktoruna verilən bir sıra digər tələblər də
mövcuddur ki, onlar barəsində geniĢ söhbət açmaq mümkündür.
1. Məktəb direktoru ümumi səviyyə etibarilə tabeliyində olan iĢçilərdən yüksəkdə durmağa
çalıĢmalıdır. «Ümumi səviyyə» geniĢ anlayıĢdır. Buraya Ģəxsin ümumi dünyagörüĢü, intellektual mədəni
səviyyəsi, davranıĢı, hərəkətləri, rəftarı, danıĢığı, fakt və hadisələrə reaksiyası, onlardan baĢ çıxara bilməsi və s.
daxildir. Birinci növbədə, direktor minlərlə müxtəlif yaĢ dərəcəli rəngarəng psixoloji xüsusiyyətlərə malik uĢaq
gözləri qarĢısında hərəkət edən müəllim olduğunu bir an da olsa unutmamalıdır. Bu baxımdan o, müəllimə,
tərbiyəçiyə, pedaqoqa verilən tələblərə tam və hər dəqiqə riayət etməyə borcludur. Axı uĢaq nəzəri hər cür mənfi
halları, davranıĢdakı naqislikləri daha tez sezir. Ona görə də direktor, ilk növbədə, özünün bütövlükdə «uĢaq
güzgüsündə tam mütənasib görünməsini» təmin etməli, geyimi, yeriĢi, hərəkəti, davranıĢı, danıĢığı, intonasiyası
ilə nümunə olmağa çalıĢmalıdır. O, təkcə məktəbli üçün deyil, müəllim və tərbiyəçi üçün, müxtəlif səviyyəli
valideynlər, tədris-yardımçı heyət və texniki iĢçilər üçün də nümunə olmalıdır.
Məlumdur ki, hər bir pedaqoji kollektivdə müxtəlif ixtisaslar üzrə çoxlu müəllim çalıĢır. Onların
əksəriyyəti öz bilik səviyyələrinə görə yüksək ixtisaslı mütəxəssis olub, öz ixtisasını ona rəhbərlik edən baĢqa
ixtisas sahiblərindən daha yaxĢı bilir. Bu mənada məktəb direktorunun ayrı-ayrı fənn müəllimlərinin ixtisas üzrə
bilik səviyyəsindən yüksəkdə durmağa çalıĢması o qədər də real deyildir. Bu baxımdan məktəb direktorunun öz
ixtisasını dərindən bilməsi, tədris etdiyi fənnin metodikası sahəsindəki yenilikləri müntəzəm olaraq izləməsi,
həmin fənn müəllimləri arasında qabaqcıllar arasında dura bilməsi kifayətdir. Lakin onun ümumi dünyagörüĢü,
mədəni səviyyəsi etibarilə bütün müəllimlərdən üstün olmağa səy göstərməsinə ehtiyac vardır.
Məktəb direktoru hər gün dərin biliyə malik müəllimlər qarĢısında hesabat verəcəyini unutmamalıdır.
Onun mənəvi haqqı yoxdur ki, hər hansı müəllimin bu və ya digər beynəlxalq məsələ, elmi-texniki yenilik
haqqında və ya pedaqoji problemlərə dair suallarını cavabsız qoysun. Birinci sinif müəllimi uĢaqların ona
yağdırdıqları sualların hamısına cavab verməyə çalıĢdığı kimi, direktor da ona müraciət edənlərin bütün sualları
ətrafında fikir söyləmək imkanına malik olmalıdır. Təəssüf ki, məktəblərimizdə elə məktəb rəhbərləri tapılır ki,
müəllimlərlə elmi mübahisələrə giriĢməkdən qorxur, çox vaxt müəllimlər arasında gedən sual-cavablarda iĢtirak
etməkdən qaçır. Bəzən elə hallar olur ki, müəllimin haqqında məlumat verdiyi yeniliklərin dərc olunduğu qəzet
və ya jurnalların adını məktəb direktoru ilk dəfə eĢidir.
Bir sıra məktəb direktorları «sadəlik» pərdəsi altında gizlənərək çox səliqəsiz geyinir. Məktəbdə onu texniki
iĢçidən və ya hər hansı kənar Ģəxsdən fərqləndirmək olmur. Ġxtisasartırma kurslarına gələn yüzlərlə məktəb
direktorları arasında elələri olur ki, onların geyiminə və davranıĢına görə ziyalıya oxĢada bilmirsən. Bu
baxımdan məktəb direktoru öz geyim səliqəsinə ciddi fikir verməli, ütüsüz Ģalvar, düyməsiz köynək, palçıqlı
ayaqqabı, kobud Ģəkildə dolanmıĢ qalstuk, qırxılmamıĢ üz, daranmamıĢ saç və s. ilə uĢaq və müəllim qarĢısına
çıxıb özünü gülüĢ hədəfinə çevirməməlidir.
Hələ də Ģagirdlərin gözü qarĢısında texniki iĢçinin, Ģagirdin, hətta müəllimin üstünə qıĢqıran, siniflərdə
dərs getdiyi halda dəhlizlərdə səsini yüksəldən, iclaslarda hədə-qorxu ilə ucadan «nitq söyləyən» direktorlara
təsadüf edilir. Əlbəttə, bu ondan irəli gəlir ki, rəhbər tabeliyində olan iĢçinin rəğbətini, inamını qazana bilməmiĢ,
verdiyi göstəriĢ və təkliflərin düzgünlüyü və səmərəliliyinə inam oyada bilməmiĢdir. Onun ümumi səviyyəsi
qarĢısındakı müsahibinin səviyyəsindən yüksəkdə deyildir. Yuxarıdakıları ümumiləĢdirərək deyə bilərik ki,
«ümumi səviyyə» etibarilə tabeliyində olan iĢçilərdən yüksəkdə durmaq üçün məktəb direktoru:
– Yüksək ideyalı, iradsız, saf mənəviyyatlı, siyasi cəhətdən hazırlıqlı, ölkədə və beynəlxalq aləmdəki
hadisələrdən baĢ çıxarmağı bacaran, rəhbər dövlət sənədlərini müntəzəm olaraq izləyən, Ģəxsi həyatında təmiz
adam olmalı;
– Ġdarəetmə səriĢtəliliyi kəsb etməli, tabeliyində olan iĢçilərin hər birinə göstəriĢ, təklif və məsləhət verə
bilmək səviyyəsində durmağı bacarmalıdır.
2. Məktəb direktoru adamları tanımağı, onlarla iĢləməyi, hər kəslə psixoloji kontakta girməyi
bacarmalıdır. Hər bir əmək kollektivində öz bilik səviyyəsi, ümumi dünyagörüĢü, intellektual mədəni

səviyyəsi, xarakteri və s. etibarilə müxtəlif səviyyəli adamlar əlbir fəaliyyət göstərir. Bu baxımdan məktəb kol-

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.