11.08.2015

TƏRBİYƏDƏ DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ SİNİF RƏHBƏRİNİN İŞİNİN ƏSASLARINDAN BİRİDİR.


Təlim həmişə öyrənməkdən başlayır. Əgər şagird üçün təlim anlayışı müxtəlif fənləri öyrənməkdirsə, müəllim üçün təlim hər şeydən əvvəl şagirdi öyrənməkdir. Bu baxımdan kurrikulum sənədləri içərisində  qiymətləndirmə, qiymətləndirmə məfhumu içərisində də diaqnostik qiymətəndirmə müəllim üçün ən ümdə məsələ, sənəd və vəzifədir.
  Nə üçün məsələyə bu qədər əhəmiyyət veririk?
  Ona görə ki, müəllim üçün təlim-tərbiyə qarşısındakı obyektə təsir etmək, onu    dəyişdirmək, formalaşdırmaq, yeni şəkilə salmaq deməkdir. Əgər məsələ belədirsə, o zaman müəllimin obyekti – şagirdini çox yaxşı, hərtərəfli olaraq tanıması, bilməsi lazımdır.
  Dəyişdirmək, kamilləşdirmək istədiyi obyekt hansı daxili imkanlara, hansı nöqsanlara malikdir? 
Ona nələr və kimlər təsir göstərir? Bütün bunlar ona necə, nə cür təsir edir, bu təsirlərə qarşı obyekt hansı reaksiyanı göstərir?
Obyekt nələri, kimləri sevir və nə üçün sevir?
Bunun əksinə, nələri, kimləri sevmir və nə üçün sevmir və sair və ilaxır.
Bütün bunlara və bunlar kimi onlarla, yüzlərlə suallara cavab almadan müəllim qarşısındakı obyektə necə, nə zaman və hansı təsiri göstərəcəyini müəyyən edə bilməz. Başqa sözlə, tərbiyə edə bilməz, dəyişdirə bilməz.
 Bütün bunlara görə də biz şagirdi bu cür hərtərəfli öyrənib qiymətləndirməyə diaqnostik qiymətləndirmə deyirik. Sanki bir həkim, bir mühəndis kimi qarşımızdakı obyekti hərtərəfli öyrənməyə, ondakı sağlam və xəstə cəhətləri müəyyən etməyə çalışırıq. 




0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.