SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI
Sinif rəhbərinin
fəaliyyətində valideynlərlə aparılan pedaqoji iş mühüm yer tutur. Bu istiqamətdə
onun işinin əsas mərkəzini valideynlər – ata-analar arasında pedaqoji bilikləri
müntəzəm təbliğ etmək və ailə tərbiyəsi məsələləri, ailədə uşaqları düzgün tərbiyə
etmək üsulları ilə onları silahlandırmaq təşkil edir.
Belə
ki, valideynlərin heç bir hamısı xüsusi pedaqoji təhsilli deyildirlər, onlar
müxtəlif peşələrin sahibləri olduqlarından xüsusi pedaqoji təhsil almamışlar.
Buna görə
də valideynlərə ailədə uşağı düzgün tərbiyə etmək üsulları barədə müntəzəm elmi
məlumatların və nəzəri-pedaqoji biliklərin verilməsi zəruruidir.
Məktəbin
işini daha da yaxşılaşdırmaq tədbirləri haqqındakı bəzi qərarlar valideynlər
arasında pedaqoji biliklərin hər vasitə ilə, xüsusən də mətbuat vasitəsilə və
şifahi yolla təbliğinin
yaxşılaşdırılmasını tələb edir və bu istiqamətdə müəyyən faydalı tədbirlərin
görülməsini qarşıya əməli vəzifə qoymuşdur.
Bu sahədə
sinif rəhbəri bir sıra mühüm işlər görür və həyata keçirir. O, ilk növbədə, öz
sinfinin valideynlərini məktəbə dəvət
edib, sinif valideyn yığıncağı keçirir və orada şagirdlərin təlim- tərbiyəsi
işləri sahəsində valideynlərin vəzifələrini, onların məktəblə, müəllimlərlə
müntəzəm əlaqə saxlamasının, vaxtaşırı məktəbə gəlib öz uşaqlarının təlim müvəffəqiyyəti,
dərslərə davamiyyəti, tərbiyə işləri ilə yaxından maraqlanmasının və tanış
olmasının əhəmiyyətini onlara izah edib başa salır, bu istiqamətdə valideynlərə
müəyyən tapşırıqlar, məsləhətlər və tələblər verir.
Sinif rəhbəri
hər dəfə valideynlərlə fərdi halda görüşəndə uşağın təlim-tərbiyəsi işinin vəziyyəti
haqqında, dərslərə davamiyyəti, ayrı-ayrı fənlər üzrə təlim müvəffəqiyyəti və məsuliyyəti,
şagirdlərin qaydalara necə əməl etməsi, intizamı, əxlaqı və mədəni davranışı,
sağlamlığı, müəllim və sinif yoldaşları ilə münasibəti və s. barədə valideynlərə
real, konkret məlumat verir, bu istiqamətlərdə onların uşaqlara qayğısını, tələbkarlığını
və nəzarətini təşkil edir, habelə təlim-tərbiyə vəzifələri sahəsində məktəblə
ailə arasında vahid tələblərin, fəaliyyət keçirilməsinə müvəffəq olur.
Sinif rəhbəri
fərdi pedaqoji müsahibə zamanı valideynləri müasir pedaqoji biliklərlə aydın təlimatlandırıb
istiqamətləndirməli, ailədə uşaqları düzgün tərbiyə etmək yollarını, şərt və
qaydalarını onlara öyrətməyə nail olmalıdır. Valideynlərlə aparılan belə fərdi
söhbətlərlə bərabər, sinif rəhbəri vaxtaşırı şagirdlərin valideynlərini məktəbə
dəvət edib, “sinif valideyn yığıncağı” təşkil edir.
Belə
yığıncaqlarda şagirdlərin təlim-tərbiyəsinin səmərəli təşkilinin bəzi konkret məsələlərinə
dair sinif rəhbəri (məsələn, “Şagirdlərintəlim-tərbiyəsi sahəsində valideynlərin
vəzifələri”, “Uşaqların fiziki tərbiyəsi və sağlamlığı sahəsində valideyn
qayğısı” və s.) qısa müddətli məruzələr edir, mühazirələr söyləyir.
Beləliklə,
sinif rəhbəri valideynlərə müəyyən sistem ilə müntəzəm pedaqoji təhsil verir,
onların ailədə uşaqların təlim-tərbiyəsi işlərini məktəbin vəzifələri və tələbləri
istiqamətində daha düzgün və səmərəli qurmaq, təşkil etmək və həyata keçirmək
ideyaları, üsulları və vasitələri haqqında pedaqoji biliklərlə məlumatlandırır,
təlimatlandırır və istiqamətləndirir.
Bu
yollarla pedaqoji bilikləri öyrənmək, aydın və şüurlu mənimsəmək nəticəsində
valideynlər, gənc ata-analar ailə tərbiyəsi sahəsində öz vəzifələrini, rolunu və
məsuliyyətini düzgün dərk edir, öz ailəsində övladının təlim-tərbiyəsi işlərini,
mütaliəsini, dərslərə hazırlaşması işini, gündəlik rejimini , əxlaqi və mədəni
davranışını və s. kimi məsələləri dövlət müəssisəsi olan məktəbin vəzifələri və
tələbləri əsasında təşkil edir və müvəffəqiyyətlə həyata keçirməyə səy edir və
çalışırlar.
Məktəb
ailə tərbiyəsi sahəsində, ailədə uşaqları müvəffəqiyyətlə tərbiyə etmək işində
həmişə valideynlərə qayğı, kömək və rəhbərlik göstərməli, onların ailə tərbiyəsinə
dair zəruri elmi-pedaqoji bilklərlə silahlanmasını təmin etməlidir.
Ailə tərbiyəsi
sahəsində valideynlər arasında müvəffəqiyyətli pedaqoji maarif təbliğatını
başlıca olaraq sinif rəhbəri “sinif valideyn yığıncaqları” vasitəsilə həyata
keçirir və keçirməlidir. Sinif valideyn yığıncaqlarına bütün və əksəriyyət
valideynlər böyük maraq göstərir və belə yığıncaqlara müntəzəm gəlirlər.
Ailə tərbiyəsi
mövzularında aparılan pedaqoji söhbətlər, məruzə və mühazirələr ayrı-ayrı sinif
şagirdlərinin yaş səviyyəsinə uyğun şəkildə təşkil edilir. Sinif valideyn
yığıncaqları müasir pedaqoji ədəbiyyatın düzgün tövsiyə etdiyi kimi, hər rübün əvvəlində
olmaqla, tədris ili ərzində cəmi dəfə dəfə deyil, hər bir sinif valideynləri ilə
ayda bir dəfə müntəzəm təşkil etməlidir.
Orada
sinif rəhbəri müəyyən dəqiq plan üzrə ailə tərbiyəsinin ayrı – ayrı konkret məsələlərinə
dair zəruri və çox vacib mövzularda maraqlı, müxtəlif tanış ailələrin həyatından,
təcrübəsindən alınmış faktlar, hadisələrə dair məzmunlu söhbətlər və mühazirələr
aparmalıdır.
Bu tədbirlər
valideynlərin tərbiyə prosesinin mahiyyəti, məqsəd və vəzifələri, tərbiyə işlərinin
xüsusiyyətləri, səmərəli təşkili yolları, vasitə və üsulları, habelə ailədə
övlad tərbiyəsində valideynlərin vəzifələri, məsuliyyəti, valideyn nüfuzunun əhəmiyyəti
və onun təsiri, ev tapşırıqları üzərində valideyn nəzarəti və s. kimi mənimsəməsinə
çox kömək edir.
Valideynlər
üçün nəzərdə tutulan belə söhbətlərə sinif rəhbəri ciddi yanaşmalı və yaxşı
hazırlaşmalıdır. O, ailədə şagirdlərin tərbiyəsinə aid mövcud pedaqoji ədəbiyyatı
müntəzəm oxuyub öyrənmək yolu ilə bu sahədə tərbiyə nəzəriyyəsini yaxşı və əhatəli
mənimsəyə bilir və valideynlər qarşısında istənilən mövzularda 30-35 dəqiqəlik
vaxt ərzində müvəffəqiyyətlə çıxış edərək lazımi pedaqoji bilikləri onlara
aydın çatdırmağı və öyrətməyi bacarar.
Bütün bu
işlərlə yanaşı, sinif rəhbərləri şagirdlərin təlim- tərbiyəsi işlərinin səmərəli
təşkili və həyata keçirilməsi məsələləri barədə il ərzində vaxtaşırı tək-tək
valideynlərlə, ata-analarla zəruri pedaqoji müsahibələr, fərdi söhbətlər
aparırlar.
Sinfin təlim-tərbiyəsi
işlərinin təşkili və həyata keçirilməsində pedaqoji təhsilli, təşkilatçı
valideynlərin əməli qayğısını, köməyini və fəal iştirakını təşkil edir, şagirdlərin
gəzinti və ekskursiyalara, kino və teatra, sərgilərə kollektiv gedişi zamanı,
eləcə də sinif şagirdlərini milli bayram günlərini, tarixi günləri, görkəmli şəxsiyyətlərin
yubiley günlərini, adlı-sanlı adamlarla görüş gecələrini təntənəli şəkildə qeyd
edilməsinə hazırlıq tədbirlərində valideyn fəallarının yardım və köməyini təmin
edirlər.
Bu işlərdə
valideynlərin iştirakına müəyyən lazımi imkan yaradır və onlara rəhbərlik göstərir.
Bütün bu işlər ayrı-ayrı siniflərdə tərbiyə prosesinin keyfiyyətinin yüksədilməsinə
müsbət təsir göstərir, şagirdlərin tərbiyəsini yaxşılaşdırır və təkmilləşdirir.
0 коммент.:
Отправить комментарий