SİNİF
RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ
Azərbaycan
Respublikası Təhsil
Nazirinin
05
mart 2009-ci il tarixli,
270 №-li əmri ilə təsdiq
edilmişdir.
Ümumi müddəalar.
Sinif rəhbərinin əsas işi təhsil
alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı
və müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etmək, insanın hüquq və
azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri
aşılamaq, sağlam həyat tərzinə alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə
sadiq vətəndaş kimi formalaşdırmaqdır.
Sinif rəhbəri fəaliyyətində Azərbaycan
RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları haqqında Azərbaycan
Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, məktəbin nümunəvi
Əsasnaməsini rəhbər tutur.
Sinif rəhbəri məktəb direktoru tərəfindən
təyin edilir və vəzifədən azad edilir. Sinif rəhbərlərinin fəaliyyətinə rəhbərlik
tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.Müəyyən səbəb
üzündən məktəbdən ayrı düşdükdə, əmək qabiliyyətini müvəqqəti itirdikdə sinif rəhbərinin
vəzifələrinin icrası digər sinif rəhbər və müəllimə həvalə edilə bilər.
Sinif rəhbərinin fəaliyyəti məqsədyönlü,
sistemli, planlaşdırılan prosesdir. O, məktəb nizamnaməsi, tərbiyə işinin
planlaşdırılması, əvvəlki fəaliyyətin, ictimai həyatın müsbət və mənfi
tendensiyalarının təhlili əsasında, pedaqoji kollektiv qarşısında duran aktual
vəzifələr nəzərə alınmaqla şəxsiyyətə yönəldilmiş yanaşma, sinif kollektivində
vəziyyət, müxtəlif illətlərin nümayəndələri arasında etnik və dini münasibətləri
tənzimləməklə şagirdlərin tərbiyəlilik səviyyəsi, onların sosial vəziyyəti, ailə
şəraitlərinin özünəməxsusluğu əsasında qurulur.
Sinif
rəhbərinin fəaliyyət istiqamətləri.
Sinif rəhbəri öz fəaliyyətini
aşağıdakı istiqamətlərdə qurur:
- sinif kollektivini formalaşdırmaq
və inkişaf etdirmək;
- müdafiə olunma situasiyası,
emosional rahatlıq, şəxsiyyətin inkişafı üçün əlverişli psixoloji-pedaqoji şəraiti
yaratmaq;
- hər bir uşağın fərdi özünüifadəsi
üçün lazımi şərait yaratmaq, şəxsiyyət kimi inkişaf etdirmək, təkrarolunmazlığını
qoruyub saxlamaq və onun potensial qabiliyyətini aşkarlamaq;
- məktəblinin hüquq və maraqlarını
müdafiə etmək;
- sinif kollektivi ilə sistemli iş
təşkil etmək;
- şagirdlərlə şagirdlər, şagirdlərlə
müəllimlər arasında münasibətləri humanistləşdirmək;
- şagirdlərdə əxlaqi və mənəvi dəyərləri
formalaşdırmaq;
- şagird özünüidarə inkişafı vasitəsilə
şagirdlərin sosial əhəmiyyətli, yaradıcı fəaliyyətlərini təşkil etmək.
Sinif rəhbərinin hüquqları.
Sinif rəhbəri aşağıdakı hüquqlara malikdir:
- uşaqların fiziki və psixoloji
sağlamlığı barədə müntəzəm olaraq məlumat əldə etmək;
- sinifdə dərs deyən fənn müəllimlərinin
(həmçinin, məktəb psixoloqu və digər müəllimlərin) işini əlaqələndirmək;
- məktəbin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı təşəbbüslə çıxış etmək, təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi
fikir söyləmək, sinif kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri
pedaqoji şurada baxılmaq üçün təqdim etmək;
- mövcud vəziyyəti nəzərə almaqla,
uşaqlarla fərdi iş rejimi müəyyənləşdirmək;
- tərbiyə problemləri üzrə təcrübi-eksperimental
iş aparmaq;
- valideynləri(onlar əvəz edən şəxsləri)
təhsil müəssisəsinə dəvət etmək, onlarla işgüzar əlaqə yaratmaq;
- pedaqoji kadrların yenidən
hazırlanması sistemi vasitəsilə pedaqoji ustalığın yüksəldilməsi formalarını
seçmək, treninqlər vasitəsilə pedaqoji işin müxtəlif qrup və kollektiv
formalarında iştirak etmək;
- məktəb özünüidarəetmə
orqanlarında şəxsi şərəf və ləyaqətini qorumaq və sinif kollektivində sinifdənxaric
işin vəziyyətinin qiymətləndirilməsində mövqeyini müdafiə etmək;
- ümumtəhsil müəssisəsinin rəhbərliyi
ilə razılaşma əsasında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyaya (mütəxəssislərə) müraciət etmək.
Sinif rəhbərinin fəaliyyətində aşağıdakılar yol verilməzdir:
- uşaqların şəxsiyyətini, ləyaqətini
alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək;
- şagirdi cəzalandırmaq məqsədilə dərs
zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini aşağı
salmaq;
- uşağın etimadından süni istifadə
etmək, ona verdiyi vədə əməl etməmək, onu düşünülmüş şəkildə aldatmaq;
- şagirdin özü iştirak etmədiyi şəraitdə
onun hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq.
- şagirdlər qarşısında öz həmkarlarını
onların iştirakı olmadan müzakirə etmək,
onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl gətirmək.
Sinif
rəhbərinin vəzifələri.
Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar aiddir:
Təlim prosesinin təşkili:
- sinifdə ümumməktəb kollektivinin
fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün
əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
- şagirdlərin xarici görünüşünə,
geyiminə nəzarət etmək;
- şagirdlərin dərsə davamiyyətinə nəzarət
etmək;
- hər bir şagirdin tədris nailiyyətlərinə
nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək
göstərmək;
- valideynlərlə əlaqə yaratmaq və
onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu
və müəllimlər vasitəsilə);
- eyni yaşda olan uşaqlarla işin
psixoloji və pedaqoji əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul
və formalarını bilmək;
- Azərbaycanın milli bayramları, əlamətdar
tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək.
Təşkilati-koordinasiya işi:
- ümumtəhsil müəssisəsi ilə ailələr
arasında əlaqənin yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili;
- uşaqların tərbiyə edilməsində çətinliklə
üzləşən valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili;
- fənn müəllimləri və məktəbin digər
mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.)
qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin
təşkili;
- şagirdlərin təhsil fəaliyyətlərinin
məktəbdənkənar təhsil sistemi də daxil olmaqla nəzərə alınması və
stimullaşdırılması;
- təhsil fəaliyyətinin subyektləri
qismində hər bir şagirdlə və bütövlükdə sinif kollektivi ilə fərdi və
qarşılıqlı fəaliyyətin təşkili;
- sənədləşmənin aparılması (sinif
jurnalları, gündəliklər, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı,
sinfin sosial pasportu, istedadlı uşaqlarla, risk qrupu şagirdlərilə, yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda olan şagirdlərlə iş
planları);
- şagirdlərin fiziki və psixoloji
sağlamlıqlarının müdafiəsi, qorunması və möhkəmləndirilməsi;
- məktəbin tibb işçisi ilə əməkdaşlıq;
- fiziki tərbiyə dərslərinə və məşğələlərinə
müsbət münasibətin aşılanması;
- əməyin mühafizəsi qaydalarının,
yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə təhlükəsiz davranış qaydalarının
şagirdlər tərəfindən öyrənilməsinin təşkili;
- məzunların peşə seçmələrinə köməklik
göstərilməsi;
- həftəlik sinif saatları keçirmək;
- hər tətildən sonra bir dəfə
valideyn iclası keçirmək;
- sinif, məktəb, yeməkxana üzrə
növbətçiliyin təşkili;
- təhkim olunmuş kabinetdə
sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;
- hər bir hadisə barədə məktəb rəhbərliyinin
operativ şəkildə məlumatlandırılması, ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin
həyata keçirilməsi.
Kommunikativ iş:
- şagirdlər arasında şəxsi münasibətlərin
tənzimlənməsi;
- müəllim və şagirdlər arasında
subyektlərarası (subyekt-subyekt) münasibətlərin yaradılması.
- müəllim və valideynlər arasında
kommunikativ münasibətlərin tənzimlənməsi;
- sinifdə dərs deyən müəllimlər və
məktəbin rəhbərliyi ilə kommunikativ münasibətlərin tənzimlənməsi;
Təhlil-proqnozlaşdırma işi:
- uşaqların ailədə tərbiyə olunma şəraitinin
öyrənilməsi, sinfin sosial pasportunun tərtib edilməsi;
- şagirdlərin fərdi qabiliyyətlərinin
və onların inkişaf dinamikasının öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla
iş;
- sinif kollektivinin vəziyyətinin
və inkişaf perspektivlərinin müəyyən edilməsi.
Sinif rəhbərinin iş formaları.
Sinif rəhbərinin iş formaları
yaranmış pedaqoji vəziyyətdən asılı olaraq müəyyənləşdirilir.
- sinif kollektivinin dərsdənkənar,
məktəbdənkənar işinin, asudə və tətil vaxtı tədbirlərin (kollektiv yaradıcılıq
işləri, söhbətlər, debatlar, müşavirələr, tamaşalar, konsertlər, treninqlər,
yarışlar, yürüşlər və ekskursiyalar, müsabiqələr, ictimai-faydalı və yaradıcı əmək)
təşkili;
- fərdi iş (söhbətlər, məsləhətlər,
fərdi köməyin göstərilməsi, problemlərin həllinin birgə axtarışı);
- qruplarla (yaradıcı qruplar, uşaq
parlamentləri, özünüidarəetmə orqanları, şuralar) iş. Dərs saatı müəllim və
şagirdlərin ünsiyyətinin təşkili formasıdır və onun gedişində mühüm əxlaqi, mənəvi
və etik problemlər qaldırıla və həll edilə bilər. Şagirdlərlə iş formalarının
seçimində aşağıdakıları rəhbər
tutmaq məqsədəuyğundur:
- işin mövcud dövrü üçün müəyyənləşdirilmiş
tərbiyə məsələlərinin nəzərə alınması;
- tərbiyə prosesinin təşkili
prinsiplərinin, uşaqların imkan, maraq və tələblərinin, xarici şəraitin, müəllim
və valideynlərin imkanlarının nəzərə alınması;
- tərbiyə işinin metod və
formalarının məzmun bütövlüyünün təmin edilməsi.
Sinif
rəhbərinin iş rejimi.
Sinif rəhbərinin iş rejimi ümumtəhsil
müəssisəsi tərəfindən müəyyənləşdirilir və müəssisənin əsasnaməsində, daxili əmək
intizamı qaydalarında, cədvəldə, tədbirlər planında və digər rəsmi sənədlərdə –
protokollarda əks olunur.
Sinif rəhbərinin işinin dəyərləndirilməsi meyarları.
Sinif rəhbərinin işi səmərəliliyinə
görə: məhsuldarlıq və fəaliyyət meyarları əsasında qiymətləndirilir.
Məhsuldarlıq meyarı
şagirdlərin sosial inkişafının səviyyəsini
əks etdirir:
- şagirdlərin ümumi mədəniyyətinin,
nizam-intizamının, vətəndaş yetkinliyinin, əxlaqının, tərbiyəsinin səviyyəsi;
- sinif şagirdlərinin davamiyyəti
(aşağı, orta, yüksək), ona nəzarət və onun artım formaları;
- rahat psixoloji iqlim.
Fəaliyyət meyarı
sinif rəhbəri üçün müəyyənləşdirilmiş sənədlərin
mövcudluğu, sənədləşdirmənin tələblərə müvafiq şəkildə aparılması sinif rəhbərinin
idarəetmə qərarlarının icrasını qiymətləndirmək imkanı verir:
- tərbiyə işinin planı, tərbiyələndirmədə
konkret vəzifələrin qoyuluşu və onların icrasını;
- tapşırıqları, dərnəklərdə, bölmələrdə
məşğulluğu qeydə alan sinif jurnalını;
- sinifdə dərslərə davamiyyətin
jurnalda müntəzəm qeydə alınmasına, dərslərin buraxılmasına nəzarət;
- şəxsiyyətin öyrənilməsinin
psixoloji və pedaqoji xəritəsi.
Şagirdlərlə tərbiyə işinin təşkili.
- kütləvi tərbiyə işləri;
- sinif kollektivinin məktəbin
ümumi işlərində iştirakı;
- sinfin məktəbdənkənar tədbirlərdə
(rayon, şəhər tədbirləri, müsabiqələr, ekskursiyalar və s.) iştirakının təşkili;
- şagird özünüidarəetmənin
inkişafı;
- şagirdlərin sosial müdafiəsi;
- münaqişələri (şagird-şagird,
şagird-müəllim) həll etmək bacarığı;
-
hər bir şagirdin (özü və ətrafdakılar üçün) əhəmiyyətli fəaliyyətə cəlb
olunması.
Valideynlərlə iş.
- valideynlərlə birgə tədbirlər təşkil
etmək;
-
şagirdlərin ailələri ilə tanışlıq və ailələrlə fərdi işin təşkili.
Sinif rəhbərinin fəaliyyət sahələri.
- tərbiyə işi, təhsil müəssisəsində,
eləcə də şəhər, rayon çərçivəsində təcrübə mübadiləsi üzrə tədbirlərdə iştirak
etmək;
- sinifdə şagirdlərlə, tədris
prosesinin digər iştirakçıları ilə qarşılıqlı fəaliyyətdə olan pedaqoji işçilərlə
birgə fəaliyyət göstərmək.
0 коммент.:
Отправить комментарий