İş
vaxtının rejimi
İş
vaxtının rejimi dedikdə iş vaxtının sutka, yaxud digər təqvim dövrü ərzində
bölgüsü başa düşülür. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti,
onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı
növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə
keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri
ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin
sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə
ilə müəyyən edilir (əmək Məcəlləsinin 95-ci maddəsi). İş vaxtının rejimi və onu
müəyyən edən qaydalar Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən
edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı)
ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin
qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün
işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək
olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin
Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq
şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş
vaxtının rejimi qaydalarını müəyyən edə bilər.
Praktikada
elə zəruri hallar olur ki, işçi normativ qaydada müəyyənləşdirilmiş iş
vaxtından artıq işləməli olur. Bu məsələlər də Əmək məcəlləsində tənzimlənmişdir.
Məcəllədə verilən leqal anlayışa görə iş vaxtından artıq iş — işəgötürənin
əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən
olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
Təbii
fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının
alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan
malların itkisinin qarşısını almaq məqsədi ilə Əmək Məcəlləsi ilə müəyyən
edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə
yol verilir. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və Əmək Məcəlləsində
nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol
verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü
(növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu
Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun
istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin
etməlidir.
İş
vaxtından artıq işlərin son həddi. hər bir
işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli
olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə
bilməz.
İş
vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin
olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya
onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən
vacib işlərin görülməsinə;
b) su, qaz
və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində
işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini
aradan qaldırmaqdan ötrü zəruri işlərin görülməsini təmin etmək üçün;
c)
başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana
bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz
korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti
olduqda;
ç) işçilərin
əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin,
qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
d) əvəz edən
işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün
olmadıqda.
İşəgötürən
işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə
tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini
doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri
görməyə borcludur. İşəgötürən faktik olaraq hər bir işçinin iş vaxtının və iş
vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş
vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən
edilir.
0 коммент.:
Отправить комментарий