“Alimlərin fermerlərlə əlaqəsinə yardım” ictimai birliyi
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu
G.Ə.MUSTAFAYEVA, D.V. MUSTAFAYEV
BİLDİRÇİN ƏTİ VƏ YUMURTASININ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ.
.
ÖN SÖZ
“Qurani Kərimin”
Əl-Bəqərə surəsinin 57-ci ayəsində yazılmışdır: “Yadınıza salın: səhrada
yaşadığınız zaman üstünüzə buludla kölgə saldıq və Ruzi olaraq verdiyimiz hər
şeylərdən yeyin” deyərək “Sizə qudrət
halvası və bildirçin göndərdik”.
Ətraf mühitin çox çirkləndiyi bir vaxtda insanı təhlükədən qoruyan bir nemətin - bildirçin əti və yumurtasının qida rasionuna daxil olması bəşəriyyətin min bir təhlükədən xilası demək olardı. 10-12 qramlıq bildirçin yumurtalarının ecazkar müalicəvi təsiri hələ çox qədimlərdən məlumdur. Belə ki Yaponiyada bildirçinçiliklə XI əsrdən etibarən məşğul olmuşlar.

Xirosimo və
Naqasakiyə atom bombası atılandan sonra isə
bu sahə Yaponiyada böyük vüsət tapmış və inkişaf etməyə başlamışdır. Hal-hazırda orada belə bir dövlət
qanunu da mövcuddur; “Bütün uşaqlar, əgər
mümkünsə həm də böyüklər gündə 2-3 ədəd
bildirçin yumurtası içməlidirlər”. Bu təşəbbüs millətin sağlamlaşdırılması
proqramının əsas tərkib hissəsidir. Rus
alimləri yaponların güclü intellektə
malik olmasını da bildirçinçilik məhsullarından çox istifadə etməklə əlaqələndirirlər. Bu yumurtalar qiymətli
qida mənbəyi olmaqla yanaşı müxtəlif xəstəlikləri
müalicə edən çox kiçik, amma böyük təsirə
malik təbii mikroaptekdir. Cavanlıq və
gümrahlıq eleksiri (cövhəri) adlandırılan bu
yumurtaları səhər tezdən (2-3 ədəd) ilıq su ilə qarışdırıb içmək insanı
bütün gün ərzində çox gümrah edir. Müasir dövrdə ətraf mühitin çirklənməsi nəticəsində ekologiyanın zərərli təsirlərini aradan
qaldıra bilən bu “qızıl quşların” -
bildirçinlərin verdiyi “qızıl yumurtalara”
böyük ehtiyac vardır. Əgər özümüzü və yaxınlarımızı sağlam və gümrah görmək istəyiriksə gəlin
hamılıqla bu “qızıl” quşları sevək və onların məhsullarından daha çox istifadə edək. Bu kitabça bildirçin məhsullarının müalicəvi
təsirə malik olması ilə maraqlanan bütün bildirçin sevərlər üçün nəzərdə tutulmuşdur.
Bildirçinçiliyin
inkişafı.
Bildirçin toyuqkimilərin ən balaca növlərindən biridir. Bildirdinçinçiliklə Yaponiyada çox
uzaq keçmişdə, XI əsrdən etibarən məşğul
olmuşlar. Xirosimo və Naqasakiyə atom bombası atilandan sonra bildirçinçilik Yaponiyada böyük vüsətlə inkişaf etməyə
başlamışdır. 1964-cü ildən başlayaraq təzə və perspektiv təsərrüfat sahəsi kimi
bildirçinçilik Rusiyada da inkişaf etdirilir. Azərbaycanda isə bu sahə yalnız
son illərdə inkişaf etməyə başlamışdır .
Əksər tədqiqatçılar belə hesab edirlər ki, bildirçinlər ilk dəfə XI əsrdə Yaponiyada əhliləşdirilmişlər.
Əslində isə yaponlar bildirçinləri uzun müddət dekorativ quş kimi çoxaltmışlar, XX əsrin əvvəllərindən etibarən
bildirçinlər ət və yumurta istehsalı
üçün istifadə olunmağa başlamışdır.
Bildirçinlər Yaponiyadan dünyanın hər yerinə
aparılmış və çoxaldılmışdır. 1945-ci ildə Xirosimo və Naqasakiyə atom bombası atılandan sonra bu sahə Yaponiyada
olduqca böyük vüsət almışdır. Hal-hazırda bildirçinçilik Yaponiyada çox güclü inkişaf etmişdir.
Radiaktiv şüalanmış insanların müalicəsində bildirçin yumurtası əvəzolunmazdır. Yaponiyada 1945-ci ildən
sonar bildirçinçiliyin böyük vüsətlə inkişafı da məhz bununla bağlıdır. . Hal-hazırda bildirçinçilik
Yaponiyada toyuqçuluqdan sonra II böyük sənaye sahəsidir. Bu quşları ABŞ-da,
Fransada, İtaliyada,Almaniyada, Polşada, Macarıstanda, Çexoslavakiyada geniş
surətdə istehsal edirlər. Bildirçin məhsulları nəinki tibbdə ,kulinariyada, eləcə
də kosmetika sənayesində – kremlər,
şampunlar və digər məhsullar istehsalında geniş istifadə olunurlar. Bildirçin yumurtası çox qiymətli, hətta müalicəvi
əhəmiyyətə malik olan qida maddəsidir, onun tərkibində çoxlu miqdarda vitaminlər
və mikroelementlər vardır, xolesterin isə
tamamilə yoxdur. Bildirçin xaricdə çoxdan məşhurlaşmışdır. Lakin keçmiş SSRİ
respublikallarında isə bildirçinçiliyin məhsulları hələ lazımi dərəcədə məşhurlaşmamış
və inkişaf etməmişdir. Bu dövlətlərdə xolesterinsiz və çoxlu vitamin mənbəyi olan
bildirçin yumurtaları əsasən həvəskar təsərrüfatlarda artırılır. Geniş sənaye
miqyasında istehsalla məşğul olan fermalar ,demək olar ki, yoxdur. Yaponiyada ildə 8 milyondan çox, Çin
respublikasında isə 25 milyondan çox , Rusiyada 300 minə qədər, Ukraynada isə
150 mindən az bildirçin istehsal olunur. Bildirçin yumurtaları çox məşhurlaşmışdır.
Onun çox faydalı və qidalı olduğu çoxlarına məlumdur. Bildirçin yumurtasının çox
böyük əhəmiyyətini dərk edən həvəskar bildirçinçilər özləri üçün, öz ailələrinin
tələbatını ödəmək üçün bildirçin saxlayırlar.
Bazarda isə bildirçin məhsullarına təlabat ildən-ilə artır. Mütəxəssislərin
yazdıqlarına görə, bu yumurtalara olan tələbat 4 dəfə çoxdur.
Yapon bildirçinləri.
Lakin bunlara baxmayaraq, bildirçin bazarı
çox yavaş inkişaf edir. Rusiyaya
bildirçinlər ilk dəfə 1964-cü ildə Maykon şəhərinə Yuqoslaviyadan gətirilmiş və
artırılmışdır. 1966-cı ildə Quşçuluq üzrə Kiyevdə ümümdünya konqresində şərqi-yarmarka
keçirilmişdir ki, burada yapon bildirçinləri də satılmışdır.
1969-1970-ci illərdə
keçmiş SSRİ Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Moskvanın bir sıra müalicə
müəssisələrində
N.B.Piqarevun rəhbərliyi altında tədqiqatlar aparılmış, ağciyərlərin,
bronxların və mədə -bağırsaq sisteminin xəstəliklərində bu yumurtaların rolu müəyyənləşdirilmişdir.
446 nəfər üzərində müşahidə aparılmışdır ki, onların içərisində uşaqlar da
olmuşdur.Aparılan tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bildirçin
yumurtası çox qiymətli qida maddəsi olub, uşaqlar və böyüklər üçün müxtəlif xəstəliklər
zamanı tədbiq oluna bilən pəhriz qida maddəsidir. Bildirçin yumurtalarının əsas
xüsusiyyətlərindən biri də allergic reaksiyalar törətməməsidir.
Çernobıl
AEŞ-dakı qəza nəticəsində radiasiya şüası almış uşaqların Vitevskdə
reabilitasiyasında bildirçin yumurtasının çox böyük rol oynadığı müəyyənləşdirildi.
Vitebsk həkimləri Çernobıl qəzasından xəstələnmiş Belarus uşaqlarını bildirçin
yumurtaları ilə müalicə etmişlər. Bildircin yumurtası ilə müalicə olunmuş xəstə
uşaqlar bu müalicədən sonra özlərini gümrah hiss etmiş, burundan qan axma, baş
gicəllənməsi dayanmış, ürəklərində və qarın nahiyələrində olan ağrılar kəsilmişdir.
Ay yarımlıq müalicədən sonra uşaqların qanlarında hemoqlobinin miqdarı artmış,
uşaqların çəkisi çoxalmışdır. Uşaqların sağlamlığının bərpa olunmasında
bildirçin yumurtaları əhəmiyyətli rol oynamışdır. 1998-ci ildə Sankt-Peterburq
Radiasiya Gigiyena Elmi\ Tədqiqat İnstitutunda ağ siçanlar üzərində tədqiqat
işi aparılmışdır və belə nəticəyə gəlinmişdir ki, «Bildirçin yumurtasından qida
kimi istifadə edildikdə radiasiyanın təsirlərinin aradan qaldırılmasında rolu» müəyyənləşdirilmişdir.
Tədqiqatlar
nəticəsində alınan nəticə belə olmuşdur: «Bildirçin yumurtalarının qəbulu orqanizmə
radioaktiv «şüalanmanın zərərli nəticələrini aradan qaldırmata kömək edir və
ömrü uzadır». Tədqiqatçılar 80 siçovulu güclü rentgen şüalanmaya məruz etdilər.
Onların yarısına yarım il müddətində hər gün yemlərinə 2 qr /gün hesabı ilə
bildirçin yumurtası əlavə etmişlər. Kontrol kimi şüalanmaya məruz qalmamış
siçovul qrupu götürülmüşdür. Şüalanmış heyvanlar 2 qrupa ayrılmış: I qrupa bildirçin
yumurtası verilmiş, II qrupa isə bildirçin yumurtası verilməmişdir. Bildirçin
yumurtası almayan siçovullar 227 gündən sonra ölmüşlər, bildirçin yumurtası alan
siçovullar isə 360 gündən sonra ölmüşlər. Deməli, güclü şüalanmış siçovullar
bildirçin yumurtası ilə qidalandırıldıqda ömürləri bu yumurta ilə qidalandırılmayanlara
nisbətən 4-5 ay çox olmuşdur.
Beləliklə, radioaktiv şüalanma nəticəsində siçovulların
ömrü xeyli azalmışdır.Siçovulların şüalanmaya məruz qalmayan control qrupunda
isə heyvanların yarısı 414 gündən sonra, 60%-ə qədəri isə ikinci ilin sonunda
ölmüşdür. Aparılan tədqiqatlarla müəyyənləşdirilmişdir ki, bildirçin yumurtası şüa
xəstəliyinin qarşısını alır, həm də bildirçin yumurtasının mütəmadi qəbulu
şüalanmamış siçovul qrupunun da ömrünü bir ay uzatmışdır. Beləliklə, bildirçin yumurtasını
radiasiya almış şəxslərin reabilitasiyasında (sağlamlığın bərpa edilməsində) və
eləcə də yüksək radiasiyalı ərazidə yaşayan insanların pəhriz idalanmasında
istifadə etmək lazımdır və məqsədəuyqundur.
Bildirçin əti və yumurtasının mialicəvi əhəmiyyəti
müasir dövrdə ətraf mühitin çox böyük dərəcədə çirklənməsi insanlar arasında
müxtəlif xəstəliklərin yaranmasına və artmasına səbəb olmuşdur. Təsadüfideyildir
ki, son illərdə müxtəlif allergik xəstəliklərin sayı əhəmiyyətli dərəcədə
çoxalmışdır. .Hal-hazırda yaşlı nəslin, demək olar ki, əksəriyyəti, uşaqların
isə 80%-ə qədəri bu və ya digər allergik xəstəliklərdən əziyyət çəkirlər. Həkimlər
bildirçinin ətini və yumurtasını radiaktiv şüalanmaya və allergiyaya qarşı ən
qiymətli vasitə hesab edirlər. Ən bahalı kurortların, çox qiymətli dərmanların əvəzində
bildirçinin əti və yumurtasından istifadə etməklə müxtəlif allergik xəstəlikləri
aradan qaldırmaq mümkündür. 70-ci illərdə bildirçin yumurtasını həkimlər
“cavanlıq cövhəri (eleksir)” adlandırırdılar. Məhz buna görə də bu dövrdə bəşəriyyətin
qlobal bir təhlükə ilə qarşı-qarşıya durduqu bir dövrdə onu təhlükədən qoruya bilən
və hətta demək olar ki, qurtaran bir nemətin-bildirçin əti və yumurtasının qida
kimi yemək rasionuna daxil olması, bəşəriyyətin xilası demək olardı.
Müxtəlif mənbələrdən alınan məlumatlara və
öz şəxsi müşahidələrimizə görə, bəşəriyyətə kömək edə biləcək vasitələrdən biri
də bildirçin yumurtası və ətidir. Bildirçin yumurtası və ətinin böyük müalicəvi
əhəmiyyətə malik olduğu hələ çox qədimlərdən məlumdur. Çox qədim dövrlərdə çin
xalq təbabətində bu məhsullardan geniş istifadə olunmuşdur. Misir firoonlarının
hakimiyyəti dövrlərində bildirçin ətinin müalicəvi əhəmiyyətindən danışılır. Ədəbiyyat
məlumatlarına görə, hətta İvan Qroznı bildirçin ətinin böyük həvəskarı imiş,
mütləq onun yeməyi üçün qızardılmış bildirçin əti stola qoyulurmuş.
Yaponimperatoru Keypo Yamamoto hər səhər
yeməkdən əvvəl 6ədəd bildirçin yumurtası içirmiş. Bildirçin cücələri Dünya şöhrətli
Çin elm xadimi Li Si Çen (XIVəsr) özünün tibb mülahizələrində göstərmişdir ki,
bildirçinəti ürəyin, qara və ağ ciyərlərin, böyrək, mədənin müalicəsində,
bildirçin yumurtaları isə kişilərin tonusunun artmasında, qadınlarda
sonsuzluqun müalicəsində böyük əhəmiyyətə malikdir. Hal-hazırda artıq danılmaz
həqiqətdir ki, bildirçin yumurtaları kişilərin tonusunun artmasında güclü stimulyatordur.
Bolqar mütəxəssisləri belə hesab edirlər ki, bu yumurtalar effektivliyinə görə
“viaqradan” üstündürlər. Bildirçin yumurtası başın tükünün tökülməsini dayandırır
və təzə tük əmələ gətirir. Bildirçin ətini süddə bişirdikdə qaraciyər üçün çox
faydalı olur. Bildirçinçilik - fermer təsərrufatlarının
bazara çıxardığı məhsullar bildirçin
yumurtası və ətidir. Bildirçinin əti və yumurtası çox qiymətli qida maddəsi olduğu
üçün onlara təlabat da çox böyükdür. Bu biznesin uğurlu olması üçün məhsulların
kefiyyəti çox yüksək olmalıdır. Bildirçin yumurtası digər ev quşlarının yumurtalarından
xırda olsa da, özünün qida keyfiyyətinə görə onlardan qat-qat yüksəkdə durur.
Bildirçin yumurtasının qidalılığı çox yüksək olduğu üçün hər bir kosmik gəmi
kosmosa qalxanda heyət üzvləri orbitdə bu yumurtalarla qidalanırlar. Bildirçin
yumurtasının tərkibində K, P, Fe elementləri, B1, B2, B3, A və s. vitaminlər
toyuq yumurtasına nisbətən daha çoxdur. 125-150 qramlıq ana bildirçin il ərzində
çəkisi 10-12 q olan 260-300 yumurta vermək imkanına malikdir ki, bu da onların
öz çəkisindən 20 dəfə artıqdır. Ən məhsuldar toyuqlarda isə bu rəqəm 8- dən
yuxarı olmur.
Vitaminlərin və mikroelementlərin miqdarı
bildirçin yumurtasında toyuq yumurtasına nisbətən olduqca çoxdur: bildirçin
yumurtasının 1 qramında toyuq yumurtasının 1 qramına nisbətən A vitamini 2,5 dəfə,
B1 vitamini 2,8 dəfə, B2 vitamini 2,2 dəfə; mikroelementlərdən dəmir 4 dəfə,
mis və kobalt 2,2 dəfə, fosfor və kalium isə 4,5 dəfə çoxdur.Yumurtanın tərkibində
əvəzolunmayan aminturşular digər quşların yumurtasındakından çoxdur. Bu
turşular ona görə əvəzolunmayan adlanır ki, bunlar insanın və heyvanların orqanizmi
tərəfindən istehsal olunmur. Bu əvəzolunmayan amin turşularından biri də
lizindir ki, bildirçin yumurtasında bunun miqdarı daha çoxdur. Bildirçin yumurtası
eyni zamanda antibakterial xassəyə malikdir. Məhz buna görə də bildirçin
yumurtası uzun müddət qaldıqda da xarab olmur. Bu yumurtalar xroniki xəstəlikləri, əsəb
sisteminin pozulmasını, ürək xəstəliyini, on iki barmaq bağırsağın və mədənin yarasını, həzm pozğunluğu, qan
azlığını müalicə edir. Bildirçin
yumurtaları bronxial astma, şəkər, vərəm, qan azlığı xəstəliklərin müalicəsində
istifadə edilir, bu müalicə kursu 200-250 yumurta miqdarında olur. Adi toyuq
yumurtalarına qarşı allergiyası olan xəstələr üçün bildirçin yumurtası daha məsləhətlidir. Dəri
ekssudativi və neyrodermiti olan
uşaqlarda allergik hal olmur. Xroniki
pnevmoniya, bronxial astma və vərəm xəstəlikləri olan uşaqlar üçün bildirçinin
çiy yumurtaları məsləhət görülür. Yaşından asılı olmayaraq gündə 2-5 yumurta qəbul
etməlidirlər. Hər adam sistematik olaraq gündə səhərlər 4-5 ədəd bildirçin
yumurtası içməlidir. Üstündən az miqdarda ilıq su içməsi məsləhətdir. Müalicə müddəti
3-4 ay məsləhət görülür. Bildirçin məhsulları ekologi cəhətdən də çox təmizdir.
Bildirçin yumurtası ümumi inkişafı zəif olan uşaqlara çox yaxşı təsir edir.
Müntəzəm çiy bildirçin yumurtasından istifadə edən uşaqlar öz həmyaşıdlarından fərasətli
olur, çox az xəstələnir və tez inkişaf edirlər. Buna görə də Yaponiyada şagirdlərə
gündə 2 bildirçin yumurtası içirdirlər. Yaponlar artıq çoxdan sübut etmişlər
ki, bildirçin yumurtası insan orqanizmini çox yaxşı qoruyur, məhz buna görə də
bildirçin yumurtası və əti yaponların qida rasionunda mühüm yer tutur. Bu qiymətli
yumurtaları hər yerdə və hər vaxt, hətta qəzet köşklərində belə satırlar.
Yaponiya kimi inkişaf etmiş ölkədə quşçuluq sənayesində bildirçinçilik əsas
yerlərdən birini tutur. Burada bildirçin yumurtası istehsalına görə hər yapon vətəndaşına
beş yumurta düşür.
Yapon dövlətinin fərmanına görə, hər yapon
uşağına səhər yeməyinə pulsuz olaraq bildirçin yumurtası verilir. Bu təşəbbüs
millətin sağlamlaşdırılma proqramının əsas tərkib hissələrindən biridir. Beş-altı
yumurtanı hər gün çiy içmək yaşlılara da xeyirdir. Bu yumurtalar cavanlaşdırıcı
effektə malikdir, insanın iş qabiliyyətini yüksəldir və əhvalını xeyli yaxşılaşdırır.
Həkimlər bildirçin yumurtasından istifadə etməyi qocalara da məsləhət görürlər.
Yapon bildirçinlərinin y umurtası çox qədim təbii dərmandır. Bildirçin
yumurtaları ilə müalicə artıq bütün dünyada məlumdur. Xroniki xolesistit,
bronixial astma, müxtəlif ürək xəstəlikləri və sinir sistemi xəstəliklərinin müalicəsində
əvəzedilməz olduğu danılmazdır. Bu xəstəlikləri müalicə etmək üçün acqarına səhər
tezdən yeməyə yarım saat qalmış 4 ədəd bildirçin yumurtası içmək kifayətdir. Həkimlərin
məsləhətinə görə, şəkər xəstəliyi, vərəm və qanazlığında əvvəlki 3-4 gündə hər
gün 3 ədəd, sonrakı günlərdə isə 5 ədəd bildirçin yumurtası məsləhət görülür. Tam
müalicə almaq üçün 280 -300 ədəd yumurta lazımdır. Möcüzəvi təsirə malik olan
bildirçin yumurtaları Hipertoniyalı xəstələr gündə yeməyə yarım saat qalmış 4 ədəd
bildirçin yumurtasını içməlidirlər. Belə müalicə 1-2 ay davam etdirilməlidir.
Müalicənin artıq 10-12-ci günündə baş ağrıları, ürək ağrıları yoxa çıxır, qan təzyiqi
azalır, xəstənin ümumi əhvalı yaxşılaşır. Bildirçin yumurtası ekoloji təmiz və
son dərəcə faydalı məhsuldur. Bu yumurtaların qabıqaltı qatı çox möhkəmdir və
qabıqda olan tənəffüs məsamələri o qədər kiçikdir ki, mikroblar daxilə keçə
bilmir. Bədənlərinin hərarəti çox yüksək (42oC) olduğu üçün bildirçinlər
infeksion xəstəliklərə qarşı davamlıdırlar. Salmonella xəstəliyinə qarşı bu
quşlar çox davamlıdırlar.Yumurtada lizosinin olması mikrofloranın inkişafına
mane olur. Məhz buna görə də, bildirçin yumurtasını çiy içmək qorxulu deyildir.
Bildirçin yumurtasının əsas üstün xüsusiyyətlərindən biri də onun uzun müddət
qaldıqda öz keyfiyyətini saxlamasıdır. Bildirçin yumurtasında səkkiz əvəzolunmaz
amin turşulardan biri olan lizosindir. Lizosin insan orqanizmində yaranmır. Bu
amin turşusu insan orqanizmində və bildirçin
yumurtasında mikrofloranın inkişafına mane olur. Məhz buna görə də, bildirçin yumurtasını
otaq temperaturunda 30 gün, soyuducuda isə 60 günə qədər saxlamaq olur.
Bildirçin yumurtası uzun müddət qaldıqda quruyur, amma xarab olmur.
Keçmiş SSRİ Elmlər Akademiyasının biokimya
institutunun hesablamalarına görə, bildirçin yumurtasında vitamin A, B, E,
sink, fosfor, kalsium və kaliumun xüsusi çəkisi toyuq yumurtasına nisbətən
xeyli çoxdur. Amin turşuları da bildirçin yumurtasında toyuq yumurtasına nisbətən
daha çoxdur. Toyuq yumurtası ilə müqayisədə bildirçin yumurtasının bir qramında
əvəzedilməz amin turşuları 1,5 dəfə çoxdur.Yetkin bildirçinlər demək olar ki, xəstələnmirlər.
Müxtəlif xəstəliklərə qarşı davamlılıqa səbəb olan bioloji aktiv maddələrin
olması bildirçin yumurtasından çiy istifadə etmək üçün heç bir qorxu yaratmır.
Dərman preparatlarından fərqli olaraq bildirçin yumurtasının qəbulu orqanizmin
digər orqanlarına zərər vermir, xeyriisə xeyli çox olur. Vitainlərin, mineral
maddələrin və əvəzolunmaz amin turşularının yüksək miqdarı onların orqanizmdə
toplanmasına, müxtəlif xəstəliklərə qarşı immunmudafiənin güclənməsinə səbəb
olur. B qrupu vitainlərinin yüksək miqdarı sinir sisteminin fəaliyyətinə kömək
edir, adam xeyli sakit və təmkinli olur. Fosforun, kaliumun, dəmirin yüksək
miqdarı yaddaşı gücləndirir, hamilə qadınlarda dişlər dağılmır. Qidalılıq, dietik
və dad keyfiyyətinə görə bildircin əti digər ətlərdən xeyli yüksəkdir.
Xolesterinsiz olduğu üçün də çox qiymətlidir. Bildirçin əti çox yüksək
kalorilidir. Bildirçin yumurtası ürək, qaraciyər, ağ ciyər, böyrək, mədənin
müalicəsində böyük effekt verir, sümükləri bərkidir, xroniki xəstəlikləri
müalicə edir.
Bildirçin ətini südlə bişirdikdə qaraciyər üçün çox faydalı
olur. Bildirçin yumurtasından istifadə sinir sistemi pozğunluqlarında, qanazlığında,
hipertoniya, bronxial astmada, şəkərli diabetdə müsbət nəticə verir. Uşaqların
ləngimiş ümumi inkişafı zamanı, diş xəstəlikləri, saçın tökülməsi zamanı da bildirçin
yumurtasından istifadə edirlər. Bu yumurta uşaqlarda heç vaxt diabet yaratmır. Bildirçin
yumurtasında mürəkkəb quruluşlu zülali maddə – ovomukoid vardır. Allergiya əleyhinə
istifadə olunan dərman preparatlarının tərkibinə ovomukoid daxildir. O, bildirçin yumurtasından alınır.
Xallı qabıqla örtülən, həcmcə kiçik bildirçin yumurtası qiymətli qida mənbəyi
olmaqla yanaşı, sanki kiçik mikroaptekdir. Bildirçin yumurtasından istifadə etməklə
sağalması mümkün olan və ya xəstəliyin gedişini yüngülləşdirən xəstəliklərin
siyahısı çox genişdir:
1. Mədə-bağırsaq
xəstəlikləri, əsasən qastrit və xoralar; 2. Anemiya - qanazlığı xəstəlikləri;
3. Güclü baş ağrıları; 4. İmmunitetin zəifləməsi – orqanizmin müxtəlif xəstəliklərə
tutulmaq qabiliyyətinin azalması; 5. Xroniki pnevmoniya; 6. Bronxial astma xəstəliyi;
7. Vərəm intoksikasiyası;8. Orqanizmdən radionuklidlərin çıxarılması; 9. Təzyiqin
artması və azalması; 10. Kəskin respirator xəstəliklərə qarşı həssaslıq; 11.
Hamiləliyin pozulmasının qarşısını alır, toksikozu aradan qaldırır.12. Göz xəstəlikləri.
Bildirçin yumurtalarından çiy halda
istifadə etmək lazımdır. Bu yumurtaları qəbul etdikdə aşağıdakı normaları gözləmək
lazımdır.
- bir yaşdan üç
yaşa qədər – 1 - 2 yumurta;
- üç yaşdan on
yaşa qədər – 3 yumurta;
- on yaşdan on səkkiz
yaşa qədər – 4 yumurta;
- on səkkiz
yaşdan əlli yaşa qədər – 5-6 yumurta;
- əlli yaşdan
yuxarı – 4-5 yumurta.
Bildirçin əti bədənə istilik və quruluq
verir, adamıkökəldir, sidikqovucu təsirə malikdir, ürəyə çox faydalıdır. Xalq təbabətində
deyilir ki, bildirçin yumurtasını uşaqlara yedirtdikdə onlar tez dil açırlar.
Cinsi fəaliyyəti gücləndirir, lakin çox yeyəndə baş ağrısına səbəb ola bilər, ona
qarşı nar suyu işlədilir. Bildirçin yumurtası basin tükünün tökülməsini
dayandırır və təzə tük əmələ gətirir. Bildirçin yumurtası orqanizmin yenidən bərpasına
səbəb olur, yəni yumurtaların müntəzəm qəbulundan 3-4 ay sonra orqanizm yenidən
bərpa olunur.
Hipertoniya xəstəliyinin müalicəsində, məlum
olan müalicə üsulları müsbət nəticə vermədikdə bildirçin yumurtasından istifadə
edilir. Təcrübə göstərir ki, hipertonik xəstələr 10-12 gün çiy yumurtaları ac
qarına qəbul etdikdən sonra xəstələrin baş və bədənin digər nahiyəsində olan
ağrılar tamamilə yox olur. İnsanın qan təzyiqi və yuxusu normaya düşür, tonus
artır.
Bildirçin yumurtasında olan lizosim
aminturşusu mikroflaranın inkişafını ləngidir. O bakteriya hüceyrələrinin
qabığını dağıdır, məhz buna görə də bu yumurtaların qəbulu xərçəng şişlərinin
qarşını alır. Bu yumurtaların istifadə olunması bədxassəli şişlərin əmələgəlmə
ehtimalını çox azaldır. Bildirçin yumurtası bədəndən sərbəst radikalları çıxarır,
ürəyin, mədənin, böyrəkaltı vəzinin fəaliyyətini tənzimləyir. Xroniki pnevmoniyada,
bronxial astmada, vərəm xəstəliyində müsbət təsir edir, orqanizmin immunitet
sistemini gücləndirir, maddələr mübadiləsini tənzimləyir. Bildirçin yumurtası
ürəyə daha faydalıdır, qanı təmizləyir. Bildirçin yumurtasında əvəz olunmayan
aminturşuları, orqanizmdə xolesterin mübadiləsinin tənzimləyən-metionin, sinir
sistemində böyük əhəmiyyəti olan fenilalanin, triptofan və leysin vardır. Məhz
buna görə də bildirçin yumurtası əsəb sisteminin pozulmasını, ürək xəstəliyini ,
qan azlığını müalicə edir.
Bildirçin yumurtaları vərəm zamanı
intoksikasiyanı, yəni bədənin zəhərlənməsini aradan qaldırır. Bu yumurtalar bədənin
immunitet qabiliyyətini çox yüksəldir, müxtəlif bakterial və virus mənşəli
infeksion xəstəliklərə qarşı bədənin müqavimətini gücləndirir. Müxtəlif xroniki
xəstəliklərin müalicə olunmasında da bildirçin yumurtasının böyük rolu vardır.
Mədə, onikibarmaq bağırsağın yaralarında, bağırsaqla bağlı olan müxtəlif xəstəliklərin
müalicəsində bildirçin yumurtası əvəzedilməzdir.Şəxsi müşahidələrimizə və
apardığımız ilkin tədqiqatlara görə,şəkərli diabetli xəstələrə bildirçin yumurtası
müsbət təsir göstərir, qanda və sidikdə şəkərin aşağı düşməsinə səbəb olur. Bildirçin
yumurtalarında xolesterin yoxdur, qanı yaxşı təmizləyir, qan təzyiqini
normalaşdırır, hemoqlobinin miqdarını artırır. Bildirçin yumurtaları uşaqlar üçün çox
xeyirlidir, onların həm fiziki, həm də əqli inkişafında mühüm rol oynayır.
Bildirçin yumurtaları ümumi inkişafı zəif olan uşaqlara çox yaxşı təsir göstərir
və onların vəziyyətini xeyli yaxşılaşdırır. Xüsusən zəif olan uşaqlara bu
yumurtaları yedirtdikdə onlar tez dil acırlar. Yumurtada olan fosfor uşaqların əqli
inkişafına böyük təsir göstərir.
Gündə 2
ədəd bildirçin yumurtası içən uşaq çox yaxşı yaddaşa, möhkəm sinir sisteminə,
yaxşı görmək qabiliyyətinə malik olur,
yaxşı inkişaf edir və çox az xəstələnir. Bronxial astma, şəkər, vərəm, qan
azlığı xəstəliklərinin müalicəsində də bildirçin yumurtası çox effektivdir.
Müalicə kursu üçün 200-250 yumurtanın qəbulu vacibdir. Bildirçin yumurtaları ilə
ürək xəstəliklərini, qara ciyərin, böyrəyin, mədənin, qalxanabənzər vəzinin xəstəlikləri
müalicə olunur. Bu yumurtalar anemiya və sinir sistemi xəstəliklərində də böyük
effekt verir. Olin turşusunun hesabına bildirçin yumurtaları böyrəkdə və öd kisəsindəki
daşları əridir və bədəndən çıxarır, sonsuzluğun müalicəsində, epilepsiyada və hər
cür ekzema xəstəliklərində böyük effekt verir. Prostat vəzisinə müsbət təsir
edir. Adenoma zamanı müalicəvi təsir göstərir. Hamilə qadınların bədənini müxtəlif
vitamnlər, aminturşular, mikroelementlərlə zənginləşdirir, onların vəziyytini
çox yaxşılaşdırır. Müxtəlif cərrahi əməliyyatlardan sonra bədənin bərpasında
böyük rol oynayır. Hər bir insan səhər tezdən 2-3 yumurta qəbul etməklə demək
oar ki, özünə gün ərzində lazım olan bütün
vitaminləri və makro-mikroelementləri alır ki, bu da iş günü ərzində
insanın tam güclü olmasını təmir edir.Toyuq yumurtalarından fərqli olaraq
bildirçin yumurtaları allerqiya yaratmır, əksinə allerqiyanı sağaldır. Çünki
onun tərkibində ovomukoid adlanan xüsusi zülali maddə vardır, bu maddədən müxtəlif
allerqiya əleyhinə preparatların istehsalında istifadə edirlər. Aminturşularından
tirozin kosmetikada mühüm əhəmiyyət kəsb
edir, üzün sağlam rənginin saxlanmasında mühüm rol oynayır. Təcrübələrlə sübut
olmuşdur ki, bildirçin yumurtası qalxanabənzər vəziyə təsir edir, onun fəaliyyətin
normallaşdırır. Bu vəzi isə orqanizmin immunitetini - yəni müxtəlif xəstəliklərə
qarşı müqavimətini artırır.
Əgər sağlam insan gündə bildirçin yumurtası
qəbul etsə, onda onun immuniteti güclü olacaq, faktiki olaraq müxtəlif xəstəliklərə
tutulmağı xeyli azalacaqdır. Astma, qaraciyər xəstəlikləri, qan azlığında, şəkərli
diabetdə xəstə şəxslər gündə 3-5 ədəd yumurta qəbul etməlidirlər. Müalicə müddəti
isə xəstəliyin kəskinliyindən asılı olaraq 3 aydan 6 aya qədər ola bilər.
Müalicəni müvəffəqiyyətlə həyata keçirmiş xəstələr sonradan da yenidən xəstələnməmək
üçün gündə 1-2 bildirçin yumurtası içməlidirlər. Çiy bildirçin yumurtası
portağal şirəsi ilə bronxial astmanın kəskin tutmaları zamanı çox yaxşı kömək
edir. Bildirçin yumurtası çox qiymətli müalicəvi əhəmiyyətli antibakterial,
immunomodelləşdirici və şiş əleyhinə olan məhsuldur. Bu yumurta ilə müxtəlif
yaraları, o cümlədən yanıqları müalicə etmək olar. Yumurta bədənin müxtəlif
yerlərində yanıqlar, kəsiklər zamanı məlhəm kimi istifadə olunur. Bildirçin
yumurtaları orqanizmdən radionuklidləri çıxarır, məhz buna görə də həkimlər radioaktiv şüalanmış insanlara bildirçin
yumurtası içməyi məsləhət görürlər.
Bildirçin yumurtasının müalicəvi təsiri:
- İmmuniteti,
yaddaşı möhkəmləndirir;
- Müxtəlif
allergik xəstəliklərin müalicəsini təmin edir;
- Ürək və
qan-damar sisteminin fəaliyyətini tənzimləyir;
- Həzm
sisteminin fəaliyytini nizamlayır;
- Orqanizmdən
radionuklidləri və ağır metalları çıxarır;
- Qanda
xolesterinin miqdarını azaldır və xolesterin
mübadiləsini tənzimləyir.
Orqanizmin möhkəmləndirilməsi
və immunitetin gücləndirilməsi üçün resept: «Çiy bildirçin yumurtalarını 3 ədəd
səhər və 3 ədəd axşam içmək lazımdır. Müalicə
müddəti 40
gündür (240 yumurta). Astma və allerqiyanın müalicəsində tətbiq olunan xalq
resepti: «Bildirçin yumurtasını balda qarışdırıb içmək lazımdır: 1 ədəd səhər
(yeməkdən 3 saat əvvəl) və 2 ədəd axşam (yeməkdən 3 saat əvvəl) qəbul etmək
lazımdır. Müalicə müddəti 40 gündür. 14 gün fasilədən sonar müalicəni təkrar
etmək olar. Yüksək temperaturun aşağı salınması üçün 5 bildirçin yumurtası 100
ml spirtdə həll olunur və 1 xörək qaşığı şəkər tozu əlavə olunaraq, yaxşı
qarışdırılır. Yaxşı qarışdırılmış bu məhlul temperaturun aşağı düşməsinə kömək
edir. Bildirçin yumurtası çox qiymətli, həm də müalicəvi əhəmiyyətə malik olan
qida maddəsidir, onun tərkibində çoxlu miqdarda vitaminlər və mikroelementlər
vardır, xolesterin isə tamamilə yoxdur. Bildirçin xaricdə çoxdan məşhurlaşmışdır,
ondan nəinki kulinariyada və tibb sahəsində, eləcə də parfumeriya sahəsində
geniş istifadə edirlər.
Bildirçin yumurtası və əti insan üçün çox qiymətlidir.
Özünü sağlam və gumrah görmək istəyən hər
bir kəs mütləq
bildirçin əti və yumurtasından istifadə etməlidir. Bildirçin yumurtasının çox
böyük əhəmiyyətini dərk edən həvəskar bildirçinçilər özləri üçün, öz ailələrinin
tələbatını ödəmək üçün bildirçin saxlayırlar. Bazarda isə bildirçin məhsullarına
təlabat ildən-ilə artır. Satış üçün
qablaşdırılmış bildirçin əti Bildirçinçilik çox gəlirli sahədir.
Bu sahənin rentabelliyi 60-80%-dir. Bildirçinçilik həm də tez dövr edən bir biznesdir : bildirçin 40-45 gündə yumurta qoyur, ildə qoyulan yumurtanın sayı 280-300 ədəd olur. Bildirçin yumurtası və ətinin əhali arasında gündən günə məşhurlaşması, yəni bu məhsulların xeyrinin daha çox dərk edilməsi bildirçinçilik biznesinin böyük perspektivindən xəbər verir. Hal-hazırda xarici dövlətlərdə bildirçinlər laboratoriya obyektləri kimi istifadə olunur, bildirçinçilik məhsulları isə təzə funksional məhsulların istehsalında xammal kimi istifadə olunur. Avropa Birliyi (Almaniya, Fransa, Macarıstan, Çexoslovakiya) eləcə də Cənub-Şərqi Asiya dövlətləri (Yaponiya, Çin, Hindistan, İndoneziya) bu sahədə fəaliyyətlərini gündən-günə genişləndirirlər. Bildirçin yumurtasının istifadə sahələri aşağıdakılar ola bilər:

-
İmmunprofilaktika məhsulları - vaksinlər,
antizərdablar;
- İmmunobioloji
dərman maddələri – I növbədə
antiallergik və
antiastmatik preparatların
hazırlanması;
- Bioloji aktiv
maddələr (əlavələr), (yod və selen
mikroelementləri
olan əlavələr);
- Uşaqların və
hamilə qadınların qidalanması
üçün hazırlanan
funksional qidanın tərkib
hissələri
(inqredinetlər );
- Kosmik qida
komponentləri;
- Spirtli içkilərin
tərkib hissələri, rəngli araqların
və müxtəlif
içkilərin istehsalı;
- Hemopatik
vasitələr – immunostimulyatorlar və
seksual
stimulyatorlar.
Bildirçinlər haqqında bu həqiqəti bilmək də
çox maraqlıdır. Kosmosu fəth edənlər içərisində bildirçinlər də vardır.
Kosmosda doğulan ilk canlı məhz bildirçin olmuşdur. Xüsusi kosmik inkubatorda
22 mart 1990-cı ildə ilk bildirçin cücəsi dünyaya göz açmışdır. Sonradan digər bildirçin
cücələri II, III və sairə bildirçinlər göz açmışlar. Lakin bu quşların kosmosda
yemləndirilməsi qeyri mümkün olduğundan onlar məhv olmuşlar. 1999-cu ilin fevral
ayında «Mir» orbital stansiyasında xüsusi kosmik inkubatorda 56 bildirçin
yumurtasından 37 bildirçin cücəsi sıxmışdır. 2 gün sonra bu lələkli
kosmonavtlar xüsusi kameraya yerləşdirilərək, yerə qaytarılmışlar. Yolda 7 bildirçin
balası çox soyuğa dözməyərək tələf olmuşlar. Kosmosda doğulmuş ilk canlı məhluqlar
yenidən Yer kürəsinə qaytarıldılar.
Çox maraqlı bir faktı bilmək lazımdır - 1 qram yükün kosmosa qaldırılması 1000000 $-a başa gəlir. 11-12 qramlıq bildirçin yumurtasının kosmosa göndərilməsinin çox böyük məbləğdə pul tələb etdiyini hesablamaq çox da çətin deyildir. Lakin elm üçün çox böyük əhəmiyyət kəsb etdiyini xatırlamaq kifayətdir ki, bu xərclərin mahiyyətini dərk edəsən. Beləliklə, bildirçin yumurtası həm qiymətli qida maddəsi olmaqla yanaşı, həm də olduqca böyük müalicəvi təsirə malik olan bir mikroaptekdir. Hər bir insan gündə 2- 3 ədəd səhər tezdən bildirçin yumurtası qəbul etsə, o öz orqanizminə lazım olan gündəlik vitamin və qida maddələri almış olur.
Beləliklə, orqanizm bütün gün ərzində sağlam və gumrah olur. Ətraf mühüt müasir dövrdə çox çirklənmiş, insan üçün müxtəlif xəstəliklərə gətirib çıxarmışdır. Məhz buna görə də bəşəriyyət ətraf mühitin, ekologiyanın zərərli təsirlərini aradan qaldıra bilən bu yumurtalara çox möhtacdır. İndi bizim hamımız bu “qızıl quşların”-bildirçinlərin verdiyi “qızıl yumurtalara” çox möhtacıq. Əgər özümüzü möhkəm və gumrah görmək, uzunömürlü olmaq istəyiriksə, gəlin bu qızıl quşları hamılıqla sevək, onlara dost olaq, onların məhsulundan daha çox istifadə edək. Çünki onlar insanı həmişə sağlam və gumrah saxlayan bir nemətdir. Bildirçin yumurtasından və ətindən hazırlanan yeməklər Rusiyada hələ çox qədimlərdən bildirçin ətindən yemək hazırlamışlar.

Çox qədim rus kulinar kitablarında müxtəlif
reseptlərə rast gəlmək olur ki, orada vəhşi bildirçin ətindən müxtəlif yeməklər
hazırlanır. Bildirçin yumurtalarından qida məqsədilə çiy, bişmiş, qızardılmış və
ya marinada qoyulmuş halda istifadə olunur. Kulinariyada bu yumurtalardan
omlet, qayğanaq və mayonez hazırlanmasında istifadə olunur. Bildirçin yumurtasını
uşaqlar çox sevir və onu həvəslə yeyirlər. Uşaqları həmin yumurtaların qeyri-adi
rəngli qabığı və ölçülərinin kiçik olması cəlb edir. Həkimlər tam əmin olmuşlar
ki, bildirçin yumurtası çox faydalıdır və ondan istifadə etmək üçün heç bir əks
göstəriş yoxdur.
Bildirçin ətindən hazırlanan yemək «şah yeməyi» adlanır. Bildirçin əti müxtəlif ədviyyatlarla qrildə. 1 ədəd sarımsaq dilimi, 1 çay qaşığı tmin, yarım soğan, 1 çimdik istiot, 2 xörək qaşığı zeytun yağı bildirçinə sürtülür və 2 saat saxlanılır. Sonradan bu tavaya tökülür, az miqdarda su əlavə olunur. Bişdikdən sonra cəfəri və limon dilimləri də qoyulur və süfrəyə verilir.
II yemək – Bildirçin əti yuyulur və duzlanır, qazana yağ tökülür, bildirçin əti yağın içinə qoyulur ki, yağ tamamilə əti örtsün. Qazanın qapağı bağlanır və qaynadılır. Sonradan qazan əvvəlcə güclü, sonra isə zəif istilikli sobaya qoyulur. 50-60 dəqiqə saxlanılır. Süfrəyə verilməmişdən əvvəl göyərti ilə bəzədilir.

Bildirçin ətindən hazırlanmış yemək
Qızardılmış bildirçin - Bildirçin əti duzlanır və dərin tavada qızardılır. Süfrəyə verilməmişdən əvvəl bütöv bişirilmiş bildirçin yumurtası ilə bəzədilir.
Qızardılmış bildirçin əti Bildirçin salatı – uzunsov formada çox nazik doqranmış bildirçin əti , duzlanmış və təzə xiyar, qabığı soyulmuş alma, qaynadılmış kartof və qabıqdan təmizlənmiş bildirçin yumurtası xırda doğranılır, limon suyu, yaxud sirkə turşusu əlavə olunur, duzlanır, üstdən çox az miqdarda qənd tozu əlavə olunur. Cəfəri və şüyüd göyərtisi, eləcə də bildirçin yumurtası dilimləri və qırmızı alma dilimləri ilə bəzədilir.
Qızardılmış yumurtalar – Yumurtalar sındırılır, bircinsli məhlul şəklinə salınır və isti yağın içərisinə tokülür. Sonra bişmiş yumurta şüyüd və cəfəri göyərtiləri ilə bəzədilir.
Bildirçin yumurtası ilə buterbrod. Ağ və ya qara çörəyin nazik dilimlərinin üzərinə yağ çəkilir, üstünə bir qat xırda doğranmış duzlu balıq qoyulur, sonra onun üzərinə yarıya bölünmüş bildirçin yumurtası , xırda doğranmış göyərti və soğan dilimləri səpilir.
Çiy yumurta içkisi - 3-5 ədəd çiy yumurtanı meyvə şirəsinə (yaxud kofeyə) töküb zövqə görə şəkər tozu əlavə edilir. Belə şirəli içkini hər gün istifadə etmək çox xeyirlidir. Uşaqlar üçün reseptlər:
Qoqul-moqul : 4-6 ədəd bildirçin yumurtası şəkər tozu ilə çalınır, zövqə görə süd və ya meyvə şirəsi əlavə olunur və qarışdırılır. Sıyıq, kəsmik, kartof püresi, qatıqlara əlavə. Yağsız və ya az miqdarda yağla hazırlanmış ilıq və ya soyuq yeməklərə bildirçin yumurtası çiy halda qatılır, yaxşı -yaxşı

qarışdırdırılır.
Omlet - 12-15 ədəd yumurta 1 stəkan südlə qarışdırılır, duz, xırda doğranmış soğan, kolbasa, yaxud hisə verilmiş balıq qatılır. Tavada 1 xörək qaşığı yağ tökülür, yağ qaynadıqnda hazırlanan qarışıq əlavə olunur. Bu yemək süfrəyə qaynar-qaynar verilir.
Salat - 12-15 ədəd bildirçin yumurtası 100 q kolbasa, 1 duzlu xiyar, 1 stəkan yaşıl noxud, 2 qaynadılmış kartof yumrusu, 200 qram smetan və yaxud mayonez, duz, şüyüd, cəfəri yarpağı tələb olunur. Bunlar xırda doğranır, mayonezle qarşıdırılır, üstdən xırda doğranmış göyərti ilə bəzədilir. Bildirçin yumurtası düyü və kartof püresi ilə - Bişirilmiş düyü yaxud kartof püresi dəyirmi formada tökülür, orta hissəssinə isə qabıqsız yumurtalar qoyulur.
Bildirçin yumurtasını qabıqsız bişirmək mümkündür. Bunun üçün 1 litr qaynar suya 1 xörək qaşığı sirkə turşusu, 1 çay qaşığı duz əlavə olunur. Sonra bildirçin yumurtaları bir-bir sındırılıb qaynar suya salınır. 2-3 dəqiqədən sonar yumurtalar bütöv bişmiş olur. Yağda bişirilmiş bildirçin yumurtaları İçi doldurulmuş bildirçin. Toyuğ və ya dananın qara ciyəri soyuq suda isladılır, pərdə və qan damarlarından təmizlənilir. Baş soğan yağda qızardılır, qara ciyər əlavə edilir və birlikdə 20-25 dəqiqə müddətdə bişirilir. Bildirçin ətindən hazırlanmış yemək Soyuduqdan sonra ətçəkənin kiçik gözündən iki dəfə keçirilir. Alınmış kütləyə zövqə görə kərə yağı, duz, istioğ, sarıkök əlavə edilir. Kütlə quru olarsa, bir qədər bulyon əlavə edilir. Təmizlənmiş bildirçinlərə duz, turşu və ya nar şirəsi çəkilir, içinə paştet doldurulur və sobaya qoyulur. Dərin tavaya yağ töküb, hər tərəfini qızıartmaq da olar. Qızarandan sonra üzərinə bir qədər bulyon və ya su töküb qapağı bərk bağlanılır, hazır olana qədər qaynadılır.
Bildirçin ləvəngisi. 150-200 qr qoz ət maşınından keçirilir. 3-4 ədəd baş soğan da ət maşınından keçirilir, tənziflə sıxılır və suyu çıxarılır. Həmin kütlə çəkilmiş qozla qarışdırılır, turşu, zövqə görə duz və istiot əlavə edilir. Soğan yağda qovrulur, ət maşınından çəkiləndən sonra da olunur. Hazırlanmış bu içlə 3-4 bildirçinin içi doldurulur. İçi doldurmazdan əvvəl bildirçin əti duzlanır, turşu çəkilir. İçi doldurulmuş bildirçinlər sobaya qoyulub bişirilir.

0 коммент.:
Отправить комментарий