MƏKTƏB DİREKTORUNUN ŞƏXSİYYƏTİNƏ VERİLƏN TƏLƏBLƏR
Cəmiyyətimizin inkiĢaf istiqamətlərinə uyğun olaraq,
idarəetmənin əsaslı surətdə yeniləĢdirmək
zəruriyyətinin meydana çıxdığı indiki şəraitdə rəhbər işçiyə verilən tələblər yeni keyfiyyət
göstəriciləri ilə səciyyələnir. Həmin tələblər idarə olunan sahənin xüsusiyyətlərindən
asılı olaraq spesifik mahiyyət kəsb etsə də,
xalq
təsərrüfatının bütün sahələrində rəhbərlik üçün ümumi olan cəhətlərə də
malikdir. Adamlarla işləməyi bacarmaq,
xüsusi
idarəetmə bilik və bacarığına yiyələnmək, kollektivdə yaxşı psixoloji iqlim, yoldaşcasına işgüzarlıq şəraiti yaratmaq idarəetmə elminin əsaslarını
öyrənmək, idarə olunan sahəni dərindən bilmək, kütlələri idarəetməyə cəlb etmək kimi keyfiyyətlər bu
gün böyük aktuallıq kəsb edir. Həmin keyfiyyətlər müasir məktəb rəhbərlərində də
axtarılmalıdır. Göstərilən keyfiyyətləri məktəb direktoruna verilən tələblər
kimi səciyyələndirmək olar. Əlbəttə,
bütün bunlarla yanaşı
məktəb direktoruna verilən bir sıra digər tələblər də mövcuddur ki, onlar barəsində geniş söhbət açmaq mümkündür.
Məktəb direktoru ümumi səviyyə etibarilə
tabeliyində olan işçilərdən
yüksəkdə durmağa
çalışmalıdır. «Ümumi səviyyə» geniş anlayışdır. Buraya şəxsin ümumi dünyagörüşü, intellektual mədəni səviyyəsi, davranışı, hərəkətləri, rəftarı, danışığı,
fakt və hadisələrə reaksiyası, onlardan baş çıxara bilməsi və s. daxildir. Birinci növbədə, direktor
minlərlə müxtəlif yaĢ dərəcəli rəngarəng psixoloji xüsusiyyətlərə malik uşaq gözləri qarşısında hərəkət edən müəllim
olduğunu bir an da olsa unutmamalıdır. Bu baxımdan o, müəllimə, tərbiyəçiyə, pedaqoqa verilən tələblərə
tam və hər dəqiqə riayət etməyə borcludur. Axı uşaq nəzəri hər cür mənfi halları, davranışdakı naqislikləri daha tez sezir. Ona
görə də direktor, ilk növbədə, özünün bütövlükdə «uşaq güzgüsündə tam mütənasib görünməsini» təmin etməli,
geyimi, yerişi,
hərəkəti, davranışı,
danışığı,
intonasiyası
ilə nümunə olmağa çalışmalıdır. O, təkcə məktəbli üçün
deyil, müəllim və tərbiyəçi üçün, müxtəlif səviyyəli valideynlər, tədris-yardımçı heyət
və texniki işçilər
üçün də nümunə olmalıdır.
Məlumdur ki, hər bir pedaqoji kollektivdə müxtəlif
ixtisaslar üzrə çoxlu müəllim çalışır. Onların
əksəriyyəti öz bilik səviyyələrinə görə yüksək
ixtisaslı mütəxəssis olub, öz ixtisasını ona rəhbərlik edən başqa ixtisas
sahiblərindən daha yaxşı
bilir.
Bu
mənada məktəb direktorunun ayrı-ayrı fənn müəllimlərinin ixtisas üzrə bilik
səviyyəsindən yüksəkdə durmağa çalışması
o
qədər də real deyildir. Bu baxımdan məktəb direktorunun öz
ixtisasını dərindən bilməsi, tədris etdiyi fənnin metodikası sahəsindəki yenilikləri müntəzəm olaraq izləməsi, həmin fənn müəllimləri arasında qabaqcıllar arasında dura bilməsi kifayətdir. Lakin onun ümumi dünyagörüşü, mədəni səviyyəsi etibarilə bütün müəllimlərdən üstün olmağa səy göstərməsinə ehtiyac vardır.
Məktəb direktoru hər gün dərin biliyə malik müəllimlər qarşısında hesabat verəcəyini unutmamalıdır.Onun mənəvi haqqı yoxdur ki, hər hansı müəllimin bu və ya digər beynəlxalq məsələ, elmi-texniki yenilik
haqqında və ya pedaqoji problemlərə dair suallarını cavabsız qoysun. Birinci sinif müəllimi uşaqların ona
yağdırdıqları sualların hamısına cavab verməyə çalışdığı
kimi,
direktor
da
ona
müraciət edənlərin bütün sualları ətrafında fikir söyləmək imkanına malik olmalıdır. Təəssüf ki, məktəblərimizdə elə məktəb rəhbərləri tapılır ki, müəllimlərlə elmi mübahisələrə girişməkdən qorxur, çox vaxt müəllimlər arasında gedən sual-cavablarda iştirak
etməkdən qaçır. Bəzən elə hallar olur ki, müəllimin haqqında məlumat verdiyi yeniliklərin dərc olunduğu qəzet
və
ya
jurnalların adını məktəb direktoru ilk dəfə eşidir.
Bir sıra məktəb
direktorları «sadəlik» pərdəsi altında gizlənərək çox səliqəsiz geyinir. Məktəbdə
onu texniki işçidən və ya hər hansı kənar şəxsdən fərqləndirmək olmur. ixtisasartırma
kurslarına gələn yüzlərlə məktəb direktorları arasında elələri olur ki, onların
geyiminə və davranışına görə ziyalıya oxşada bilmirsən. Bu baxımdan məktəb
direktoru öz geyim səliqəsinə ciddi fikir verməli, ütüsüz şalvar, düyməsiz köynək,
palçıqlı ayaqqabı, kobud şəkildə dolanmış qalstuk, qırxılmamış üz, daranmamış
saç və s. ilə uşaq və müəllim qarşısına çıxıb özünü gülüş hədəfinə çevirməməlidir.
Hələ də şagirdlərin
gözü qarşısında texniki işçinin, şagirdin, hətta müəllimin üstünə qışqıran,
siniflərdə dərs getdiyi halda dəhlizlərdə səsini yüksəldən, iclaslarda hədə-qorxu
ilə ucadan «nitq söyləyən» direktorlara təsadüf edilir. Əlbəttə, bu ondan irəli
gəlir ki, rəhbər tabeliyində olan işçinin rəğbətini, inamını qazana bilməmiş, verdiyi
göstəriş və təkliflərin düzgünlüyü və səmərəliliyinə inam oyada bilməmişdir.
Onun ümumi səviyyəsi qarşısındakı müsahibinin səviyyəsindən yüksəkdə deyildir.
Yuxarıdakıları ümumiləşdirərək deyə bilərik ki, «ümumi səviyyə» etibarilə
tabeliyində olan iĢçilərdən yüksəkdə durmaq üçün məktəb direktoru:
– Yüksək
ideyalı, iradsız, saf mənəviyyatlı, siyasi cəhətdən hazırlıqlı, ölkədə və beynəlxalq
aləmdəki
hadisələrdən baş
çıxarmağı bacaran, rəhbər dövlət sənədlərini müntəzəm olaraq izləyən, şəxsi həyatında
təmiz adam olmalı;
– idarəetmə səri
ştəliliyi kəsb etməli, tabeliyində olan işçilərin hər birinə göstəriş, təklif və
məsləhət verə bilmək səviyyəsində durmağı bacarmalıdır.
Məktəb direktoru
adamları tanımağı, onlarla işləməyi, hər kəslə psixoloji kontakta girməyi
bacarmalıdır. Hər
bir əmək kollektivində öz bilik səviyyəsi, ümumi dünyagörüşü, intellektual mədəni
səviyyəsi, xarakteri və s. etibarilə müxtəlif səviyyəli adamlar əlbir fəaliyyət göstərir.
0 коммент.:
Отправить комментарий