Kontekstual / konseptual bilik
– sadəcə prosedural və ya deklarativ biliyin əsasında
qurulan biliyin yeni məzmununu təşkil edir. Konseptual bilik problemin həll
edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən bilik
sahəsində münasib faktları ümumiləşdirən və əlaqələndirən şəxsin yaratdığı
yeni konsepsiyalar, ümumiləşdirmələr, nəzəriyyələr, təsnifatlar, prinsiplər,
modellər, strukturlar daxildir.
Məzmun standartının əsasında müxtəlif fəaliyyət
növləri dayanır. İdraki (koqnitiv), emosional-affektiv (ünsiyyət)
psixomotor olmaqla onlar 3 cür
qruplaşdırılır. Hər bir fəaliyyət növü özünə xac olan fellərlə ifadə olunur.
0 коммент.:
Отправить комментарий