Pedaqoji
şura – bir
kollektivdə işləyən peşəkarların şurasıdır.
O, bilavasitə təlim- tərbiyə prosesinin təşkili ilə bağlı məsələləri həll edir, onun təkmilləşdirilməsi yollarını müəyyənləşdirilir.
O, bilavasitə təlim- tərbiyə prosesinin təşkili ilə bağlı məsələləri həll edir, onun təkmilləşdirilməsi yollarını müəyyənləşdirilir.
Pedaqoji
şuranın fəaliyyəti məktəbin nizamnaməsi ilə müəyyən olunur, onun tərkibinə məktəbdə işləyən bütün
pedaqoji işçilər, o cümlədən məktəb psixoloqu, məktəbin kitabxanaçısı, həkimi,
valideyn komitəsinin sədri, məktəb şurasının sədri daxil olur. Şuranın sədri məktəbin
direktoru olur, müavini isə müəllimlərdən biri seçilir.
Pedaqoji şuranın fəaliyyətinə daxildir:
1) dövlət standartlarının tələblərinə
uyğun tədris planlarının, proqramlarının, dərsliklərin və tədris vəsaitlərinin
müzakirəsi, qiymətləndirilməsi və seçilməsi, təlim-tərbiyə prosesinin forma və
metodlarının tətbiqi;
2) perspektiv, illik,cari iş
planlarının yerinə yetirilməsi, təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək
üzrə məktəbin pedaqoji kollektivinin işinin müzakirəsi;
3) müəllimlərin, tərbiyəçilərin
ixtisasını artırmaq, yaradıcı fəallığı inkişaf etdirmək, pedaqoji kollektivdə innovasiya mühitini
formalaşdırmaq, qabaqcıl pedaqoji təcrübəni öyrənmək, ümumiləşdirmək və
yaymaq;
4) müəllimlərin, şagirdlərin və
valideynlərin rəyini nəzərə alaraq problemləri yaxınlaşdırmaq pedaqoji işçilərin
attestasiyasını keçirmək, attestasiya
texnologiyasını təkmilləşdirmək üzrə təkliflər vermək, təhsili idarəetmə
orqanları qarşısında müəllimlərə dərəcələr vermək üzrə vəsadət qaldırmaq;
5) təcrübə
keçmək, ixtisasartırma kurslarına, magistraturaya göndəriləcək müəllimləri müəyyənləşdirmək,
müəllimləri maddi və mənəvi mükafatlandırmaq üçün aidiyyatı təşkilatlara təqdim
etmək və s.
Deməli, məktəb pedaqoji şurasının müəllimlərin elmi-
pedaqoji fəaliyyətlərin yüksədilməsində rolu böyükdür.
0 коммент.:
Отправить комментарий