28.10.2015

KURİKULUM  ANLAYIŞI  BARƏDƏ


Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
 Kurikulum (curiculum)latın sözü olub, lüğəti mənası “kurs, elm, yol, qaçış, istiqamət” deməkdir. Curiculum sözünə ilk dəfə Leyden (1582-ci il) və Qlarqo (1633-cü il) şəhərlərinin universitetlərinin sənəd­lərində rast gəlinir. 1876-cı ildən etibarən ondan bir termin kimi isti­fadə olunmağa başlanmışdır.
İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. 1970-ci illərdən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbay­canda bu termindən keçən əsrin 90-cı illərinin sonundan  başlayaraq istifadə olunur.
Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk kredit sazişi əsasında başlayıb. 15 iyun 1999-cu il tarixində “Azərbaycan Respubli­kasının təhsil sahəsində İslahat Proqramı”  təsdiq olunmuşdur.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.