Qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri
1.
Qiymətləndirməni
əvvəlcədən planlaşdırılması. Dərs
hazırlayan zaman qiymətləndiriləcək fəaliyyəti planlaşdırmaq üçün məqsədləri müəyyən
edin. Hansı qiymətləndirmələrdən və hansı vaxt ərzində istifadə edəcəyinizi
planlaşdırın. Qiymətləndirmə bir sıra təlim nəticələrini əhatə etməlidir.
2.
Qimətləndirmənin
tez-tez aparılması.Təlim fəaliyyətində
şagirdin səviyyəsini düzgün müəyyənləşdirmək üçün prosesdə kifayət qədər qiymətləndirmələr
aparın.Tez-tez aparılan qiymətləndirmələr müəllimə imkan verir ki,proses davam
etdikcə sinifdə olan inkişafı müəyyən etsin və bunun vasitəsilə də təlim
metodologiyası ilə bağlı zəruri qərarları qəbul etsin.
3.
Fərqli
qiymətləndirmə vasitələrindən istifadə olunması. Şagirdlərin hamısı öz qabiliyyətini konkret bir şəkildə
göstərə bilmir.Bəzi şagirdlər yazı işlərini yaxşı yerinə yetirir,digər şagirdlər konkret layihə üzərində işləyərkən
özünü göstərə bilir.Odur ki, qiymətləndirmə vasitələrini hazırlanmasında yaradıcı cəhət ön planda dayanmalıdır.
4.
Qiymətləndirmə nəticələrinin
qeydə alınması. Qiymətləndirmə nəticəsində şagirdlərin
təlim fəaliyyəti haqqında
vaxtında və düzgün qeydiyyat aparın. Qiymətləndirmənin
tarixi, vaxtı, təsviri, şagidlər barədə məlumat və ayrı – ayrı şagirdlərin
göstəriciləri ilə bağlı əlavə qeydləri dəqiq yazın. Düşüncələrinizi və qənaətlərinizi
qiymətləndirmədən sonra deyil, qiymətləndirmə zamanı yazın. Bu subyektivliyi azaldır.
5.
Nailiyyətlərin qiymətləndirilməsi zamanı
nailiyyət faktorları (davranış, münasibət, çalışqanlıq,
motivasiya) arasında fərqin
müəyyən olunması.
6.
Hər
bir qiymətləndirmənin nisbi
çəkisinin aydın şəkildə
müəyyən olunması.
7.
Fəaliyyət meyarlarını
əhatə edən rubriklərin
hazırlanması.
0 коммент.:
Отправить комментарий