SİNİF
RƏHBƏRİNİN FƏALİYYƏTİNİN DÖVRİ QRAFİKİ
Sinif rəhbərinın fəaliyyətinin dövri
qrafiki sinif rəhbərinə Fəaliyyət Planına əsasən görəcəyi işləri
sistemli şəkildə müəyyən etməyə imkan verir.Dövrü qrafiki ,müəllimlər otağından
və ya təşkilat işləri üzrə direktor müavininin otağının divarından görünən şəkildə
asmaq tövsiyyə olunur eyni zamanda,yaddaş kimi də sinif rəhbərinin
portfoylusunda olmalıdır.
Dövrü
qrafiq aşağıdakı formada tərtib olmalıdır.
HƏR GÜN-GÜNDƏLİK
1.Dərsə
geçikən şagirdlərlə iş,dərsə gecikmələrin səbəblərini araşdırmaq.
2.Məktəbin
nizam –intizam qaydalarını pozan (dərsdənqaçan,məktəbli formasına ,saç düzümü və
baş örtüyünə əməl etməyən,davranış qaydalarını pozan) şagirdlərlə iş
3.Sinif
növbətçiliyinin yerinə yetirilməsinə nəzarət etmək
4.Sinif
şagirlərinə verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək
5.
Şagirlərlə fərdi iş (plan üzrə )
HƏR
HƏFTƏ
1.Şagirdlərin
gündəliklərini ( səliqəli saxlanmasını,valideyinlərin imzasını, fənn müəllimlərin
şagird naliyyətlərini vaxtında yazmasını,lazımı qeydlərin yazılmasını və s)həftəsonu
yoxlamaq
HƏR AY
1.Sinif
jurnalına nəzarət etmək,lazım olduqca yeni səhifələrə şagirdlərin siyahısını
yazmaq ,şagird naliyyətlərini izləmək
2.Məktəb
həkimi ilə görüşmək ( şagirlərin
sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq,lazım gələrsə valideyinlərlə əlaqə
saxlamaq, ehtiyacı olan şagirdin valideyni tərəfdən daha ciddi müayinəyə
götürülməsini tövsiyyə etmək)
3.Məktəb
kitabxanaçısı ilə görüşərək şagirlərin mütaliə vərdişlərinə yiyələnməsini və
mütaliə vərdişlərinin inkişafını izləmək.
4.Məktəb
psixoloqu ilə görüşərək şagirdlərin xarakter və davranışlarının təhlili,analizi
üçün lazım olan tövsiyyələri almaq,müxtəlif sorğular keçirməklə bağlı məsləhətlər almaq.
5.Valideyinlər
üçün məsləhət saatları ayırmaq,şagirdlərin təlim naliyyətləri,xarakter və
davranışlarını fərdi şəkildə müzakirə etmək.
6.Dərsdinləmələr
(ayrı-ayrı fənlər üzrə dərsləri dinləməklə,şagirdlərin təlim naliyyətlərini izləmək)
7.Şagirdlərin
məktəbdə olan dərnəklərdə,fakultativ və qrup məşğələlərdə,məktəbdənkənar
qlublarda iştirakını izləmək.
8. Müxtəlif
psixoloji-sosioloji sorğular,testlər keçirtməklə şagirdlərin dünyagörüşü,meylləri,xarakterlərini
müəyyən etmək, psixoloji pasportlara lazımi qeydlər etmək
9..Ay ərzində
sinifdə görülən işlərlə bağlı hesabat hazırlayaraq təşkilat işləri üzrə
direktor müavininə təhvil vermək
YARIMİLDƏ
1.
Şagirlərin
yarımillik naliyyətlərini haqqında hesabat hazırlamaq
2.
Şagirdlərin
yarımil naliyyətlərini şəxsi işlərə yazmaq
3.
Hesabt
xarakterli sinif valideyin iclasını keçirtmək
4.
Yarımil
ərzində görülmüş işlərin analizi və hesabatı
İL ƏRZİNDƏ
1. Şagirlərin
illik naliyyətlərini haqqında hesabat hazırlamaq
2. Şagirdlərin
illik naliyyətlərini şəxsi işlərə yazmaq
3. Hesabt
xarakterli sinif valideyin iclasını keçirtmək
4. İl ərzində
görülmüş işlərin analizi və hesabatı
0 коммент.:
Отправить комментарий