Gigiyenanın insan sağlamlığına təsiri. Maraqlı tarixi faktlar
Ümumdünya Səhiyyə Təşkilatının fikirinə görə, gigiyena (burada məişət gigiyenası, əmək gigiyenası və s. nəzərdə tutulur) insanın sağlamlığında ən böyük rollardan birini oynayır.
Gigiyena anlayışı insanlara qədim zamanlardan məlumdur. Artıq bizim eramizdan 600-500 il əvvəl Qədim Romada 30 ayrı su kəməri, çoxlu sayda ictimai hamamlar və tualetlər var idi.
Gigiyena haqqında ilk elmi işlər böyük yunan alimi və həkimi Hippokrata məxsusdur. Bu elmi işlərdə Hippokrat sübut edirdi ki, insanın səhhətinə hava, su, qidalanma, həyat tərzi, vərdişlər və s. təsir edir.
Bizim eramızdan çox-çox əvvəl Qədim Romada müasir unitazlara oxşayan "qurğular" var idi.
2000 il bundan əvvəl Qədim Çində imperator sarayında zərif ipəkdən hazırlanmış ətir saçan... "tualet kağızı" istifadə olunurdu.
Orta əsrlərdə gigiyena, demək olar ki, tam şəkildə "hörmətdən düşdü". Qərbi Avropa şəhərlərində su kəmərləri və kanalizasiya sistemi yox idi. Təbii təlabatlar üçün şəhər sakinləri adətən "gecə vazlardan" (sadə dildə desək "güvəclərdən") istifadə edirdilər ki, sonra isə onların içindəki sadəcə çölə tullanırdı. Nəticədə şəhərlərin küçələrində üfunətli "çaylar" axırdı. Bütün məişət zibili də çölə tullanılırdı və burada yığılaraq qalırdı (o vaxtlar zibil şəhərlərdən çıxarılmırdı). Bu isə (və həmçinin pişiklərin xristian kilsəsi tərəfindən məhv edilməsi) siçovulların fəlakətli şəkildə çoxalmasına səbəb olurdu. Siçovullar isə qara çiçək və s. təhlükəli xəstəlikləri insanlar arasında yayırdılar.
İsti su da o vaxtlar böyük problem idi. Bu səbəbdən də insanlar (hətta əsilzadələr) kifayyət qədər gec-gec çimirdilər.
O vaxtlar belə hesab edirdilər ki, tez-tez çimən insan öz orqanizmini "zəiflədir". Bəzi orta əsrlərə aid tibbi ədəbiyyatlarda belə iddia sürülürdü ki, "su vannaları qəbul edən insanın bədənində məsamələr genişlənir ki, nəticədə bu məsamələrdən insan orqanizminə xəstəliklər daxil ola bilər və insan xəstələnə və hətta ölə bilər". Bu səbəbdən onsuz da çox nadir hallarda çimən avropalılar bunu bir çox hallarda... paltarda edirdilər. Bunun digər səbəbi kilsənin çılpaqlığa və insan bədəninə olan münasibət idi - çılpaqlıq əxlaqsızlıq və günah sayılırdı.
Yeri gəlmişkən, paltarların yuyulması da o vaxtlar "dəbdə" deyildi.
Beləliklə, şəhərlərdə antisanitarlıq "hökm sürürdü". Çirk, üfunət, bitlər, birələr, siçovullar o vaxtlar üçün adi reallıq idi.
Bütün bu dəhşətlərin nəticəsi kimi orta əsrlər tarixdə dəhşətli pandemiyalarla (taun, qara çiçək xəstəliyi, sifilis və s.) "məşhur" olublar. Orta əsrlərdə Qərbi Avropada şəhərlərin və hətta vilayətlərin əhalisi bu xəstəliklərdən məhv olurdu. Sağ qalanlar qorxudan şəhərləri tərk edirdilər. Lakin digər şəhərlərdə də xəstəliklər onları yaxalayıb öldürürdü. Belə ki, bəzi mənbələrə əsasən, XIV əsrdə Fransa qara çiçək xəstəliyindən əhalinin 1/3 hissəsini, İtaliya və İngiltərə 1/2 hissəsini itirmişdi. Ümumillikdə isə bəzi məlumatlara əsasən qara çiçək xəstəliyindən 25 milyon (!) insan həlak olmuşdu.
0 коммент.:
Отправить комментарий