31.01.2016

    SİNİF RƏHBƏRİNİN SORĞU KİTABINDAN.....


SİNİF KOLLEKTİVİ İLƏ İŞİN TƏŞKİLİ...
SİNİF RƏHBƏRİ İLƏ ŞAGİRDLƏR ARASINDA ƏMƏKDAŞLIĞI PRİNSİPLƏRİ...

    Tez –tez  hansısa məktəbin ,hansısa sinif məzunlarının 20,25 ,30 illiklərini qeyd etmək üçün bir yerə toplaşdıqlarını eşidirik. Bir çox hallarda  orta məktəbi bitirdikdən sonra  isə tez-tez görüşürlər, biri-birinin şad və çətin günlərində bir araya toplaşan məzunlarımızı gördükdə onların  mehribançılığını fəxrlə danışırıq. Sizə elə gəlmirmi bu mehriban münasibətlərin əsasını məhz biz sinif rəhbərləri  orta məktəb illərində qoyuruq.5-11-ci siniflərdə  sinifin ümumi xarakteristikasını araşdırarkən ,ibtidai sinif müəlliminə nə qədər çox oxşadıqlarını tez-tez deyirik.Eyniylə də məktəbdən sonrakı dövrdə məzunlarımızın münasibətlərinin necə qurulması həmin sinifin sinif rəhbərinin xarakterinin və iş prinsipinin nəticəsi kimi baxmaq lazımdır.
İllər keçdikcə  oxuduğu məktəbi, oturduğu sinifi ,ona dərs deyən müəllimləri axtarmaq üçün məktəb qapısını açan , məktəbə doğma yuvası kimi daim baxan, müəllimləri ilə həmişə fəxr edən məzunlarımızı yetişdirmək üçün sinif rəhbəri öz fəaliyyətində aşağıdakı prinsiplərə əməl etməlidir:
Ø Şagirdləri zəif və güclü tərəfləri ilə fərq qoymadan  şəxsiyyət  kimi qəbul etmək
Ø Şagirdləri təlim naliyyətlərindəki uğurlarına görə ( yaxşı oxuyanlara və ya oxumayanlara )
qruplara bölməmək
Ø Daim ünsiyyətcil olmaq,şagirlərin istər məktəb həyatındakı,istərsədə şəxsi həyatındakı problemlərinə həssaslıqla yanaşmaq,şagirdlərlə ünsiyyət zamanı daim təbəssüm və mehriban bir görkəmdə onlara yanaşmaq
Ø Qeyri peşəkarlığı və xarakteri ilə bağlı olaraq haqsız durumda olanda əsəb ,zorakılıq, fizikivə  psixoloji təzyiq vasitələrindən  istifadə etməmək, necə gərgin olursa olsun bu halını ünsiyyət zamanı büruzə verməmək

Ø Etiraf etməyi bacarmaq və bunu şagirdlərə aşılamaq............

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.