09.01.2016



İctimai təşəbbüslərin dəstəklənməsi üzrə növbəti layihə müsabiqəsində iştirak üçün GÖSTƏRIŞLƏR
1. Bu göstərişlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən növbəti “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə qatılmaq istəyən iştirakçıları məlumatlandırmaq məqsədi daşıyır. 2. Layihə müsabiqəsi çərçivəsində təhsil sahəsini əhatə edən müxtəlif mövzular üzrə layihə təklifləri təqdim edilə bilər. Layihə təklifləri aşağıdakı mövzuları əhatə edə bilər:  Təhsilin məzmunu – ümumi təhsil müəssisələrində tətbiq edilən yeni fənn kurikulumları, dərsliklər, məktəbəqədər və ali təhsil səviyyələrində standartlar və kurikulumlar, kurikulumlarla bağlı vebresursların hazırlanması;  Təhsilverənlər – müəllimlərin sayının optimallaşdırılması, innovativ təlim metodları, təhsilverənlərin təhsili, inkluziv təhsil metodları;  İdarəetmə – məktəblərin rasionallaşdırılması, təhsilin idarə olunması ilə bağlı resursların hazırlanması, təhsildə nəticəyönümlü və şəffaf idarəetmə modelləri, idarəetmə kadrlarının bilik və bacarıqlarının artırılması, müxtəlif təhsil səviyyələri üzrə qiymətləndirmə mexanizmləri, keyfiyyətə nəzarət, icma iştirakçılığının təşviqi, valideyn səriştəliliyinin yüksəldilməsi ilə bağlı təlimlərin keçirilməsi;  Təhsillə bağlı media və internet resurslarının inkişaf etdirilməsi, elektron təhsil vəsaitlərinin yaradılması, təhsildən yazan jurnalistlər üçün təlimlərin keçirilməsi. 5. Təklif olunan fəaliyyət növlərinə müxtəlif təlimlər, konfranslar, dəyirmi masalar, metodik vəsaitlərin hazırlanması (o cümlədən elektron vəsaitlər), tədqiqatların həyata keçirilməsində sorğular, məlumatların toplanması və s. də daxildir. 6. Layihələrin icrasının maksimal müddəti 6 aydır. 7. Müsabiqədə iştirak üçün yalnız müəyyən edilmiş formata uyğun tərtib edilmiş layihə təklifləri qəbul edilir (Əlavə). Layihələr müəyyən zaman çərçivəsində spesifik problemin həllinə yönəlməli və əldə edilə bilən nəticələri əks etdirməlidir. Layihənin son nəticəsi olaraq əldə ediləcək nailiyyətlərin ətraflı təsviri verilməlidir. Seçimin aparılmasında əldə edilmiş nəticələrin faydalılığı ən önəmli meyarlardan biri kimi nəzərdə tutulacaq. 8. Layihə çərçivəsində planlaşdırılmış fəaliyyət növlərinin həyata keçirilməsi üçün tələb olunan resursların ölçü vahidi, miqdarı, bir vahid üçün tələb olunan maliyyə və büdcə maddəsi üzrə ümumi tələb olunan maliyyə vəsaitlərinin məbləği ətraflı şəkildə göstərilməlidir. Avadanlığın alınması, təmir xərcləri, xaricə səfərlər, layihədən kənar inzibati xərclər və layihə ilə birbaşa əlaqəsi olmayan digər xərclər Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmir. Təqdim ediləcək layihələrin ümumi büdcəsi maksimum 5.000 AZN (ƏDV daxil) olmalıdır. 9. Hər bir təşkilat və ya təşəbbüs qrupu müsabiqədə maksimum 1 layihə təklifi ilə iştirak edə bilər. 10. Layihələr Təhsil Nazirliyi və kənardan cəlb edilmiş ekspertlər tərəfindən qiymətləndiriləcək. Layihələrin qiymətləndirilməsində aşağıdakı meyarlar əsas götürüləcək: Problemin vacibliyi 10 bal Məqsəd və vəzifələrin konkret olması 10 bal Planlaşdırılmış fəaliyyətin (metodologiyanın) problemin həll edilməsində adekvatlılğı 10 bal Layihənin sonunda nail olunacaq dəyişiklik 10 bal Layihə nəticələrinin faydalılığı 20 bal Layihənin nəticələrinin qiymətləndirilməsi metodologiyası 10 bal Nəzərdə tutulmuş xərclərin uyğun və səmərəli olması 20 bal Məzmunun aydınlığı 10 bal CƏMİ: 100 bal 11. Layihə təklifləri adi poçt və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim edilə bilər. ƏLAVƏ ƏRİZƏ FORMASI Müraciət edən təşkilatın (təşəbbüs qrupunun) adı: __________________________ Əlaqə məlumatı (ünvan, e-poçt, telefon): __________________________________ __________________________________________________________________ Layihənin adı:______________________________________________________ Layihənin mövzusu: _________________________________________________ Layihənin qısa təsviri (maksimum 5 cümlə): ____________________________________________________________________ ____________________________________________________________________ ____________________________________________________________________ ____________________________________________________________________ ____________________________________________________________________ ____________________________________________________________________ Tələb olunan maliyyə vəsaitinin ümumi məbləği: _________ AZN Təhsil Nazirliyindən tələb olunan məbləğ: _________ AZN 1. Problemin qoyuluşu (0,5-1 səh.) (Problemin qısa təsviri, əsas səbəblər və təzahürlər.) 2. Məqsəd və vəzifələr (0,5 səh.) (Layihənin məqsədini 1 cümlədə ifadə edin. Qarşıya qoyulmuş vəzifələrin müəyyən zaman çərçivəsində reallığa uyğun olaraq spesifik, ölçüləbilən və əldə edilə biləcək olmasına diqqət yetirin.) 3. Görüləcək işlər (1-2 səh.) (Həyata keçiriləcək fəaliyyət növlərinin qısa təsvirini, icra müddətini, məsuliyyət bölgüsünü qeyd edin. Hər bir fəaliyyət növü üzrə əldə ediləcək nəticələri konkret olaraq təsvir edin.) 4. Gözlənilən nəticələr (0,5 səh.) (Layihənin həyata keçirilməsinin sonunda əldə ediləcək nəticələri təsvir edin.) 5. Layihənin təsiri (0,5 səh.) (Layihənin həyata keçirilməsi nəticəsində nəyin necə dəyişməsini izah edin.) 6. Layihənin nəticələrinin qiymətləndirilməsi (0,5 səh.) (Nail olunmuş dəyişikliyin hansı meyarlar əsasında müəyyənləşdiriləcəyini izah edin.) 7. Büdcə (1 səh.) N Büdcə maddəsinin təsviri Ölçü vahidi Bir vahidin qiyməti Say Ümumi məbləğ (AZN) Tələb olunan məbləğ (AZN) Mövcud vəsaitlər (AZN) 1. Nümunə: Kofe-çay fasiləsi xərcləri nəfər 1.00 25 25 25 0 2. 3. CƏMİ xxx xxx xxx

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.