14.12.2014

A variantı

Adı:
Soyadı:
Sinif:
1.Hansı sözlər ahəng qanununa tabe deyil?
a)gəmi,liman                          c)arzu,ümid
b)xəbər,xəyal                         d)sait,samit
2.Sözlərdən neçəsi yalnız qapalı saitlərdən ibarətdir?
İşçi, odun, ömür, dalğa, qorxu, üzüm, gülünc.
a)2       b)3              c)4            d)5
3.Hansı sıradaki sözlər yalnız kar samitlərdən ibarətdir?
a)könül,ürək                             c)səfa,kəşf
b)müəllim,sinif                         d)hədiyyə,heyran
4.Birinin tələffüz forması səhv verilib.
a)[qo:urma]                     b) [tə:til]
c) [samovar]                     d) [mə:llim]
5.Bəndlərin birində sözlərin tərkibindəki “k” samiti [x'] kimi tələffüz olunur.
a)lələk,dirək                              c)kartof, kosmos
b)kəmər,kömür                         d) körpü, möhkəm
6.Hansı sözdə k-y əvəzlənməsi baş verir?
a)türk       b)park             c)çiyələk             d)tank
7.”Q” samitinin [x] kimi tələffüz olunduğu sözləri seçin.
1.bulaq     2.qələm      3.qonaq       4.şəfəq
a)1,2         b)2,3               c)1,3               d)2,4
8.Biri məcazi mənada deyil
a)qara xəbər                       c)qara gün
b)qara kəmər                      d)qara bəxt
9.Biri “hövsələdən çıxmaq” frazeoloji birləşməsi ilə yaxın mənalıdır.
a) səbir kasası dolmaq                      c)gözləri dolmaq
b) bəxti açılmaq                                 d) qanı qaralmaq
10.Hansı söz çoxmənalı deyil.
a)ağız            b)burun                   c)alın               d) ayaq
11.Sözlərdən neçəsi omonimdir?
Kök, qaz, qar,sarı, yaz,bax,səs
a)3                b)4                    c)5                d)6
12.Ardıcıllığı tamamlayın
Doğru,düzgün...
a)həyalı      b)abırlı            c)yalançı            d)dürüst
13.Antonim nədir?
a)əks mənalı sözlər                    c)yaxınmənalı sözlər
b)eynimənalı sözlər                   d)məcazi mənalı sözlər
14.Biri termin deyil.
a)epitet             b)ömür         c)piramida          d)monitor
15.Arxaizimlərdən birinin müasir dövrümüzdə işlənən qarşılığı yoxdur.
a)tutsak etmək                b)darğa
c)əmrə müntəzir               d)libas



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.