08.12.2014

TƏHSİLVERMƏ MODELLƏRİ


 Təhsilvermə (təhsilləndirmə) modelləri. Təhsilvermə modelləri-təhsilvermənin strukturu, tədris
kursunun məzmunu və quruluĢu, Ģagirdlərlə iĢin təĢkilinin konkret məqsədləri, Ģagirdləri qruplara bölmənin
formaları, testləĢdirmə və qiymətləndirmənin metodları, həmçinin təlim prosesinin qiymətləndirilməsi kimi
məsələlərin qarĢılıqlı əlaqələrini müəyyənləĢdirməyə imkan verir. Qərbi Avropanın tədqiqatçı pedaqoqları
ümumtəhsil sistemində təhsilvermənin aĢağıdakı yeni modellərindən (formaların)dan istifadə etməyi təklif
edirlər:
1. Seçmə qruplar (selektiv) modeli.
2. BirləĢmiĢ qruplar modeli.
3. «QarıĢıq qabiliyyətlər» modeli.
4. Ġnteraktiv təlim modeli.
5. Ġnnovasion təlim modeli.
Təhsil vermə (təhsilləndirmə) modelləri aĢağıdakı əsas komponentləri ilə bir-birindən fəqlənirlər:
 modelin təhsilvermə strukturu;
 təlim kurslarının məzmunu;
 təlim kurslarının təĢkili;
 Ģagirdlərin qrup Ģəklində təĢkili formaları;
 Ģagirdlərin idarəedilməsi;
 tətbiq edilən testlər və yoxlamalar;
 təlim prosesinin qiymətləndirilməsi.
Seçmə qruplar (selektiv) modeli. Bu modeldə təlimin ilk dövrü (bir həftədən bir ilə qədər) Ģagirdlərin
qabiliyyətlərinə görə seçilməsi iĢi aparılır. Son illərdə məktəbdə qəbul edilənlər (V-X siniflərdə) testlər
vasitəsilə seçilərək müxtəlif səviyyəli Ģagirdlərdən sinif (potok) qruplaĢdırılır. ġagirdlərin yüksək səviyyəli
siniflərdə aĢağı səviyyəli sinif keçidi asan, əksinə isə praktik olaraq çətin həyata keçirilir. Müxtəlif siniflərdə
tədris proqramları müxtəlif olur. Yüksək səviyyəli siniflərin proqramı daha çətin və daha mürəkkəbdir. Elə
fənlər var ki, (məsələn, riyaziyyat, dil, tarix) müxtəlif səviyyəli siniflərin hamısında tədris olunur. Fənlərin
bəzisi isə yalnız yüksək səviyyəli siniflərdə (məsələn, latın dili, qədim yunan dili və s. ), bəziləri isə yalnız aĢağı
səviyyəli siniflərdə keçirilir. Yüksək səviyyəli siniflərdə təhsil alan və 7 fəndən dövlət imtahanı verən məzunlar
universitetlərə imtahansız qəbul olunurlar.
Modelin xarakterik cəhəti bunlardır:
 fənlər üzrə tədris materialının öyrədilməsi uzunmüddətli olmur;
 siniflərdə təlimin metodları və yolları müəllim tərəfindən seçilir;
 Ģagird qruplarının seçilməsi və siniflərdə birləĢdiril-məsinin tənzimlənməsi qabiliyyətləri maksimum
dərəcədə yaxın olanların müəyyənləĢdirilməsi prinsipi ilə aparılır;171
 bilik səviyyəsinə görə qiymətləndirilərək Ģagirdlərin siniflərdə qruplaĢdırılması dövründən sonra
seçmədə buraxılan nöqsanları aradan qaldırmaq üçün üfüqi yerdəyiĢmələr aparmağa yol verilir.
Əgər eyni səviyyəli siniflərdə Ģagird verilən tapĢırığı tələb olunan səviyyədə yerinə yetirə bilmirsə, ona
həmin qrupda ikinci il oxumağa icazə verilir. Ġkinci ildə də onun göstəriciləri aĢağı olsa, onda bir səviyyə aĢağı
olan sinfə keçirilir. Sonradan həmin Ģagirdin bütün fənlər üzrə səviyyəsi ümumi orta qiymətdən yuxarı olduqda
o öz sinfinə qaytarılıb təhsilini davam etdirə bilər.
Seçmə qruplar modeli ilə iĢləyən Almaniyada «Vahid məktəb», Ġngiltərədə «Hərtərəfli» və ya universal
məktəb və Hollandiyada gimnaziya (6 illik), HAVO (orta təhsilin yuxarı pilləsi-5 illik), MAVO (peĢə təhsilinə
hazırlıq pilləsi-4 illik) adlanan məktəblər mövcuddur.
BirləĢmiĢ qruplar modeli. Belə modeldə iĢləyən məktəblərdə həm «müxtəlif qabiliyyətli», həm də «eyni
qabiliyyətli» Ģagird qrupları təhsil alır. Müxtəlif qabiliyyətli Ģagirdlərdən təĢkil olunan qruplarda ictimai elmlər,
ana dili, bəzi dəqiq elmlər üzrə fənlər və fiziki mədəniyyət fənni öyrənilir. Eyni qabiliyyətli (və ya yaxın
qabiliyyətli) Ģagirdlərdən təĢkil olunan qruplarda isə yuxarıda göstərilən fənlərdən baĢqa riyaziyyat, ingilis dili
və fransız dili də öyrənilir. Müxtəlif qabiliyyətli (və ya «qarıĢıq») qruplar təĢkil edərkən bir çox hallarda
Ģagirdlərin intellektual qabiliyyətləri ilə bərabər, sosial vəziyyəti və cinsi də nəzərə alınır.
«Eyni qabiliyyətli» qrupları təĢkil etmək üçün müəyyən fənlər üzrə test yoxlamaları aparılır. Bu qruplarda
fənlər müxtəlif səviyyəli proqramlar əsasında tədris olunur. Hər bir Ģagird hansı fənni hansı səviyyədə öyrənmək
istədiyini özü seçir, sonralar əldə etdiyi nailiyyətlərdən asılı olaraq qrupunu dəyiĢdirə bilir. «QarıĢıq» qruplarda
fənlərə ayrılan həftəlik saatlar bir neçə il dəyiĢmir, onun tərkibi isə dəyiĢir, yəni Ģagirdlər daha yaxĢı oxuduqca
daha yüksək səviyyəli «eyni qabiliyyətli» qruplara keçə bilir. «QarıĢıq» qruplarda Ģagirdlərə müəllimlərdən
məsləhət almağa və əlavə məĢğələ keçməyə icazə verilir.
BirləĢmiĢ qruplar modelinin əsas xarakterik cəhətləri bunlardır:
 idraki təlimdə yaxĢı nəticələr əldə olunur;
 «eyni qabiliyyətlilər» qruplarda riyaziyyat və dillər uzun müddət öyrənilir;
 ənənəvi təhsilin məzmunu dəyiĢməz qalır;
 müxtəlif fənlərin tədris olunması arasında dəqiq sərhədlər mövcuddur;
 fənlərin öyrənilməsi «Ģaquli» aparılır və sonda imtahanvermə ilə nəticələnir.
ġagirdlərə qazandığı nailiyyətlərə görə daha yüksək səviyyəli qrupa keçmək üçün ildə 3 dəfə imkan
verilir. ġagirdlərin ayrı-ayrı fənlər üzrə səviyyəsinin müəyyənləĢdirilməsini və «qarıĢıq» qruplarda onların
idarəedilməsini məsləhətçi həyata keçirir. O, Ģagirdlərin uğurlarını izləyir və onlara müəyyən tövsiyələr verir.
ġagird baĢqa səviyyəli qrupa keçmək istədikdə məsləhətçi fənn müəlliminə bu barədə xəbər verir.
Bu modeldən Avropanın bir çox ölkələrində istifadə edilir. Berlin Ģəhərinin FEQO adlanan məktəbində
bu model tətbiq edilir. Məktəbdə Ģagirdlər birinci yarımildə «qarıĢıq» qruplarda oxuyur, yoxlamadan keçdikdən
sonra «eyni qabiliyyətli» müxtəlif qruplarda təhsilini davam etdirirlər.
«Müxtəlif qabiliyyətlilər» modeli. Belə modeldə bütün fənlərin öyrənilməsi sonadək «qarıĢıq
qabiliyyətlilər» qruplarında aparılır. Bəzi fənlərin (riyaziyyat, xarici dillər, təbiət fənləri) tədris materialı
müxtəlif müddətdə öyrədilir. Siniflərdə bütün Ģagirdlər baza tədris planları və proqramları əsasında təhsil alırlar.
Baza tədris kurslarının öyrənilməsi baĢa çatdıqda Ģagirdlərin bilikləri diaqnostik testlərlə yoxlanılır. Baza
proqramlarını yaxĢı mənimsəyən Ģagirdlərə əlavə materialları da öyrənməyi təklif edirlər. Baza kurslarını
mənimsəyə bilməyənlərə, kurs materialını təkrar etmək, bir qədər korrektə edilmiĢ material və tapĢırıqların
öyrənilməsi təklif olunur. Qısa müddətdə təkraretmə qurtardıqdan sonra Ģagirdlər hamısı birlikdə yeni bölmənin
materialını öyrənirlər. Burada əlavə tapĢırıq alan və kurs materiallarını təkrar edən Ģagirdlər qruplara ayrılmır,
eyni sinifdə fəaliyyət göstərirlər.
Ġnteqrativ model. Bu modeldə fərdiləĢməyə, fərdin inkiĢafına və müstəqilliyə xüsusi diqqət yetirilir.
Modelin əsas xüsusiyyətləri aĢağıdakılardır:
 təlim kursları, tədris materialları, kursların məzmunu ənənəvi təlimdə olduğundan fərqlənir;
 burada müəllimlər üçün yeni fəaliyyət imkanı yaranır. Onların tədris kursunun məzmununu hər bir
Ģagirdin tələbatına uyğunlaĢdırmaq imkanları vardır.
Bu modeldə təhsil verilərkən koqnitiv (idraki), normativ və ekspressiv təcrübənin inkiĢaf etdirilməsinə
təqribən eyni dərəcədə diqqət yetirilir, yəni Ģəxsiyyətin hərtərəfli inkiĢafına böyük əhəmiyyət verilir. ġagirdlər
permanent qruplarda birləĢdirilir, belə qruplarda müəllimlərin fəaliyyət imkanlarıĢagirdlərin idarəedilməsi,
qruplarla iĢin təĢkili, məsləhətvermə və s. daha da geniĢlənir.
Ġnteqrativ modelin aparıcı xüsusiyyətləri və müddəaları aĢağıdakılardır:
 Ģagirdlər ən yüksək üstünlüklərə (fərdi inkiĢaf, cəmiyyətdə öz mövqeyini anlama, müstəqillik) malikdir;
 alternativ təlim üsullarından və müxtəlif tədris situasiyalarından istifadə Ģagirdlərin fərdi inkiĢafı üçün
əlveriĢli Ģərait yaradır;
 Ģagirdlərin idarəedilməsi Ģəxsiyyətə hörmət və sosial dəyərlərə əsaslanır;
 seçilmiĢ təlim üsulları fərdin tələbatları əsasında aparılır;
 Ģagirdlərin fənn sahələrini (humanitar və ya texniki) seçməsində tələsikliyə yol verilmir, gözləmə172
müddəti o vaxta qədər davam edir ki, hansı peĢənin onları daha çox cəlb etdiyini özləri tam dərk etsinlər;
 bu modellə təhsildə hansı pedaqoji məqsədin yerinə yetirilməsi aydın dərk edilir.
Modelin mahiyyətini daha yaxĢı anlamaq üçün bir nümunəni-Almaniyanın Fon Hentiq əmək məktəbində
təhsilin təĢkilini nəzərdən keçirək. Bu məktəbdə təlim əsasən təcrübi və tətbiqi xüsusiyyətlər əsasında qurulur.
Məktəb 5-16 yaĢlı uĢaqlar üçün yaradılmıĢdır. 5-11 yaĢda olan Ģagirdlər permanent qruplarda, təqribən eyni cür
tərtib olunmuĢ siniflərdə təhsil alırlar. 11 yaĢdan sonra Ģagirdlər xüsusi təchiz edilmiĢ siniflərdə fakultativ
qruplarda bir sıra fənləri öyrənirlər. Hər sinif otağı öyrənilən fənlərə uyğun tərtib olunur. Bu ənənə 12-16
yaĢlıların təlimində də saxlanılır. Qruplarda kollektiv təlim üsulu ilə təlim prosesində Ģagirdlərin bir-birilə eyni
olmayan tələbatlarının tarazlaĢdırılmasına çalıĢır. Bu iĢ əlavə təhsilvermənin təlim edilməsi ilə həyata keçirilir.
Burada Ģagirdin motivasiyası və öz seçimi ən mühüm hesab edilir. Hansı fənni və ya peĢəni əlavə olaraq
öyrənmək istəyi, seçimi qrup daxilində aparılır.
ġagirdlərin qruplarda birləĢməsi (yığılması) aĢağıdakı kriteriyalar əsasında aparılır:
 bir-birilə dostluq əlaqələrinə görə;
 müəllimi «sevməsi» və ya «sevməməsi»nə görə;
 marağına və motivasiyasına görə;
 didaktik düĢüncələrə görə.
Ġnnovasiya modeli. Təhsil məsələləri ilə məĢğul olan aparıcı dövlətlərin (ABġ, Almaniya, Ġngiltərə və s.
) bir qrup alimləri və tədqiqatçıları müxtəlif ölkələrin ümumtəhsil məktəblərində müĢahidələr və araĢdırmalar
aparmıĢ və məktəblərdə ümumən aĢağıdakı bir-birinə oxĢar mühüm nöqsanların, çatıĢmazlıqların hökm
sürdüyünü müəyyənləĢdirmiĢlər.
 müəllimlər izalə edilmiĢ sinif otaqlarında iĢləyirlər;
 müəllimlər arasında əlaqələr zəifdir;
 tədris kurslarının məzmunu və tədris metodikası sahəsində müəllimlər arasında koorperasiya çox
zəifdir;
 idarəetmə prosesi fənlərin tədrisi prosesindən ayrılmıĢdır;
 müxtəlif fənlər arasında əlaqələr zəifdir;
 məktəb daxilində müəllimlərin ixtisasının artırılması (daxili treninq) pis təĢkil olunmuĢdur;
 məktəb üçün ümumi pedaqoji konsepsiya yoxdur;
 müəllimlər fənni tədris edə bilir, lakin Ģagirdləri idarə etmək vərdiĢləri yoxdur, çünki onlar bu sahədə
təhsil almırlar;
 müəllimlər kifayət qədər diaqnostik biliklərə malik deyil və pedaqoji ustalıqları çatıĢmır, buna görə də
onlar korrektiv müĢahidələr aparıb Ģagirdlərin davranıĢı barədə düzgün nəticə çıxara bilmirlər;
 böyük məktəblərdə Ģagirdlərin əməkdaĢlıq etmək və stabil sosial əlaqələr qurmaq imkanları çox azdır.
Bütün bu tənqidi qeydləri nəzərə almaqla, tədqiqatçılar prinsipcə yeni olan bir model qurmuĢ və onu
«kiçik qruplu komanda» modeli adlandırmıĢlar. Bu model innovasiya modellərinə bir nümunə ola bilər. Onun
əsas prinsiplərini nəzərdən keçirək.
Ġnnovasiya modelində fərdi və sosial məqsədlərə xüsusi diqqət verilir. Bütün fənlərə aid kursları
müəllimlər komandası tədris edir, Ģagirdlər permanent qruplarda (4-6 nəfərlik) təhsil alırlar. Bir müəllim bir
neçə fəndən dərs deyir. Bu isə müxtəlif fənlər arasındakı maneələri zəiflədir, təhsilin məzmunu həm Ģagirdlər,
həm də müəllimlər üçün real məna kəsb edir. 5-8 nəfərdən təĢkil edilən «müəllimlər komandası» eyni yaĢda
olan 60-100 uĢağın təlimini tam əhatə edə bilir.
ġagirdlər kiçik permanent qruplarda bütün fənləri öyrənirlər. Bir neçə il qrupun tərkibi sabit qalır.
Müəllimlər komandası təlim prosesində belə kiçik qruplarda layihələrlə iĢ, məsləhətvermə, korrektiv tədris
metodlarını uğurla tətbiq edirlər. Fənlərin tədris materialının həcmi və məzmunu məhdudlaĢdırılmır və ciddi
olaraq müəyyənləĢdirilmir. Qruplarda təlim üsulları vəziyyətin diaqnostikası əsasında komandanın özü
tərəfindən seçilir. Hər komandanın öz dərs cədvəli olur və bu cədvəl qarĢıya qoyulan məqsəddən asılı olaraq
tərtib edilir. ġagirdlərin idarəedilməsi tədris kurslarının öyrənilməsi ilə sıx əlaqələndirilir. Hər bir müəllim eyni
zamanda yönəldici, məsləhətverici, hamı rəhbər olur. Burada məqsəd kiçik qrupların fəaliyyətinə, onların sosial
proseslərə yönəldilməsinə lazımınca dəstək verməkdir.
Kiçik permanent qruplarda oxuyanlar qarıĢıq qabiliyyətli uĢaqlardan təĢkil olunduğundan, qruplarda
yerdəyiĢmələr, dəqiqləĢmələr 6-9 ay ərzində aparılır, bu müddətdən sonra isə tərkib təxminən sabit qalır.
Modelin baĢqa xarakterik cəhətləri aĢağıdakılardır:
 öyrənilən müxtəlif fənlərin tədris metodikası bir-birindən ciddi surətdə fərqlənmir, ona görə də seçilmiĢ
müəyyən mövzuların, layihələrin öyrənilməsində müxtəlif fənlərin materiallarından, müxtəlif bilik sahələrindən
istifadə edilməsinə cəhd edilir;
 Ģagirdlərin daxil olduğu kiçik permanent qruplarda gedən sosial proseslərə tədris kurslarının bir hissəsi
kimi baxılır;
 Ģagirdlərin idarəedilməsi və tədris prosesləri bir-birilə sıx əlaqələndirilir, buna görə də məktəbdə xüsusi
məsləhətçilər olmur və buna ayrıca vaxt verilmir;173
 komandaların avtonomluğuna icazə verilir, buna görə də hər komandanın təlimə yanaĢması müxtəlif
olur;
 müxtəlif permanent qrupları ilə Ģagirdlərin permanent qrupları arasında sıx bağlılıqlar mövcuddur.
Yuxarıda təsvir olunan idarəetmə-təhsilvermə modellərinin praktikada tətbiqi onların məqsədəuyğun
birləĢdirilməsini tələb edir. Tədqiqatçı pedaqoqlar həmin təhsilvermə modellərini idarəetmənin təĢkili modelləri
ilə aĢağıdakı kimi birləĢdirməyi məqsədəuyğun hesab edirlər.
 seçmə qruplar-seqment tipli idarəetmə modeli;
 birləĢmə qruplar-üfüqi məsləhətvermə strukturu xətti idarəetmə modeli;
 «qarıĢıq qabiliyyətlilər» qrupu-kollegial idarəetmə modeli;
 inteqrativ təlim-matris tipli idarəetmə modeli;
 innovasiyon təlim-modul tipli idarəetmə modeli.
Təhlil olunan bu kompleks modellər tipik situasiyalı Ģəraiti olan məktəblər üçün qəbul edilə bilər. Əslində
isə göstərilən modelin reallaĢdırıldığı məktəblər təsvir olunan ideal situasiyalara az və ya çox dərəcədə yaxın
vəziyyətdə olan iki, üç və ya daha çox model sintezindən, birgə iĢlənilməsindən alınan nəticə hesab olunur. Yəni
modellər yalnız müxtəlif variantların ola biləcəyi sahənin sərhədlərini müəyyən edir. Ġdarəetmə və təhsilvermə
modellərinin bir-birinə keçidi ilə məktəbin inkiĢaf xəttinin istiqamətini Ģəkil 1. 1-dəki konfiqurasiyada
göstərmək olar.
Əgər məktəb I modelə yaxın olan S nöqtəsindədirsə, onun inkiĢafı iki yolla – həm yuxarı (II model), həm
də aĢağı (III model) istiqamətlərdə gedə bilər. II modelə yaxın olan məktəbin inkiĢafı isə Ģaquli istiqamətdə III
modelə doğru daha asan gedə bilir. Qeyd edək ki, I-II-III modellər ilə iĢləyən məktəblərdə innovasiyalar daxili
proseslər kimi gedir və tədris müəssisəsinin özündə inteqrasiya olunur. IV və V modellərin inkiĢafı üçün isə innovasiya
strategiyasını hazırlayan və innovasiyaların (pedaqoji yeniliklərin) təbliğini koordinasiya edən xüsusi
təĢkilat tələb olunur.
Şəkil 1. 1 Ümumtəhsil məktəbinin inkişaf modellərinin konfiqurasiyası
Ümumtəhsil məktəbinin inkiĢafını təsvir edən nəzəri modellərdən biri də Norveç alimlərinin təklif etdiyi
modeldir. Burada inkiĢafın əsas faktoru kimi məktəbin rəhbər iĢçilərinin və müəllimlərinin öz qabiliyyətlərini
inkiĢaf etdirmələri götürülür. Yəni məktəb daim öz problemlərini müəyyənləĢdirməyi və onları həll etməyi
bacarmalıdır. Müqayisə üçün deyək ki, idarəetmə təhsilvermə-təĢkiletmə modellərinin hər birinin ümumi
mahiyyəti ondan ibarətdir ki, məktəbdə idarəetmənin təĢkili və təhsilvermə sistemi proqnozlaĢdırılır,
çatıĢmazlıqlar aĢkarlanır və innovasiyaların tətbiqinə keçid səviyyəsi üçün inkiĢaf proqramı hazırlanır, məktəbin
dəyiĢib inkiĢaf etməsi üçün aĢağıdakı proseslərin getməsi vacib sayılır.
 pedaqoji yenilikləri qəbul etməkdə, onlara uyğunlaĢmaqda və tətbiqində məktəbin öz yaradıcı
qabiliyyətinin, bacarığının olması;
 məktəbdə innovasiyon dəyiĢikliyə meyl və istiqamətlənmə yaratmaq üçün siyasi, sosial-iqtisadi, texniki
və digər xarici amillərlə təsir edilməsi;
 məktəbi əhatə edən mühitin təsiri ilə onun daxili motivasiyasının qarĢılıqlı uyğunlaĢması prosesinin
aparılması.
Xarici mühitin tələbləri və problemlərin həllinə yaradıcı yanaĢılma baxımından məktəbləri Ģəkil 1. 2. -
dəki kimi dörd tipə bölmək olar:
 həm xarici, həm də daxili innovasiyalara uyğunlaĢma qabiliyyəti aĢağı səviyyədə olan məktəblər (I tip);
 daxili problemlərin aĢağı səviyyədə baĢa düĢən və xarici amillərdən çox asılı olan məktəblər (II tip);
 daxili problemlərini yaxĢı baĢa düĢən, lakin xarici qüvvələrin təsirini çətin qəbul edən, əhatəsində
olduğu mühitin təsirinə həssaslığı aĢağı səviyyədə olan məktəblər (III tip);
 daxili problemlərə yaradıcı yanaĢmaq və onu əhatə edən mühitin ideyalarını qəbul etmək qabiliyyəti

yüksək olan məktəblər (IV tip)

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.