14.04.2016

KONSTİTUSİYAMIZIN TƏHSİL İLƏ BAĞLI MADDƏLƏRİ

Konstitusiyanın təhsillə bağlı maddələri


Maddə 16. Sosial inkişaf və dövlət
Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mə`nəvi irsini qoruyur.
Maddə 18. Din və dövlət
Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Maddə 42. Təhsil hüququ
Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu tə`min edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq iste`dadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Maddə 45. Ana dilindən istifadə hüququ
Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.