17.08.2015

ÜMUMTƏHSİL MƏKTƏBİ
MÜƏLLİM
Əmək funksiyası:

Konkret pedaqoji vəziyyət və tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır. Müxtəlif formalardan, üsullardan, metodlardan istifadə edir. Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir. Tədris etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Şagirdlərin valideynləri, yaxud onları əvəz ödən şəxslərlə müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Metodbirləşmələrin və həyata keçirilən digər metodik iş formalarının fəaliyyətində iştirak edir. Təlim-tərbiyə işləri prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltmək qeydinə qalır.
Bilməlidir:
Zəruri pedaqoji, elmi-metodik və təşkilati idarəetmə məsələlərini həll edə bilmək çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqoji fənlər silsiləsini, pedaqogikanı, psixologiyanı, fizioloji inkişafı, məktəb gigiyenasını, fənnin tədris metodikasını, tərbiyə işlərinin metodikasını, informatikanın, elektron-hesablama texnikasının əsaslarını, müvafiq fənn üzrə təlimin məzmunu və təşkili prinsiplərini; tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla təchiz olunmasına verilən tələbləri: əməyin elmi təşkilini, uşaqların və gənclərin təlim-tərbiyəsi məsələləri üzrə hökumətin və digər dövlət orqanlarının qərarlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə - (müəllim) orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan:
9-cu dərəcə - (müəllim) orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;
10-cu dərəcə - (müəllim) a) ali təhsilli, iş stajına tələb qoyulmadan;
b) orta ixtisas təhsilli, 5 ildən 10 ilədək stajı;
11-ci dərəcə - (müəllim) a) ali təhsilli, 3 ildən ilədək pedaqoji stajı olan və ya məktəbi fərqlənmə diplomu ilə bitirən;
b) orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən 15 ilədək olan;
12-ci dərəcə - ( müəllim) a) ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan;
b) orta ixtisas təhsilli, pedaqoji stajı 15 ildən çox olan;
13-cü dərəcə - (II kateqoriyalı müəllim) a) ali təhsilli, pedaqoji stajı 13 ildən 18 ilədək olan;
b) orta ixtisas təhsilli, iş təcrübəsi Təhsil (Maarif) Nazirliyi tərəfindən bəyənilib yayılmış;
14-cü dərəcə - (I kateqoriyalı müəllim) a) ali təhsilli, pedaqoji stajı 18 ildən çox olan;
15-ci dərəcə - (ali kateqoriyalı müəllim) a) elmlər doktoru və ya elmlər namizədi elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən;
b) "xalq" və "əməkdar" fəxri adı olanlar;
v) dərslik, metodik tövsiyələr müəllifləri;
q) iş təcrübəsi Təhsil (Maarif) Nazirliyi tərəfindən bəyənilmiş, yayılmış.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.