17.11.2015



12.11.2015 Bu gün məktəbimizdə Konstitusiyamızın 20 illiyi və şagirdlərdə mütaliə vərdişlərinin inkşafı ilə əlaqədar təşkil olunan "Milli-mənəvi dəyərlərimiz" adlı tədbirin qonağı bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov oldu. Tədbirdə muğam ustadı Arif İsmayıloğlunun rəhbərliyi ilə muğam üçlüyü də iştirak edirdi. İlk olaraq Konstitusiya günü münasibəti ilə hər kəsi təbrik edən Ağalar Bayramov "Azərbaycan bayrağı" şeirini səsləndirdi. Sonra hörmətli qonağımız Ağalar Bayramov şagirdlərə müraciət edərək mütaliənin insan şəxsiyyətinin formalaşmasındakı rolundan bəhs etdi. Mötəbər qonağımız əldə etdiyi uğurlara görə kitaba, mütaliə etdiyi əsərlərə borclu olduğunu vurğuladı. Bu baxımdan Ağalar Bayramov Təhsil Naziri Mikayıl Cabbarovun imzaladığı şagirdlərdə mütaliə vərdişlərinin inkişafı ilə əlaqədar tədbirlər planının mütərəqqi bir addım olduğunu vurğuladı. Tədbir Arif İsmayıloğlunun ecaskar muğam ifası və Ağalar Bayramovun şeiriləri ilə davam etdi.Daha sonra şagirdlərimiz onları maraqlandıran suallarla qonaqlara müraciət etdilər. Sonda çıxış edən məktəbimizin direktoru Elşən Qafarov şagirdlərdə mütaliəyə marağın artırılmasında bu cür tədbirlərin böyük rolu olduğunu vurğuladı və bu tədbirdə iştirak dəvətini qəbul edib gələn dəyərli qonaqlarımız Ağalar Bayramov və Arif İsmayıloğluya təşəkkür etdi və onlara məktəb adından xatirə hədiyyələri təqdim etdi.







0 коммент.:

Отправить комментарий

Həmkara Dəstək. Технологии Blogger.