17.11.2015


12.11.2015 Konstitusiyamızın 20 illiyi münasibəti ilə tədbir keçirildi. Tədbir dövlət himninin səslənməsi ilə başladı. Sonra Konstitusiyamızın qəbul olunmasında, onun mütərəqqi bir ali qanuna çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolu barəsində şagirdlərə məlumat verildi.Ardınca Konstitusiya aktının qəbul olunma tarixini özündə əks etdirən videorolik nümayiş olundu.Daha sonra Konstitusiyamızın ayrı-ayrı maddələri əsasında şagirdlərimizin məruzələri dinlənildi.Sonda çıxış edən məktəbimizin direktoru Elşən Qafarov hər bir vətəndaşın öz ali qanununu, Konstitusiyasını bilməli, bu qanunlara əməl etməli olduğunu vurğuladı və bu əlamətdar gün münasibəti ilə hər kəsi təbrik etdi.




0 коммент.:

Отправить комментарий

Həmkara Dəstək. Технологии Blogger.