KOQNİTİV BACARIQLAR NƏ DEMƏKDİR ?
Təhsil
sistemində fəaliyyət göstərən pedaqoq və psixoloq, ilk növbədə iş prosesi üçün
vacib olan informasiyaların axtarılması, seçilməsi və tətbiqi üzrə qnostik
bacarıqlara malik olmalıdır. Bundan sonra öz fəaliyyətini nizamlamaq, məqsəd
qoymaq və planlaşdırmaq üçün layihələşdirmə bacarıqları gəlir. Fəaliyyət
vasitələrinin, texnologiyaların seçilməsinə kömək edən konstruktiv bacarıqlar
da psixoloqun fəaliyyəti üçün önəmlidir. Təşkilatli bacarıqlar diaqnostika,
konsultasiya və korreksiya işi üçün şərait yaratmaq, stimullaşdırmaq, həyata
keçirmək baxımından əhəmiyyətlidir. İstifadəçinin hərəkətlərini təhlil etmək,
qavramaq, dəyərləndirmək üçün o qiymətləndirmə bacarığından yararlanır. Özünün
şəxsiyyətini, ünsiyyət və fəaliyyətini təhlil etmək lazın gəldikdə refleksivlik
bacarığından istifadə edir. Bu bacarıqların bir-biri ilə qarşılıqlı əlaqədə
olub psixoloji xidmətin keyfiyyətli qurulması üçün mühüm amillərdəndir.
Bu
bacarıqların özü də bir çox bacarıqlara bölünür.
Metodoloji,
analitik, tətbiqi və mədəni bacarıqlar: cəmiyyətin
qanunlarına və insan azadlığına, dəyərlərə hörmət etmək, müxtəlif sosial
rollara yiyələnmək; cəmiyyətin və fərdlərin həyatında elmin, dinin, inancların,
adət-ənənələrin, normaların rolunu qəbul etmək, nəzərə almaq, şəxsiyyəti
mikromühitdə öyrənmək, psixoloji diaqnoz qoymaq, onun konkret həyati
situasiyalarını təhlil etmək, üzləşə biləcəyi həyati böhranları
proqnozlaşdıraraq xəbərdarlıq etmək, ona canıyananlıq göstərmək, hərəkətə,
yaradıcılığa sövq etmək, ünsiyyətə yönəltmək.
Məntiq
-dərketmə bacarığı: buraya məntiq, problemə metodoloji yanaşma, peşə oriyentasiyası və peşə fəaliyyəti də daxil
olmaqla koqnitiv: məqsədqoyma, planlaşdırma, təhlil-tərkib, qərar
qəbulu, nəticəyəgəlmə, interpretasiya, refleksiya, özünüistiqamətləndirmə,
özünütəyinetmə bacarıqları daxildir.
Koqnitiv
bacarıqlar: İKT-dən istifadə etməklə səmərəli fəaliyyət göstərmək, müasir
məlumat vasitələrinə, telekommunikasiya texnologiyalarından peşə fəaliyyətində
məqsədəuyğun istifadə, zəruri məlumatların axtarışı, təhlili və seçimi, yeni
informasiyanı yaradıcı şəkildə təhlil etmək, öz işində məlumatların qorunmasını
təmin etmək, informasiyaların işlənməsi, ümumiləşdirilməsi, saxlanılması,
ötürülməsi və yüksək səviyyədə nəticə əldə etmək bacarığı.
Kommunikativ
bacarıqlar: müxtəlif şəxslərlə işgüzar əlaqələr qurmaq, peşə
münasibətlərini müəyyənləşdirmək, spesifik problemləri olan istifadəçilərə
fərdi yanaşmaq, komfort, xeyirxah mühit yaratmaq, onların etimadını qazanmaq, başa düşərək problemlərini həll etmək,
məlumatlandırmaq, dinləmək, özünü təqdim
etmək, məktub, sorğu vərəqi, ərizə yazmaq, sual vermək, diskussiya aparmaq.
Sosial-əmək
bacarıqları: konkret sosial hadisə və proseslər, peşə sahəsindəki hüquq
və vəzifələrini bilmək; əmək bazarındakı situasiyaları araşdırmaq; şəxsi və
ictimai maraqdan çıxış etmək, əmək və vətəndaşlıq münasibətlərində etik
normaları rəhbər tutmaq bacarığına yiyələnmək.
Özünütəkmilləşdirmə
bacarığı: fiziki, mənəvi, intellektual özünüinkisaf, emosional
özünü-tənzimləmə və özünüidarə, özünün maraqları və imkanları çərçivəsində
fəaliyyət üsullarina yiyələnmə, özünüdərketmə, müasir insan üçün zəruri olan
şəxsi keyfiyyətlərin inkişafına nailolma, psixoloji savadlılığı artırmaq,
davranış və düşünmə mədəniyyətinə yiyələnmək, şəxsi gigiyena qaydalarına əməl
etmək, sağlamlığın qayğısına qalmaq, ekoloji mədəniyyətə sahib olmaq.
Özününizamlama
bacarığı: hər hansı situasiyada öz emosiyalarını əhval-ruhiyyəsini
idarə etmək, nizamlamaq, özünə tələbkar yanaşmaq, tənqidə qarşı dözümlü olmaq,
nəticə çıxarmaq, gərgin əsəb-psixi yüklənməyə qarşı səbirli olmaq,
iatifadəçinin maraqlarına görə öz maraqlarından imtina etmək, yaranmış psixoloji
gərginliyi aradan qaldırmağa nail olmaq.
Pedaqoji
bacarıqlar: insanlara kömək etmək və tətbiqi bacarıqlar öyrətmək,
şəxsiyyətin imkan və potensialını söyləmək, müsbət tərəflərini izah etmək,
özünəyardımın təşkili yollarını, sosial həyati bacarıqları öyrətmək, psixoloji
texnikaların (nitq, səs, jest, natiqlik məharəti) köməyi ilə fərd və qruplara
təsir göstərmək, psixoloji biliklərlə məlumatlandırmaq, materialları aydın,
məntiqi, ifadəli, obrazlı çatdırmaq.
0 коммент.:
Отправить комментарий