Ümumi təhsil
müəssisələrində informasiya və kommunikasiya resurslarından istifadənin təşkili
haqqında
Rusiya Federasiyası
subyektlərinin Təhsili
idarəetmə orqanlarına
Ümumi təhsil müəssisələrində informasiya
və kommunikasiya resurslarından istifadənin təşkili haqqında
Rusiya Federasiyasının
Təhsil Nazirliyi bildirir ki, 2001-ci ildə kənd
məktəblərinə kompüterlərin çatdırılması həyata keçirilmiş, 2002-ci
ildə şəhər və qəsəbə ümumi təhsil müəssisələrinin kompüterləşdirilməsi proqramı reallaşdırılmışdır.
Təhsil prosesində kompüterlərdən
istifadənin təhlili göstərmişdir ki, onlar əsasən tədris predmetinin çərçivəsində
informatikanın öyrənilməsi üçün
tətbiq olunur. Bununla əlaqədar
olaraq Nazirlik Rusiya Federasiyası
subyektlərinin təhsili idarəetmə və bələdiyyə təhsil orqanlarına digər fənlərin öyrənilməsində kompüterlərdən istifadə müddətinin artırılması
üzrə təcili tədbirlərin
həyata keçirilməsi ilə bağlı təvsiyyələrin verilməsini zəruri
hesab edir. Dərsdən kənar
vaxtda şagirdlərin kompüter texnikasından
istifadə etmək imaknın təşkilinin
zəruriliyinə xüsusi diqqət
yetirək. Bu halda, dövlət və
bələdiyyə təhsili idarəetmə orqanlarına ümumi təhsil müəssisələrində informasiya və kommunikasiya resurslarından istifadə
olunması ilə əlaqədar işlərin koordinasiyası məqsədi ilə tədris prosesinin
informasiyalaşdırılması üzrə direktor müavini
vəzifəsinin ümumi təhsil
müəssisələrinin ştat cədvəlinə daxil
edilməsi haqqında məsələni nəzərdən keçirməyi məsləhət görürük.
Rusiya Federasiyasının Təhsil Nazirliyi tədris prosesinin
informasiyalaşdırılması üzrə direktor müavini
vəzifəsinə təlim-tərbiyə prosesinin təşkil edilməsi məsələsi üzrə müəllimin ixtisaslaşmasının ilkin
artırılması ilə informatika
müəllimini cəlb etməyi tövsiyyə
edir.
Məktəbin informasiya və
kommunikasiya vasitələrindən gündə 12 saata qədər
olmaqla gigiyena və təhlükəsizlik
texnikası qaydalarına riayət
etməklə istifadə oluna bilər və istifadə olunmalıdır.
Əlavə: Ümumi təhsil müəssisələrində kompüter bazasından səmərəli
istifadənin təşkili üzrə
tövsiyyələr.
V.M.Fillipov
Rusiya Təhsil Nazirliyinin 01-51-088ин saylı 13.08.2002-ci il tarixli məktubuna
əlavə
Ümumi
təhsil müəssisələrində kompüter
bazasından səmərəli istifadənin təşkili üzrə tövsiyyələr
-ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin cəlb
edilməsi ilə tədris
prosesinin informasiyalaşdırılması proqramının işlənib
hazırlanmasının koordinasiyası;
-tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından
istifadə sahəsində müəllimlərin ixtisaslaşmasının artırılması və
onlara metodiki dəstəyin göstərilməsi üzrə işin təşkili;
- məktəb kitabxanasının yaradılması və inkişafı;
-İnternet, kitabxana və təhsil kitab nəşriyyatının elektron kataloqları
kimi tədris resurslarına daxil olmaq;
-informasiya və kommunikasiya texnologiyaları vasitələrindən istifadə
etməklə yeni tədris texnologiyaları əsasında təhsil prosesinin təşkili;
-digər təhsil müəssisələri, yerli özünüidarəetmə, ictimaiyyət və d. ilə
məlumat mübadiləsinin (qarşılıqlı əlaqənin) (elektorn poçt, müəssisələrin
saytları) koordinasiyası;
-ümumi təhsil müəssisəsinin məlumat –idarəetmə sisteminin fəlaiyyət
göstərməsi;
-texniki vasitələrə xidmətlərin göstərilməsi, onların təmiri, təkmilləşdirilməsi, sərfiyyat materiallarının tamamlanması üzrə işlərin
koordinasiyası (əlaqələndirilməsi).
Dərsdənkənar vaxtda aşağıdakıların təşkil
edilməsi zəruridir:
-müxtəlif predmet sahələrində İKT-n
tətbiqi ilə əlaqədar (məlumatın axtarışı, işlərin rəsmiləşdirilməsi və s.) şagirdlərin layihə
fəaliyyətinin həyata keçirilməsi və
bununla bağlı məsləhətlərin verilməsi;
-İKT vasitələrinə, digır resurslara daxil olmaq imkanı və
ümumi təhsil müəssisəsinin
şagirdləri və əməkdaşlarına onların tətbiqində köməkliyin göstərilməsi (şagirdlərin
idrak və inkişaf fəaliyyəti, dərs metodikalarının işlənib hazırlanması, metodik materiallar, elmi işlərin,
hesabat və diaqnostik sənədləşmə, təhsil və ictimai tədbirlər
üçün materialların və s. hazırlanması);
- İKT tətbiqi ilə dərsdənkənar fəaliyyətlə bağlı məsləhətlərin verilməsi (dərnəklər, fənn laboratoriyaları, müsabiqə və olimpiadaların təşkili, yeniyetmələrin şəxsiyyətinin ictimailəşməsi və s.);
-İKt-n tətbiqi ilə məktəbin kütləvi informasiya vasitələrinin
işi (məktəbin İnternetdə yenilən səhifəsi, qəzetlər, jurnallar, video, kabinetlərin
tərtibatı);
-uşaqların məktəbin kompüter klubunda asudə vaxtlarının keçirilməsi (məsələn, proqramçılar klubu, İnternet –klub, yaşca kiçik məktəblilər üçün kompüter, kompüter təqdimatlar klubu, kompüter şahmat klubu və s.).
-uşaqların məktəbin kompüter klubunda asudə vaxtlarının keçirilməsi (məsələn, proqramçılar klubu, İnternet –klub, yaşca kiçik məktəblilər üçün kompüter, kompüter təqdimatlar klubu, kompüter şahmat klubu və s.).
0 коммент.:
Отправить комментарий